Azərbaycana daxil olmadan bir ölkədən digər ölkəyə mal satışı ƏDV öhdəliyi yaradırmı?

posted in: Xəbər | 0

vergi tutulan əməliyyatın dəyəri, ƏDV öhdəliyi,Vergi ödəyiciləri arasında ciddi aktuallıq kəsb edən bu suala iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə doğuran müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Vergi Məcəlləsinin 159-cu maddəsində göstərilir ki, ƏDV üzrə vergitutma obyekti Azərbaycan Respublikasını ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı yaranır.

Misal 1: Azərbaycan Respublikasının rezidenti “BX” MMC 2022-ci ilin sentyabr ayında digər rezident “RM” MMC ilə 10.000 manatlıq (ƏDV-siz) mal alğı-satqısı üzrə müqavilə bağlayaraq həmin ayda malı təhvil verib. Bu proses sənədləşdirilməklə yanaşı elektron qaimə-faktura ilə rəsmiləşdirilib. Bu zaman cari ayda “BX” MMC-nin 1.800 manatlıq ƏDV öhdəliyi yaranacaq:

10.000 x 18% = 1.800 manat.

Bəs mal alqı-satqısını Azərbaycan Respublikası ərazisində etmədiyimiz təqdirdə ƏDV öhdəliyi yaranacaqmı? Bu sual hazırda sahibkarlar arasında çox aktuladır.


İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?


Misal 2: Azərbayacan Respublikasının rezidenti “BX” MMC maya dəyəri 100.000 manatlıq malı Türkiyənin “NS” firmasından alaraq Azərbaycan Respublikasına idxal etmədən birbaşa İtaliyanın “AG” firmasına 110.000 manata satıb. Müqaviləyə əsasən, İtaliyada olan “AG” firması pulu birbaşa Azərbaycan Respublikasının vergi ödəyicisi “BX” MMC-nin bank hesabına ödəyib. Bundan sonra “BX” MMC özünə aid olan 10.000 manatlıq gəlirini ayıraraq malın dəyərini, yəni 100.000 manatı Türkiyənin “NS” firmasının bank hesabına köçürüb. Bu halla bağlı sahibkarlarda və mühasiblərdə sual yaranır ki, “BX” MMC-nin bank hesabına daxil olan pula görə ƏDV öhdəliyi və başqa hansı vergi öhdəliyi yaranırmı?

Bu prosesi təhlil etmək üçün əvvəlcə alıcının malı aldığı yeri müəyyənləşdirmək lazimdir. “BX” MMC Azərbaycan Respublikasının rezidenti olmasına baxmayaraq malı aldığı yer Türkiyə Respublikasının ərazisidir. Bu zaman Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, malın Azərbaycan Respublikasına daxil olmadan (idxal edilmədən) Türkiyə Respublikasının rezidenti “NS” firmasından 100.000 manata alınaraq yerindəcə birbaşa İtaliya Respublikasının “ AG” firmasına 110.000 manata satışı ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri kimi qəbul edilməməlidir. Buradan aydın olur ki, “BX” MMC heç bir halda həmin məbləği ƏDV-yə cəlb etməyəcək.

Yalnız ilin sonu “BX” MMC öz gəlirini Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən mənfəət vergisinə cəlb edəcək.

Onu da qeyd etmək istəyirəm ki, “BX” MMC-nin bank hesabına daxil olan 110.000 manatın 100.000 manatlıq hissəsinin malın alındığı Türkiyə Respublikasının rezidenti “NS” firmasının bank hesabına köçürülməsi zamanı həmin məbləğ Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq vergi tutulan əməliyyatın dəyəri kimi qəbul edilməməlidir.

Mənbə: vergiler.az


Məhkəmə iclasında cərimələnməmək üçün bunları bilmək lazımdır


İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?

posted in: Xəbər | 0

ictimai əhəmiyyətli qurumlar, hüquqi şəxslər“Vətəndaş müraciətləri haqqında” Qanunla həmçinin ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə müraciətlərin də dövlət orqanlarına edilən müraciətlər kimi tənzimlənməsi müəyyən edilmişdir. Belə ki, hər iki quruma ünvanlanan vətəndaş müraciəti qanunun tələbindəki kimi tənzimlənməlidir.

Bəs Qanunla bəhs edilən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?

Qanunun 5.8-ci maddəsindən irəli gələrək Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya görə bu hüquqi şəxslərə aiddir:

  1. Publik hüquqi şəxslər.
  2. İctimai birliklər və fondlar.
  3. Dini qurumlar.
  4. Kredit təşkilatları.
  5. Sığorta şirkətləri.
  6. İnvestisiya fondları və bu fondların idarəçiləri.
  7. Qeyri-dövlət (özəl) sosial fondlar.
  8. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər.
  9. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
  10. Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
  11. Telekommunikasiya xidməti göstərən müəssisələr.
  12. Poçt müəssisələri.
  13. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
  14. Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə cavab verən hüquqi şəxslər (2, 4-9-da göstərilən şəxslərdən başqa).

Göründüyü kimi həqiqətən də bu hüquqi şəxslər ictimai əhəmiyyətli funksiyaları yerinə yetirirlər. Bu səbəbdən də həmin hüquqi şəxslərə edilən vətəndaş müraciətləri mütləq qaydada mövcud qanunvericiliyin tələbləri əsas tutulmaqla tənzimlənməlidir.

Nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün aşağıdakı meyar göstəriciləri müəyyən edilmişdir:

İllik gəlir

(mln.manat)

Hesabat ili ərzində işçilərin orta hesabla sayı

(nəfər)

Balansın yekun məbləği

(mln.manat)

200,0 1500 500,0

 

Yekunda isə qeyd etmək mümkündür ki, bu qurumlara edilən müraciətlərə baxılması müddətləri, həmin qurumlarda kargüzarlığın aparılması, telefon vasitəsilə edilən müraciətlərin qeydiyyatı və cavablandırılması da dövlət qurumları üçün müəyyən edilmiş tələblərə cavab verməlidir.


Sosial ödənişlərin (pensiya və müavinət) təyin edilməsi qaydası


Kapital Bank sahibkarların məsafədən imzalaya bildiyi sənədlərin sayını artırdı

posted in: Xəbər | 0

Kapital Bank məsafədən imzaXəbər verdiyimiz ki, Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalaması imkanını təqdim edir. Xidmət çərçivəsində fiziki şəxslərin zaminlik müqavilələri, hüquqi şəxslərin təsisçiləri fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların bütün öhdəlik müqavilələri, dövlət qeydiyyatına alınmayan girov müqavilələri və bu növ digər bütün sənədlər üz tanıma sistemi vasitəsilə banka gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər.

Həmçinin 1 nəfərdən artıq təsisçisi olan şirkətlərin təsisçi qərarları da məsafədən imzalana bilər. Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda olması zərurəti aradan qalxır və bank tərəfindən müqavilənin əlavə təsdiq edilməsi tələb edilmir. İndiyədək digər imza üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli, müştəri əlavə olaraq hər-hansı bir digər tətbiqdən istifadə etməli, fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri banka fiziki olaraq yaxınlaşmalı idi.

Yeniliklər çərçivəsində artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə xaricində olsalar belə, bank tərəfindən müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayırlar və bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılır. Bunun üçün müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub, əlavə edilən sənədi təsdiq etmək zəruridir. Bu xidmətdən smartfon vasitəsilə də yararlanmaq mümkündür.

Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.


Kapital Bank 110-cu filialını istifadəyə verdi


Kapital Bank 110-cu filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank müştərilərə daha əlçatan olmaq məqsədilə yeni filialını istifadəyə verdi. Bu dəfə açılan yeni filial Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 69X ünvanında (Xətai metro stansiyasının yaxınlığında) yerləşir. “Zəfər” filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın “Zəfər” filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 110 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 630 631 632 633 634 635 636 2. 686