Mənzil satın alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması şərtləri

posted in: Xəbər | 0

ədv-nin geri qaytarılması, vəsaitin geri qaytarılması,Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal istifadəyə verilib. Millət vəkili Vüqar Bayramov bu məsələ ilə bağlı vətəndaşları maraqlandıran bəzi suallara aydınlıq gətirib.

ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış sahəsinə aid olan əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edək ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri qaytarılmış olacaq.

ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.

Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür.

Tutaq ki, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.

Mütənasib ödənilmiş ƏDV-nin hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə, bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1.500 manatdır. Bu zaman 750 min manatlıq hissəsi üçün 18 faiz ƏDV hesablanır və həmin məbləğin 30 faizi alıcıya qaytarılır.

Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq. Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alğı-satqıda ƏDV ödənişi həyata keçirilsin.

Mənbə: vergiler.az


Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?


Əmək qanunvericiliyinin sistemləşdirilməsi:Əmək Məcəlləsi

posted in: Xəbər | 0

Əmək Məcəlləsi, normativ hüquqi aktlar,Əmək hüququnun mənbələri

İqtisadi münasibətlər işçilərin konstitusion hüquqlarının, onların mənafelərinin mühafizəsini önə çıxarır. İşçilərin hüquqlarının müdafiəsinə  istiqamətlənmiş əmək qanunvericiliyinin əsas tərkib hissəsini Azərbaycan Respublikasının Əmək Məcəlləsi təşkil edir.  1999-cu ilin fevralın 1-də qəbul edilən Məcəllə bazar iqtisadiyyatında əhalinin sosial tələbatlarının ödənməsinə yönəlib. Əmək Məcəlləsi işəgötürənlə işçi arasındakı əmək münasibətlərini tənzimləyir.

Milli hüquq sisteminin aparıcı sahəsindən biri əmək hüququdur.  Əmək hüququnun predmeti əmək, habelə onunla bilavasitə əlaqəli digər münasibətlərdir. Onun əsas məqsədi aşağıdakılarda ifadə olunur:

  • vətəndaşların əmək hüquq və azadlıqlarına dövlət təminatının formalaşması;
  • əlverişli iş şəraitinin yaradılması;
  • işçilərin, işəgötürənlərin hüquq və mənafelərinin müdafiəsi.

AR əmək qanunvericiliyinin mənbəyini Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, öz səlahiyyətləri daxilində digər çərçivəsində icra qurumlarının qəbul etdiyi normativ hüquqi aktlar, beynəlxalq müqavilələrlə təsbit edilmiş prinsiplər, kollektiv müqavilə və sazişlər, yerli normativ hüquqi aktlar təşkil edir.

Əmək qanunvericiliyinin sistemləşdirilməsi

Əmək Məcəlləsi – əmək haqqında sistemli qanunvericilik aktıdır. Bəzi ölkələrdə “əmək məcəllələri” xüsusi işlənmiş normalar toplusu deyil, müxtəlif vaxtlarda qəbul edilmiş mexaniki şəkildə birləşdirilən qanunlar, habelə hökumətin normativ aktlarından ibarətdir.

Əmək qanunvericiliyinin belə sistemə salınması ilk dəfə 1910-cu ildə Fransada tətbiq edilib. Fransanın Əmək Məcəlləsində əmək şəraiti, işə qəbul prosedurları, işdən çıxarılma şərtləri,  əmək hüququnun digər aspektləri ilə bağlı qanunvericilik normaları ətraflı qeyd edilmişdi.

Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı konvensiyalar, tövsiyələr formasında beynəlxalq əmək standartlarını hazırlayır. Bu normalar məşğulluq, iş vaxtı, iş axtarışı məqsədi ilə miqrasiya, qadın və gənclərin əmək hüquqlarının müdafiəsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, müavinətlər və kompensasiyalar, müstəmləkə əməyinin problemləri, iş saatları kimi məsələləri əhatə edən beynəlxalq əmək məcəlləsini təşkil edir.

AR Əmək Məcəlləsi

Qeyd etdiyimiz kimi respublikamızın ilk Əmək Məcəlləsi müstəqilliyin ilk illərində qəbul edilib. Sonrakı illərdə ona bir sıra dəyişikliklər edilib, təkmilləşdirilib. Məcəllə 13 bölmədən, 48 fəsildən, 2 əlavədən ibarətdir. Məcəllədə əmək müqaviləsi, kollektiv müqavilə və sazişin bağlanması qaydaları, əmək şəraiti, əmək funksiyası, işçi ilə işəgötürən arasında münasibətlər, əmək hüququ ilə bağlı digər müddəalar  öz əksini tapıb. Onun mətni mütəmadi olaraq dəyişdirilir. Odur ki, ƏM-nin aktuallığına daim nəzarət edilməli, mütəxəssislərin diqqətində saxlanılmalıdır. Bu qanunvericilik aktından öz işlərində istifadə edən hüquqşünaslara, HR-mütəxəssislərə, mühasiblərə və digər əməkdaşlara sənədin operativ şəkildə yenilənən versiyasından istifadə etmək tövsiyə olunur. Əmək Məcəlləsinin tam mətni aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür.

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNİN MƏTNİ


Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

posted in: Xəbər | 0

Ezamiyyə xərclərinin gəlirdən çıxılması,Anar Bayramov ezamiyyə xərclərinin gəlirdən çıxılması ilə bağlı məsələni şərh edir.

Qanunvericilikdə vergi ödəyicisinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən xidməti tapşırığı yerinə yetirmək üçün müəyyən olunmuş müddətə başqa yerə getməsi xidməti ezamiyyət sayılır. Təcrübədə təsisçiyə və ya xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxsə ezamiyyə xərcinin hesablanması hallarına da rast gəlinir. Bu düzgün deyil, cünki ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir. Ezamiyyə məbləğinin gəlirdən çıxılmasına gəlincə, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Məcəllədəki “norma” anlayışı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş həm respublikadaxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilmiş 108.4-cü maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Zəruri qeyd: Gündəlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur, yəni nahar üçün restoran çeki və ya mədaxil qəbzi almağa ehtiyac yoxdur.

Bəs işçiyə ödənilmiş ezamiyyə normasından artıq məbləğ gəlirdən çıxılırmı?

Misal: Vergi ödəyicisi qərar verir ki, işçi Bakı şəhərinə ezam olunsun, amma paytaxtda yemək qiymətlərinin yüksək olması səbəbindən işçiyə gündəlik xərc olaraq normada nəzərdə tutulan məbləğdən artıq – 30 manat ödənilsin. Bakı şəhərində gündəlik ezamiyyə norması 90 manat olduğu üçün, yemək xərci həmin məbləğin 20 faizi -18 manatdır. Vergi ödəyicisinin qərarına əsasən, gündəlik xərc olaraq 30 manat hesablanacaq.

Fərz edək ki, ezamiyyə müddəti 5 gündür, bu zaman işçiyə əlavə ödənilən 60 manat ((30 manat – 18 manat) x 5 gün) onun gəliri hesab olunacaq və əməkhaqqının üzərinə əlavə olunaraq gəlir vergisinə və sosial ayırmaya cəlb olunacaq. Həmin məbləğ heç bir halda gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

2-ci hala baxaq. Vergi ödəyicisi qərar verir ki, Gəncə şəhərinə ezam olunan işçiyə gündəlik xərc kimi 20 manat ödənilsin, amma bir şərtlə ki, yemək xərcini təsdiq edən sənədlər təqdim olunsun. Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin ezamiyyə norması 70 manat olduğundan, yemək xərci olaraq 14 manat (70 manat x 20%) nəzərdə tutulub. Vergi ödəyicisi bir günü 20 manatdan olmaqla, 3 günlük (60 manat) sənəd təqdim edir. Bu zaman ezamiyyə normasından artıq olan 18 manat ((20 manat -14 manat) x 3) işçinin gəliri hesab olunmur. Çünki işçi bu xərclə bağlı təsdiqedici sənədləri təqdim edib. O səbəbdən də 18 manat gəlirdən çıxılan xərclərə aid edilməsə də, mənfəət hesabına ödənilir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı.

Mənbə: vergiler.az


Müharibə veteranlarının əməkhaqlarından sığorta haqları necə tutulur?


Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

posted in: Xəbər | 0

Birbank keşbekÖlkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri noyabr ayında bonuslardan ortalama 54 manat pul qazanıblar.

Noyabr ayı ərzində Birbank-lılar ümumilikdə 2,8 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 107 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 125 000 manatdır. Müştərilər qazandıqları keşbekin 87%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 68% artaraq, təqribən 740 000 manat təşkil edib.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


1 617 618 619 620 621 622 623 2. 702