Mülki xarakterli müqavilə ilə xidmət göstərən şəxslərin vergi və sosial öhdəlikləri

posted in: Xəbər | 0
birbank biznes

Mülki xarakterli müqavilə, məcburi dövlət sosial sığorta haqqı,Müqavilə əsasında xidmət göstərən şəxslər vergi orqanında uçotda olduqda və ya olmadıqda vergiləri necə ödəməlidirlər? Mövzunu Bakı Karyera Mərkəzinin direktoru, vergi qanunvericiliyi eksperti Təhməz Qaçayev şərh edir.

Fiziki şəxs vergi orqanında uçotda olarsa, mülki müqavilə əsasında xidmət göstərərsə, bu halda onun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və gəlirlərindən (xərclər çıxılmaqla) 20% dərəcə ilə gəlir vergisi hesablanmalıdır. Fizki şəxs mikrosahibkarlıq subyekti olduqda isə gəlirlərinin və xərclərinin ayrılıqda uçotu aparılmaqla gəlirlərinə 75% güzəşt hüququ əldə edir.

Həmin şəxs vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim etməlidir.

Mülki xarakterli müqavilə ilə çalışan vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqqı isə minimum aylıq əməkhaqqı məbləğinin 25 faizi həcmində müəyyən edilib.

Misal 1: Dizayner xidmətləri göstərən şəxsin vergi ili ərzində göstərdiyi xidmətlərdən gəliri 20.000 manat, gəlirdən çıxılmasına yol verilən xərcləri isə 8.000 manat olub. Şəxsin işçi cəlb etmədən xidmət göstərdiyini, gəlir və xərclərinin uçotunu ayrılıqda apardığını nəzərə alaraq vergi öhdəliyini müəyyən edək:

((20.000-8.000 ) -75% x 20% = 600 manat.

Məcburi dövlət sosial sığorta haqqı:

Hər ay 300 x25% = 75 manat (Bakı şəhəri üzrə 100% ödəniş edəcək).

Bəs fiziki şəxs vergi orqanında uçotda olmadıqda və mülki xarakterli müqavilə ilə xidmət göstərdikdə vergi öhdəlikləri necə hesablanır?

Bu halda həmin şəxsdən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmalıdır:

– 2.500 manatadək 14%;

– 2.500 manatdan yuxarı olduqda isə 350 + yuxarı məbləğ x 25%.

Məcburi dövlət sosial sığorta haqqı: Gəlirlərindən ödəmə mənbəyində 25%.


Bu xidmətləri göstərən şəxslər cərimələnə bilər?


Misal 2: Audit xidmətləri göstərən şirkət mülki müqavilə üzrə 1 aylıq müddətə dizayner cəlb edib. Dizayner vergi orqanında uçotda deyil, bu cür xidmətlərlə davamlı məşğul olmur.

Xidmətə görə şirkət dizaynerə 2.000 manat xidmət haqqı ödəyib.

Dizayner üçün ödəmə mənbəyində tutulan verginin məbləği:

2.000 x 14% = 280 manat;

Məcburi dövlət sosial sığorta haqqı:

2.000 x 25% = 500 manat.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email