Əvəzçilik qaydasında əmək müqaviləsi

posted in: Xəbər | 0

Əvəzçilik qaydasında əmək müqaviləsi, əmək müqaviləsi, xidməti müqavilələrin bağlanması, müddətli əmək müqaviləsi,İşçinin bir neçə iş yerində çalışması üçün qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi şərtlərə əməl etmək tələb olunur. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər.

Bu zaman işçinin əmək kitabçası saxlanılan iş yeri əsas iş yeri, əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri isə əlavə iş yeri sayılır.

Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır, iş vaxtının müddəti isə tərəflərin razılığı ilə Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə isə əsas iş yeri üzrə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini işəgötürən ilə işçi müəyyən edir. Əlavə iş yerində işçilərə, Əmək Məcəlləsinin 89-cu maddəsinin 5-ci və 6-cı hissələrində göstərilən hallar istisna olunmaqla, heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

İşçi əsas iş yerində zərərli, təhlükəli və insan sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onun eyni əmək şəraitli əlavə iş yerində çalışması yolverilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

Əmək müqaviləsindəki şərtlərdən biri də işçinin əsas və əlavə iş yerində çalışması ilə bağlıdır. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçi bir əsas iş yerində çalışmaqla yanaşı, bir və ya bir neçə əlavə iş yerində də çalışa bilər. Lakin təcrübədə bəzi suallar yaranır ki, onlara aydınlıq gətirməyi zəruri hesab edirəm.


İşçinin iş həcminin artırılması üçün əlavə ödənişlər


Əlavə iş yerində iş vaxtının müddəti əsas iş yerindəki iş vaxtından asılıdırmı?

Əlavə iş yerində gündəlik və həftəlik iş vaxtının müddəti əsas iş yerindən asılı deyil. Yəni işçi əsas iş yerində gündəlik 1, 4 və ya 8 saat çalışsa belə, əlavə iş yerində iş vaxtının müddəti gündəlik 4, həftəlik 20 saatdan çox ola bilməz. Çünki Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Məcəllənin 89-cu maddəsində nəzərdə tutulan norma isə gündəlik 8, həftəlik 40 saatdır. Həmin normaların yarısı gündəlik 4, həftəlik 20 saat edir.

Əlavə iş yerində çalışmaq üçün işçi əsas iş yerindən razılıq almalıdırmı?

İşçi əsas iş yerində çalışmaqla yanaşı, əlavə iş yerində çalışmaq istəyirsə və əlavə iş yerinin iş vaxtı əsas iş yerininki ilə üst-üstə düşürsə, bu zaman əsas iş yerindən razılıq alınmalıdır. İşçi əlavə iş yerində əsas iş yerində müəyyən olunmuş iş vaxtından sonra işləyəcəyi halda isə əsas iş yerindən razılıq alınmasına ehtiyac yoxdur.

İşçi eyni iş yerində həm əsas, həm də əlavə iş yeri olaraq çalışa bilərmi?

İşçi eyni iş verində həm əsas, həm də əlavə iş yeri olaraq çalışa bilər. Məsələn, işçi “AAA” MMC-də saat 09:00-dan 18:00-dək əsas iş yeri olaraq mühasib vəzifəsində, 18.00-dan 21.00-dək əlavə iş yeri olaraq insan resursları üzrə mütəxəssis vəzifəsində çalışa bilər. Və ya işçi 09:00-dan 13:00-dək əsas iş yerində mühasib, 14:00-dan 18:00-dək əlavə iş yeri olaraq insan resursları üzrə mütəxəssis vəzifəsində çalışa bilər.

Əlavə iş yeri üçün müəyyən olunmuş gündəlik 4 saat, həftəlik 20 saat iş vaxtı müddəti bir əlavə iş yeri, yoxsa bir neçə əlavə iş yeri üçün müəyyən olunur?

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əlavə iş yeri üzrə müəyyən olunmuş gündəlik 4, həftəlik 20 saat iş vaxtı müddəti tək bir iş yerinə deyil, bir neçə iş yerinə də aiddir.

Məsələn, tutaq ki, bir işçi, dörd müəssisədə əvəzçilik qaydasında çalışır. İşçinin həmin dörd əlavə iş yerində çalışdığı iş vaxtının ümumi müddəti gündəlik 4, həftəlik 20 saatdan çox ola bilməz.

Əlavə iş yerində çalışan işçi əsas iş yerində çalışan işçiyə münasibətdə Əmək Məcəlləsi üzrə qeyd olunan butun hüquqlara malikdirmi?

İşçinin əsas iş yerində əmək qanunvericiliyi ilə hansı hüquqları varsa, əlavə iş yerində də eyni hüquqları vardır.

Məsələn, tutaq ki, işçi əsas iş yerində insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır və Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, ona 30 təqvim günü məzuniyyət müəyyən olunmuşdur. Həmin işçinin məzuniyyət müddəti əsas iş yerində olduğu kimi əlavə iş yerində də 30 təqvim günü müəyyən olunacaqdır.

Əlavə iş yerində çalışan işçinin əmək kitabçasında əlavə iş yeri ilə bağlı qeydlər aparılmalıdırmı?

Əlavə iş yerində çalışan işçinin əmək kitabçasında əlavə iş yeri ilə bağlı qeydlər işçinin öz razılığı ilə qeyd oluna bilər. Bəzən təcrübədə sual yaranır: əmək kitabçası əsas iş yerində saxlanılırsa, işçi əlavə iş yerində işdən azad olunduqda bu, əmək kitabçasında necə qeyd ediləcək? Bu halda yaxşı olardı ki, işçi əmək kitabçasını əsas iş yerindən götürmək üçün əsas iş yerinə yazılı müraciət etsin, əlavə iş yerində əmək kitabçasına müvafiq qeyd aparılandan sonra isə əmək kitabçasını yenidən əsas iş yerinə qaytarsın.

Əlavə iş yerində çalışmaqla bağlı aşağıda qeyd olunan məhdudiyyətləri nəzərə almaq lazımdır.

1. Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, yaşı 18-dən aşağı olan şəxslər üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Belə ki, yaşı 18-dən aşağı olan şəxşlərin Məcəllənin 58-ci maddəyə əsasən, əsas və əlavə iş yerlərində iş vaxtının müddətləri 24 və 36 saatdan çox ola bilməz. Məsələn, 20 yaşlı işçinin əsas iş yerində həftəlik iş vaxtının müddəti 40, əlavə iş yer(lər)ində 20 saat – ümumilikdə həftəlik 60 saat olduğu halda, yaşı 18-dən aşağı olan şəxslərin əsas və əlavə iş yerlərində həftəlik iş vaxtlarının ümumi müddəti 24 və ya 36 saatdan çox ola bilməz. İşçilərin yaşlarına uyğun həftəlik iş saatlarının norması bu cədvəldəki kimidir:

İşçinin yaşı Əsas iş yerində həftəlik iş saatları Əlavə iş yerində həftəlik iş saatları İki iş yerində iş saatlarının cəmi
15 yaş 20 4 24
17 yaş 25 11 36
25 yaş 40 20 60

2. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, əlavə iş yerində zərərli, insan sağlamlığına mənfi təsiri olan əmək şəraitində çalışa bilməz. Bununla belə, həmin işçi insan sağlamlığı üçün təhlükəli olmayan digər vəzifədə əlavə iş yeri kimi çalışa bilər.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Səyahət sığortasından ƏDV tutulurmu?


Səyahət sığortasından ƏDV tutulurmu?

posted in: Xəbər | 0

Səyahət sığortası ƏDVAzərbaycan Respublikası hüdudlarından kənarda yerləşən şirkətin onlayn təqdim etdiyi səyahət sığortası üçün bank tərəfindən 18% ƏDV tutulması düzgündürmü?

Dövlət Vergi Xidmətindən bildiririlib ki, səyahət sığortasının əldə edilməsinə görə xarici ölkənin sığorta şirkətinə aparılan ödənişlər elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilmədiyindən həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Ona görə də hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: vergiler.az


Vergi ödəyicisi tərəfindən faktiki çəkilmiş xərclər hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?


Əmək qabiliyyətini müvəqqəti itirən işçilərə ödənilən müavinətin hesablanması qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

müavinətin hesablanması qaydası, ixrac qeydi ilə satış, hüquqi şəxslərin dövlət reyestrinin aparılması, ƏDV-dən azad edilən kitab və kağızlar, ixrac gömrük rüsumlarının dərəcələri, idxal gömrük rüsumlarının dərəcələri, gömrük rüsumu, Əmək pensiyalarının hesablanması, lisenziyalar və icazələr, E-qaimə ilə bağlı Qərar, qeyri-iş 2022, vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıBaş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert Anar Bayramov yenilikləri şərh edib.

Haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir.

Təsdiq edilən dəyişikliyə əsasən, Əsasnamənin mükafat və əməkhaqqına əlavələrin hesablanması ilə bağlı hissələri ləğv edilib. Son dəyişikliyə qədər Əsasnamənin 30-cü maddəsində qeyd edilirdi ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əməkhaqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğinin 12 aya bölünməsi yolu ilə nəzərə alınmalıdır. Yəni işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərdə mükafat və (və ya) əməkhaqqına əlavə hesablandıqda işəgötürən həmin məbləğləri haqq-hesab cədvəlində keçən ilin gəlirləri kimi qeyd edirdi.


Vergi ödəyicisi tərəfindən faktiki çəkilmiş xərclər hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?


Misal 1: İşçi 1 may 2022-ci ildə əmək qabiliyyətini 20 günlük müvəqqəti itirdiyi barədə xəstəlik kağızını işəgötürənə təqdim edib. İşəgötürən işçinin son 12 aylıq (may 2021 – aprel 2022) gəlirlərini haqq-hesab cədvəlində qeyd etdikdə tarif (vəzifə) maaşını ümumi qaydada qeyd edir. İşəgötürən tərəfindən işçiyə son 12 ayda mükafat və ya əməkhaqqına əlavə hesablandığı halda isə həmin məbləğlər 021-ci il üzrə qeyd edilməli idi. Mükafat və əlavələr keçən ilə qeyd edilməklə, ümumi məbləğin 12 aya bölünməsi nəticəsində işçinin son 12 aydakı orta gündəlik qazanc məbləği azaldılmış olurdu.
Əsasnaməyə edilən yeni dəyişiklikdən sonra mükafat və əlavələr hesablanan dövr üzrə də nəzərə alınacaq.

Misal 2: İşçi 2022-ci ilin sentyabr ayında hamiləliyə və doğuşa görə məzuniyyətə çıxıb. İşəgötürən tərəfindən işçiyə 2022-ci ilin aprel ayında 100 manat mükafat və 120 manat əməkhaqqına əlavələr (əvəzetmə, iş vaxtından artıq iş saatına görə ödəmə və s.) hesablanıb. Artıq həmin məbləğlər keçən il üzrə yox, hesablandığı dövr, yəni 2022-ci ilin aprel ayı üzrə qeyd ediləcək. Nəticədə işçiyə orta gündəlik qazanc hesablandıqda mükafat və əməkhaqqına əlavələr tam məbləğdə nəzərə alınacaq.

Mənbə: vergiler.az


Vergi ödəyicisi tərəfindən faktiki çəkilmiş xərclər hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?

posted in: Xəbər | 0

gəlirdən çıxılan xərclər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıFərdi sahibkar kimi məişət cihazlarının təmiri ilə məşğulam. Fəaliyyətimlə əlaqədar bir sıra ehtiyat hissələrini, dəzgahları bazardan vergi orqanından uçotda olmayan şəxslərdən alıram. Alışı sənədsiz qaydada rəsmiləşdirilən və nağd qaydada alınan malların dəyəri gəlirdən çıxılan xərclərə aid ediləcəkmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda vergi ödəyicisinin çəkdiyi xərcləri mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır.

Vergi ödəyicisi tərəfindən faktiki olaraq çəkilmiş xərclər isə bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edilir.

Belə ki, Vergi Məcəlləsinin 14.6.5-ci maddəsidə əsasən, alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi və malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadığı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır.

Əlavə olaraq bildirirk ki, alışı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilmədən alınmış malların alışına çəkilmiş xərclərin 10 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-ci, 58-ci və 108-ci maddələri.

Mənbə: vergiler.az


İşçinin iş həcminin artırılması üçün əlavə ödənişlər


1 636 637 638 639 640 641 642 2. 686