Yeni işə başlayan işçiyə görə işəgötürənin öhdəlikləri

posted in: Xəbər | 0

işəgötürənin öhdəlikləri,Mövzuya keçməzdən əvvəl qeyd edək ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması əsası kimi çıxış edən əmək müqaviləsinin bağlanması da daxil olmaqla müqavilə üzrə işəgötürənin öhdəlikləri daha öncə başlayır.

Belə ki, işəgötürən işçi ilə bağladığı əmək müqaviləsini elektron informasiya sisteminə daxil etmək öhdəliyi daşıyır və bu tələbə riayət edilməməsi müvafiq sanksiyalara səbəb olur. Həmçinin 15 yaşına (18 yaşınadək) çatmış şəxslə bağlanan əmək müqaviləsi üzrə onun valideynləri və ya qəyyumlarından yazılı razılıq almalıdır.

Bununla yanaşı işçidən əmək kitabçası, şəxsiyyətini təsdiq edən sənəd, təhsillə bağlı tələb olduqda təsdiqedici sənədlər və işçinin sağlamlığına zərərli iş yerində işləmək üçün sağlamlıq haqqında tibbi arayışdan başqa digər sənədləri tələb edə bilməz.

Əmək müqaviləsi bağlanarkən sınaq müddətinin tətbiq edilməsi barədə müddəanı müqavilədə göstərmədikdə sınaq müddətinin tətbiqini həyata keçirə bilməz. Bu qayda müqavilə müddəti ilə də eynilik təşkil edir. Müddət göstərilməyən müqavilə müddətsiz kimi qəbul ediləcəkdir.

Əmək müqaviləsi bağlandıqdan sonra işəgötürən işçi ilə bağlı əmək şəraitini təmin etməlidir. Buraya daxildir:

  • sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə qanunvericiliyə uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
  • əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
  • əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;
  • bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;
  • işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini;
  • işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
  • insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin yaradılması.

Həmçinin əmək müqaviləsinin surətinin işçiyə təqdim edilməsi, vəzifə təlimatları və daxili qaydalarla işçinin tanış etdirilməsi də işəgötürənin öhdəliklərinə aiddir. Bu sənədlərin təqdim edilməməsi həmin sənədlər üzrə işçidən vəzifələrin tələb edilməsində maneə hesab edilir.

Göründüyü kimi işçinin vəzifələri ilə işəgötürənin də mühüm vəzifələri var və bu vəzifələrə əməl edilməməsi özlüyündə işəgötürənin məsuliyyətinə səbəb olan hallardır.


İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?


Birbank Visa kart sahibləri “FIFA Dünya Kuboku 2022″yə bilet qazana biləcəklər

posted in: Xəbər | 0

Birbank Visa kart sahibləriBirbank Visa kart sahibləri üçün yeni kampaniya başlayıb. Şərtlərə görə, bütün Birbank Visa (BirKart Visa) debet kartları ilə ən çox nağdsız dövriyyəsi olan 50 müştəri dəyərli hədiyyələr qazana biləcəklər.

31 oktyabr 2022-ci il tarixinədək keçirilən kampaniyanın əsas hədiyyəsi Qətərdə keçiriləcək “FIFA Dünya Kuboku 2022”yə səyahət paketidir. Bundan başqa 2 ədəd Apple Macbook Pro, 7 ədəd iPhone 13, 15 ədəd Apple watch və 25 ədəd Apple Airpods ən çox nağdsız dövriyyəsi olan müştərilərə təqdim ediləcək.

Qaydalara görə bir müştərinin bir neçə Birbank Visa debet kartı varsa, onların hamısının əməliyyatlarının cəmi nəzərə alınacaq. Visa və FIFA ilə birgə keçirilən kampaniyada taksit kartları iştirak etmir və qaliblər kampaniya bitdikdən 14 gün sonra elan olunacaq. Ətraflı məlumat: https://bir.bank/bvfdkpr.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback kartı sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank Miles isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 4000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. Birbank taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.

Birbank kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


ƏMAS altsistemi: imkanlar və məhdudiyyətlər

posted in: Xəbər | 0

ƏMAS altsistemiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) altsistemi 10 may 2022-ci ildən istifadəyə verilib. İqtisadçı ekspert Anar Bayramov ƏMAS-ın əvvəllər istifadə olunan “Əmək müqaviləsi bildirişi” altsistemindən fərqli cəhətlərini şərh edib.

ƏMAS altsistemində “e-gov.az” elektron informasiya sistemindən fərqli olaraq işəgötürənlərə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bunların arasında daha çox müzakirəyə səbəb olanı təsdiq edilmiş bildirişlərin 24 saat ərzində ləğv edilməsi imkanının aradan qaldırılmasıdır. Belə ki, “e-gov.az” sistemində işəgötürən imzaladığı bildirişi 24 saat ərzində etibarsız etmək hüququna və imkanına malik idi. İşəgötürən texniki səhv ucbatından hər hansı işçinin əmək müqaviləsinə xitam verdikdə 24 saat ərzində həmin bildirişi etibarsız etməklə sənədin hüquqi qüvvəyə minməsinin qarşısını ala bilirdi. Bildiriş imzalandıqdan 24 saat keçdiyi halda isə işəgötürən dövlət qurumuna bildirişin ləğv olunması ilə bağlı rəsmi müraciət etməli idi.

İşəgötürənlərin işini yüngülləşdirən bu imkana məhdiyyətin qoyulmasının əsas səbəblərdən biri kimi həmin seçimdən sui-istifadə hallarına çox rast gəlinməsi göstərilir. Əsasən, tikinti, ictimai iaşə və digər sahibkarlıq subyektlərində əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb olunmamaq üçün işçiləri işə qəbul etdikdən sonra 24 saat ərzində bildirişi etibarsız edirdilər.

Elektron informasiya sistemində struktur bölmələri üzrə ştatın yaradılması ƏMAS altsistemindən fərqli olaraq daha rahat şəkildə həyata keçirilirdi. Bundan əlavə, ştat cədvəlinin çap edilməsi funksiyası elektron informasiya sistemində olsa da, yeni sistemdə tətbiq edilmir.

Mənbə: vergiler.az


Rusiyada üç min xarici şirkət fəaliyyətini dayandırıb

posted in: Xəbər | 0

rusiyada xarici şirkətlərRusiyanın əmək və məşğulluq üzrə federal xidməti (Rostrud), bu ilin mart ayından iyul ayına qədər Rusiya ərazisində üç min xarici şirkətin öz fəaliyyətini dayandırdığını bildirib. Bu haqda “İzvestiya” nəşri məlumat verib.

Xidmətdən bildiriblər ki, boş dayanma vəziyyətində olan əməkdaşların sayı həmin dövr ərzində üç dəfədən çox artıb. Belə ki, əgər mart ayında belə vəziyyətdə olanların sayı 39 min nəfər olubsa, iyulun 1-ə olan məlumata görə bu göstərici 125,5 min nəfərə yüksəlib. Həmin dövr ərzində həmçinin 527 xarici şirkət ləğv edilib.

Leqal FBK şirkətinin aparıcı hüquq məsləhətçisi Anastasiya Şaşkova bildirib ki, xarici şirkətlərin Rusiyadakı törəmə şirkətlərinin bağlanmasında əsas problem işçilərin işdən çıxarılması prosedurunun pozulmasıdır. “İşçilərin bu istəyi olmadığı hallarda belə adamları öz istəkləri əsasında işdən çıxmağa məcbur edirlər. Ləğvetmə çox vaxt aparır və səy tələb edir, buna görə şirkətlər işçilərə təzyiq göstərirlər. Onlara işçi heyətinin olmadığı müəssisələrdə bu proseduru həyata keçirmək daha asandır. Belə bir vəziyyətdə yalnız ləğv edilmiş şirkətin sahibləri və benefisiarları uduş vəziyyətində qalırlar” – hüquq məsləhətçisi vəziyyəti şərh edərkən belə söyləyib.

Bununla belə, bəzi şirkətlər fəaliyyətlərini müvəqqəti dayandırmaq qərarına gəlir və işçilərini gizli şəkildə ixtisar etməyə başlayır. Ekspert əlavə edib ki, əsas çətinlik işçilərin öz əmək hüquqlarını bilməməsindədir. Problemin həlli kimi Şaşkova Rusiyanı tərk etməyi planlaşdıran xarici müəssisələrin reyestrinin yaradılmasını təklif edib. Bu da onların fəaliyyətini izləməyə və lazım gəldikdə kənar idarəetməni tətbiq etməyə imkan verəcək.


1 629 630 631 632 633 634 635 2. 686