Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

posted in: Xəbər | 0

uçot dərəcəsiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq %-dən 8,25 %-ə qaldırılması barədə qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub.

“Faiz dəhlizinin eninin daraldılması qərarı bu ilin avqust ayında pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib. Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır”, – deyə AMB bəyan edib.

Mənbə: report.az


Əməkhaqqıdan tutulan icbari tibbi sığorta necə hesablanır?

posted in: Xəbər | 0

Əməkhaqqıdan icbari tibbi sığorta haqqının tutulması,Mövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edirik. Əməkhaqqıdan icbari tibbi sığorta haqqının tutulması muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergidə olduğu kimi iki kateqoriyaya bölünür:

  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli, 56 nömrəli qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları təsdiq olunub. Həmin qərara əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqıdan icbari tibbi sığortanın hesablanması aşağıdakı şəkildə olacaq:

Qərara əsasən, sığortalı (işəgötürən və ya vergi ödəyicisi) tərəfindən işçinin əməkhaqqısının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan (işçi) tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal 1: Dövlət şirkətində çalışan işçinin 2021-ci ilin yanvar ayı üzrə əməkhaqqısı 800 manatdır. Bu halda həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 16 manat olacaq.

800 x 2% = 16 manat.

Həmçinin, dövlət orqanı da işçinin əməkhaqqı fondundan 16 manat (800 manat x 2%) məbləğində icbari tibbi sığorta hesablayacaq.

Misal 2: Neft-qaz şirkətində çalışan işçinin 2021-cilin yanvar ayı üzrə əməkhaqqısı 8.600 manatdır. Bu zaman həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 163 manat olacaq:

8.000 x 2% = 160 manat;

8.600 – 8.000 = 600 manat;

600 x 0,5% = 3 manat;

160 + 3 manat = 163 manat.

Beləliklə, işçinin əməkhaqqısından 163 manat tutulacaq.

Neft-qaz şirkəti də eyni hesablama tətbiq etməklə işçinin əməkhaqqı fondundan 163 manatlıq icbari tibbi sığorta hesablayacaq. İşsizlikdən sığortada olduğu kimi, icbari tibbi sığorta üzrə də həm işəgötürən, həm də işçi üçün eyni faiz dərəcələri və hesablama metodu tətbiq edilir.

Bəs özəl qurumlarda əməkhaqqıdan tutulma necə aparılır?

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqıdan icbari tibbi sığortanın hesablanması ilə bağlı güzəşt nəzərdə tutulmuşdu. Qanunun keçid müddəasına əsasən, əməkhaqqının 8.000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq olunurdu. Bu da o anlama gəlirdi ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə hesablamalarda əməkhaqqının 8.000 manata qədər olan hissəsinə qeyd edilən tarixədək 2 faiz yox, 1 faiz tutulma tətbiq edilirdi.

Mənbə: Anar Bayramovun “Vergi uçotu” kitabı.

Mənbə: vergiler.az


Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ hansı halda yaranır?


“2023-cü ildə qüvvəyə minəcək Vergi Məcəlləsinə ediləcək dəyişikliklər” üzrə ödənişsiz vebinar

posted in: Vergi, Xəbər | 10

Təlimin adı:  Vergi Məcəlləsində dəyişikliklər üzrə ödənişsiz vebinar

Təlimin növü: Onlayn

Mövzular: Vergi Məcəlləsində ediləcək dəyişikliklər.


Kurs üçün qeydiyyat linki: https://forms.gle/9doDtA4hAwjgNc5Q9


Təlimçi barədə:

Qənbərov Azər Oqtay oğlu

UNEC-də və Bakı Mühəndislik Universitetində «Vergilər və vergitutma», «Vergi inzibatçılığı», «Vergi Müqavilələri», «Vergi auditi», «Vergi planlaşdırılması», «Rəqəmsal iqtisadiyyat və vergiqoyma» fənlərini tədris edir.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malikdir.



“PAŞA Bank” kiçik və orta biznes sahiblərinə yeni il kampaniyasından yararlanmağı təklif edir

posted in: Xəbər | 0

PAŞA BankAzərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”, kiçik və orta biznes sahiblərinə yeni il kampaniyasından yararlanmağı təklif edir.

Kampaniya çərçivəsində 15 dekabrdan başlayaraq müştərilər “PAŞA Bank”ın onlayn biznes kreditinə müraciət zamanı birdəfəlik komissiyaya 25% və ya illik faiz dərəcəsinə endirim əldə edəcəklər.

Qeyd edək ki, onlayn biznes krediti ilə biznesi genişləndirmək və ya cari biznes xərclərini qarşılamaq mümkündür. Həmçinin 250 000 AZN-dək biznes krediti tamamilə onlayn və girov tələb olunmadan müştərilərə təqdim olunur.

Kampaniya 31.12.2023 tarixinədək qüvvədədir.

Biznes kreditləri ilə bağlı ətraflı məlumat və müraciət üçün keçid: https://pshb.az/3hnslC3


1 611 612 613 614 615 616 617 2. 702