Sosial ödənişlərin (pensiya və müavinət) təyin edilməsi qaydası

posted in: Xəbər | 0
birbank biznes

Sosial ödənişlər, Sosial ödənişlərin təyin edilməsi qaydası,

Mövcud qanunvericiliyə əsasən şəxsin sosial statusu və bir sıra digər amillər nəzərə alınmaqla gündəlik xərcləri baxımından təyin edilən bir sıra sosial ödənişlər nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq hazırki qanunvericilik baxımından müvafiq tənzimləmələri təqdim edirik.

  1. Əmək pensiyaları haqqında qanunvericiliyə görə aşağıdakı hallarda əmək pensiyasının verilməsi nəzərdə tutulur:
  • yaşa görə əmək pensiyası;

Hazıra 65 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (2022-ci il yanvarın 1-dən 240 manat) az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onu da qeyd edək ki, xüsusi statuslu şəxslərin (prokurorluq, ədliyyə, miqrasiya, fövqəladə hallar işçilərinin, incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan iş yerlərinin) yaşa görə əmək pensiyası hüququ güzəştli şərtlərlə müəyyən edilir.

  • əlilliyə görə əmək pensiyası;

Bu növ pensiya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün (15 yaşından başlanmaqla sayılır və şəxsin mövcud yaşından 15 yaş çıxılır və 4 aya vurulur) hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 240 AZN məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, yuxarıda göstərilən sığorta stajı olduqda təyin edilir.

  • ailə başçısını itirməyə görə əmək pensiyası

Vəfat etmiş şəxslərin övladları (18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək), ata, ana, ər, arvad (müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə), yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı (vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə) bu pensiyanı almaq hüququnu əldə edir. Həmin şəxslər ölüm gününədək vəfat edən ailə başçısının tələb edilən sığorta stajı (əlilliyi olan şəxslərdəki kimi) olduqda pensiya hüququna malik olur.

  1. Həmçinin qanunvericiliklə sosial müavinətlərin də verilməsi nəzərdə tutulur ki, bu pensiya hüququ olmadığı halda yaranır. Sosial müavinətlər aylıq və birdəfəlik olur. Aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. Aşağıdakı müavinətlər aylıq təyin olunur.

– dövlət qulluqçularına ömürlük müavinət;

Bu müavinət inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda verilir.

– yaşa görə müavinət;

Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə verilir.

– əlilliyə görə müavinət;

Əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda bu müavinət verilir.

– ailə başçısını itirməyə görə müavinət;



əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə bu müavinəti almaq hüququna malikdir.

– bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;

Bu müavinəti almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir. Bu hüquqa malik olan şəxslərin kateqoriyası müvafiq qaydalarla tənzimlənir. https://e-qanun.az/framework/2879

– 3 yaşınadək uşağa qulluğa görə müavinət;

3 yaşınadək uşağa qulluq göstərən, müvafiq tələblərə cavab verən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda bu müavinəti almaq hüququna malik olur.

– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət

Şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda övladlarına bu müavinət verilir.

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;

Qəyyum (himayəçi) təyin edilmiş şəxslərin ünvanlı sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda bu müavinət verilir.

– 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;

Ailənin ünvanlı ünvanlı sosial yardım almaq hüququ olduqda bu müavinət ödənilir.

– beşdən çox uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda bu müavinət verilir.

– övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət

Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, həmçinin dövlət qulluqçularına verilən ömürlük və bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququ olan şəxslər, eyni zamanda bu müavinəti də almaq hüququna malikdir. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) bu müavinət verilir.

Bu müavinətlər isə birdəfəlik nəzərdə tutulur.

– radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

Şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə bu müavinət verilir.

– uşağın anadan olmasına görə müavinət:

Səlahiyyətli orqan tərəfindən verilmiş arayış təqdim edildikdə verilir.

– dəfn üçün müavinət

İşsizlikdən sığorta ödənişini alan, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, həmçinin dövlət qulluqçularına verilən ömürlük müavinətlərdən biri təyin edilmiş şəxs vəfat etdikdə bu müavinət verilir.


Əmək qanunverciliyinin pozulmasına görə məsuliyyət


Print Friendly, PDF & Email