Qarabağda istehsal üçün lazım olan xammal və materialın idxalı ƏDV-dən azad edilir

posted in: Xəbər | 0
birbank biznes

xammal və materialın idxalıAzərbaycanda gələn ildən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti üzrə xammal və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 müddətində ƏDV-dən azad olunur.

Mənbə: report.az


Print Friendly, PDF & Email