Əmtəə nişanı kimi qeydiyyata alınan sözlərin hüquqi şəxsin adı kimi istifadəsi məhdudlaşdırılacaq?

posted in: Xəbər | 0

Əmtəə nişanlarının təkrar istifadəsi, Əmtəə nişanı,Əmtəə nişanlarının təkrar istifadəsinin qarşısının alınması qanunvericilikdə öz əksini tapacaq.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva deyib.

Onun sözlərinə görə, biznesin adının qorunması ilə bağlı ümumi normaların qanunvericilikdə mövcudluğuna baxmayaraq, əmtəə nişanlarının adının da hüquqi şəxslərdə təkrarlanması ayrı-ayrı subyektlərin biznes maraqlarına toxunur.

“Artıq layihələrin içində həm də əmtəə nişanı kimi qeydiyyata alınan sözlərin daha sonradan hüquqi şəxsin adı kimi istifadəsini məhdudlaşdıran normaların da qanunvericiliyə gətirilməsi ilə bağlı təkliflər hazırlanıb”, – deyə Samirə Musayeva qeyd edib.

Mənbə: vergiler.az


Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?


Nəqliyyat vasitəsini icarəyə verən şəxsin hansı vergi öhdəliyi var?

posted in: Xəbər | 0

nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıBankdan götürdüyüm kreditlə avtomobil alıb taksi kmi icarəyə vermək istəyirəm. Mənim hansı vergi öhdəliyim yaranacaq?

Dövlət Vergi Xidmətindən bildirilib ki, nəqliyyat vasitəsinin icarəyə verilməsindən əldə edilən gəlir fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hesab edilir və Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, belə gəlirdən xərclər çıxılmadan icarəyə götürən vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində vergi tutulur. Bu zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutaraq icarə haqqını icarəyə verən şəxsə ödəyir.

O da qeyd edilib ki, nəqliyyat vasitələrini icarəyə götürərək taksi ilə sərnişin daşınmasını həyata keçirən şəxslər öz vergi öhdəliklərini “Fərqlənmə nişanı” almaqla yerinə yetirirlər.

Əsas: Vergi Məcəlləsinin 124-cü, 150-ci və 221-ci maddələri.

Mənbə: vergiler.az


Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?


Aksizli mallar anlayışı

posted in: Vergi, Xəbər | 0

Aksiz vergisinin əsas funksiyaları

Aksizli mallar aksiz vergisi tətbiq edilən, tərkibi qanunvericilik aktlarla müəyyən edilən mallar qrupudur.

Bu dolayı vergi növü:

  1. malların satış qiymətlərinə əlavə edilir;
  2. dövlət büdcəsinə toplanır, onun artımını təmin edir;
  3. bu və digər mallara olan tələbatı nizamlayır.

Satış qiymətinə edilən əlavələrin məbləği dövlət tərəfindən müəyyən edilir.

Yerinə yetirdikləri funksiyadan asılı olaraq akzisləri üç əsas qrupa bölmək olar:

  • birinci qrup ənənəvi aksizli mallar olan alkoqol, habelə tütün məmulatlarıdır. Həmin məmulatlara verginin tətbiqinin iki əsas məqsədi var: sağlamlığa ziyanlı olan istehlakın məhdudlaşdırılması, habelə fiksal funksiyası.
  • ikinci qrupa yanacaq, sürtkü materiallarına akzis vergilərini aid etmək olar. Bu zaman o, fiksal funksiyadan əlavə, həm də yollardan istifadəyə görə ödəniş, həmçinin mənfi xarici təsirləri nizamlamaq aləti kimi istifadə olunur.
  • üçüncü qrupa dəbdəbəli mallara əlavə edilən aksizlər daxildir. Bu halda o, ümumiyyətlə, məqsədli fiskal rola malik deyil. Daha çox, yenidən bölüşdürmə funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulub, çünki dəbdəbəli malların əsas istehlakçıları daha imkanlı insanlardır.

Aksiz vergisinin ödəyiciləri akzisli malların satışını və istehsalını həyata keçirən sahibkarlıq subyektləridir.

Aksizli mallar haqqında ümumi məlumat

Akzisli malların ümumi fərqləndirici xüsusiyyəti var –  onlar yüksək gəlirlilik, aşağı istehsal xərcləri olan sahələrə aiddirlər, bu da onlara vergi tətbiqini cəlbedici edir. Belə mallar yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunmur, həm də xaricdən gətirilir (vergi azadolmaları tətbiq edilən mallardan başqa).

Bütün aksizli malları iki qrupa ayırmaq olar:

  • məcburi markalanmalı və nişanlanmalı mallar;
  • məcburi markalanma və nişanlanma tətbiq edilməyənlər.

Birinci qrupa adətən pərakəndə satış üçün nəzərdə tutulmuş qablaşdırılmış tütün məhsulları, alkoqollu içkilər (müəyyən istisnalarla) aid edilir. Markalanmalı aksiz mallar 2023-cü ildə yenilənib. Belə malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfinin uyğun qərarı ilə müəyyən edilir.

1-ci qrupa daxil olmayan bütün akzisli mallar ikinci qrupa aid edilir. məsələn:

  • minik avtomobilləri;
  • motosikletlər;
  • avtomobil benzini
  • dizel yanacağı, digərləri.

Azərbaycanda aksizli mallar hansılardır?

Aksizli mallar üzrə siyahı Azərbaycan Respublikasının Vergi Məcəlləsi, həmçinin Nazirlər Kabinetinin qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikasında ilk dəfə belə siyahı 2001-ci il yanvar ayının 1-də, Vergi Məcəlləsinin qəbulu ilə tətbiq edilib. Sonrakı illərdə siyahıda dəyişikliklər olmuş, hazırda akzisli mallara, VM-nin 190.1 maddəsinə əsasən, aşağıdakılar aiddir:

Aaksizli malların siyahısı VM-in 190.1 maddəsi ilə tənzimlənir

Beləliklə, aksizli malların siyahısı əsasən, həmin siyahıda daimi mövcud olan  müəyyən malların əsasında tərtib edilir. Belə mallara tütün, həmçinin alkoqollu içkilər, habelə neft məhsulları aiddir. Amma, bu o demək deyilk ki, siyahının tərkibi dəyişmir. Dəyişikliklər, bir qayda olaraq ölkədəki iqtisadi vəziyyətlə bağlı olur.

Aksizli mallarla əməliyyatlarda vergi tutulan məbləğ

Akzisli mallar üzrə dövlət büdcəsinə ödənməli məbləğ aşağıdakı qaydada hesablanır:

Aksiz vergisi məbləği = Vergitutma bazası * Vergi dərəcəsi

Vergitutma bazası isə VM-in 185-ci maddəsi ilə müəyyən edilib.

Nəzərə almaq lazımdır aşağıdakı idxal mallarına görə hesablamalar fərqli aparılır:

  • avtobus, minik avtomobili, istirahət yaxud idman yaxtaları, həmçinin eyni təyinatlı digər üzən vasitələrin mühərrikinin həcmi.
  • platinin hər qramı;
  • qızıl, həmçinin qızıldan hazırlanan zərgərlik, habelə başqa məişət məmulatları üçün qızılın min çəki vahidindəki miqdarı;
  • emal edilmiş, çeşidlənmiş, çərçivələnmiş və bərkidilmiş almaz üçün  almazın karatı vergi tutulan əməliyyatın məbləği sayılır.

İdxal olunan xəz-dəri məmulatları üçün vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla).

Azərbaycanda aksiz vergisi dərəcələrinin tətbiqinin iki növü var:

  • spesifik;
  • advalor.

Aksizli mallara tətbiq edilən aksiz dərəcələri haqqında buradan ətraflı məlumat ala bilərsiniz.

2022-ci ildə Nobel mükafatının məbləği nə qədər olacaq?

posted in: Xəbər | 0

nobel sülh mükafatıİsveçli kimyaçı, mühəndis, ixtiraçı, sahibkar və xeyriyyəçi Alfred Nobelin vəfat etdiyi gün – dekabrın 10-da, Nobel mükafatının təqdimetmə mərasimi keçiriləcək. Hər nominasiya üzrə pul mükafatının məbləği, keçmişdə olduğu kimi, bu il də 10 milyon kron (təxminən 918 603 dollar) təşkil edəcək.

Mükafat Stokholm filarmoniyasında İsveç Kralı XVI Karl Qustav tərəfindən şəxsən təqdim olunacaq. Laureatlara mükafatın təsisçisinin portreti olan qızıl medal və diplom veriləcək.

Nobel mükafatının təqdimatını kim düşünüb?

Tibb, fizika, kimya, ədəbiyyat və sülh sahəsində mükafatlar Alfred Nobelin, İsveç sənayeçisinin və dinamit ixtiraçısının iradəsi ilə təsis edilib. İlk mükafatlar 1901-ci ildə, Nobelin ölümündən beş il sonra verilmişdir.

Rəsmi olaraq, iqtisadiyyat üzrə İsveç bankının Alfred Nobel xatirə mükafatı kimi tanınan iqtisadiyyat sahəsində mükafatı Nobel tərəfindən deyil, 1968-ci ildə İsveç Mərkəzi bankı tərəfindən təsis edilib.

Nobel sülh mükafatı Norveçdə, digər mükafatlar isə İsveçdə verilir. Bu da Alfred Nobelin şəxsi istəyi olub. Onun sağlığında İsveç və Norveç bir ittifaqda birləşmişdilər, həmin ittifaq 1905-ci ildə aradan qalxmışdı. Nobel sülh mükafatı “bəşəriyyətə ən böyük fayda gətirən” insanlara verildiyi üçün ən nüfuzlu mükafat hesab edilir. Qalan beş mükafat isə ədəbiyyat, fizika, kimya, fiziologiya və ya tibb sahəsində və iqtisadi sahədə bəşəriyyətə verdiyi töhfələrə görə tanınır.


1 635 636 637 638 639 640 641 2. 702