Mənfəət vergisi bəyannaməsinin tərtibi ilə bağlı mühüm yenilik

posted in: Xəbər | 0

Mənfəət vergisi bəyannaməsinin tərtibi, Fiziki online vakansiya 1C OperatorMənfəət vergisi bəyannaməsinin tərtibi və təqdim edilməsi ilə bağlı Bəyannamə Tərtibatı Proqramında mühüm təklimlləşdirmələr aparılıb. Mövzunu “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı şərh edir.

Vergi Məcəlləsinin 72.4-1-ci maddəsinə əsasən, Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Vergi Məcəlləsinə bu ildən əlavə edilən 72.4-1-ci maddəsi ilə 163-cü maddədə nəzərdə tutulmuş halların bəyannamədə əks etdirilməsi ümumi norma kimi tanınıb. Yəni, əməliyyat tam və ya qismən ləğv edildikdə, mallar geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi ilə əlaqədar razılaşdırılmış kompensasiya dəyişdikdə və s. bu kimi əsaslar yarandıqda həmin dəyişikliyin baş verdiyi hesabat dövründə nəzərə alınmalıdır. Bu məsələ ƏDV-yə münasibətdə indiyədək də qeyd olunan qaydada tənzimlənirdisə, mənfəət (gəlir) vergisi ilə bağlı müəyyən boşluqlar var idi. Məcəlləyə edilmiş dəyişikliklə 163-cü maddənin tələbləri mənfəət (gəlir) vergisinə də şamil olundu

Məcəlləyə edilmiş dəyişikliyin bəyannamə formasında əks etdirilməsi Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci tarixli Əmri ilə təsdiq edilsə də, indiyədək Bəyannamə Tərtibatı Proqramına (BTP) müvafiq sətirlər işlənməmişdi. BTP-nin sonuncu 4.3.4-cü versiyasında isə yeni sətirlər əks olunub. Belə ki, mənfəət vergisi bəyannaməsinin 219.6-cı kodlu “Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan gəlir” və 235.3 kodlu “Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan xərc” sətirləri yeni versiyada mövcuddur.



Misal: “AA” MMC tərəfindən 2021-ci ildə 1.500 manatlıq mal təqdim edilib. Həmin ilin mənfəət vergisi bəyannaməsində 1.500 manat gəlir kimi tanınıb, eyni zamanda malın dəyəri 900 manat göstərilib. 2022-ci ildə “AA” MMC-nin təqdim etdiyi 500 manatlıq (satış qiyməti ilə) mallar geri qaytarılıb. Bu əməliyyata görə vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinə dəqiqləşmə verilməməlidir. 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi tərtib edilərkən 219.6-cı sətirdə 500 manat, 235.3-cü sətirdə isə 300 manat yazılmaqla nəzərə alınmalıdır.

Dəqiqləşmə üzrə artırılan gəlir və xərclərin isə ayrıca sətirdə qeyd edilməsinə ehtiyac yoxdur, bunlar müvafiq sətirlərdə əks etdirilə bilər.

Məsələnin qanunvericilikdə bu cür qoyulması həm də vergidən yayınma sxemlərinin və sui-istifadə hallarının qarşısını alır. Belə ki, bəzi vergi ödəyiciləri mənfəət vergisi məbləğinin “şişməsinin” qarşısını almağa əvvəlki ildə təqdim edilmiş elektron qaimə-fakturaları ləğv etməklə nail olurdularsa, artıq bunu birbaşa etmək mümkün olmayacaq.

Eyni zamanda, həm qanunvericilik, həm də texniki baxımdan məsələnin bu formada qoyuluşunu müsbət və mütərəqqi addım kimi qiymətləndirmək lazımdır. Ən azından ona görə ki, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmək heç də həmişə mühasiblərin ürəyincə olmur.

Mənbə: vergiler.az


Müharibədə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına hansı vergi güzəşti olunur?


Müharibədə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına hansı vergi güzəşti olunur?

posted in: Xəbər | 0

işəgötürən, işçi, ödəniş,Mühasibat uçotu, verginin hesablanmasıAtam 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə iştirakçılarının övladlarına vergi güzəşti olunduğunu biləndən sonra müvafiq sənədləri hazırlayıb iş yerimə təqdim etmişəm. Əvvəlki üç ildə əməkhaqqımdan tutulmuş verginin qaytarılması mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.


Vergi ödəyiciləri tərəfindən hansı mallar nağd qaydada alına bilər?


Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Göründüyü kimi, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi üzrə vergi güzəştləri 1 yanvar 2019-cu il tarixdən tətbiq edildiyindən və həmin güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından sorğuda göstərilən dövrlər üzrə güzəşt məbləğinin tətbiqi və vergitutulan məbləğin bərpası qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Vergi ödəyicisi fəaliyyət növünü dəyişdirməklə bağlı nə etməlidir?


Vergi ödəyiciləri tərəfindən hansı mallar nağd qaydada alına bilər?

posted in: Xəbər | 0

şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
  • əlvan və qara metal qırıntılarının qəbulu;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
  • xam dərinin tədarükü (alışı).

Bu hallar “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi ilə tənzimlənir.

Mənbə: vergiler.az


Vergi ödəyicisi fəaliyyət növünü dəyişdirməklə bağlı nə etməlidir?


İstifadə olunmamış məzuniyyətə görə kompensasiyanın vergiyə cəlb olunması

posted in: Xəbər | 0

vergi ödənişləri, Yükdaşıma, Əmək məzuniyyətlərinin verilməsi, təhsil məzuniyyət, əsas vəsaitlər, maliyyə sanksiyası, ƏDV məbləği, Əmək haqqından tutulmaların təyinatları, əsas vəsaitlərin rəsmiləşdirilməsi, mühasib köməkçisi, Əmək haqqından tutulmalar, məzuniyyət hüququ, Məzuniyyət, əmək Məzuniyyəti, ehtiyac meyarı, Minimum əmək haqqı, yaşayış minimumu, ödənişli məzuniyyətlər, təhsil, Əmək pensiyaları, Əmək pensiyalarının hesablanması, Əmək məzuniyyəti, vergi öhdəlikləri, Bina tikintisi, aktivlər, əmlak, Mühasib, vakansiya,Dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə büdcəyə köçürülməsinə nəzarət edilir. Mövzuya insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabında aydınlıq gətirir.

Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda bu məbləğdən çox olan hissənin 14%-i həcmində tutulur.

Qeyd olunanlara əsaslanaraq nəzərinizə çatdırırıq ki, əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya haqlarının ödənilməsi zamanı gəlir vergisi aşağıdakı qaydalarda hesablanmalıdır:

  • əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödənişi aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fikizi şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

  • əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi hala gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixindən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisini məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı amddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Bəs əvvəlki iş illərinə görə mövcud olan istifadə olunmamış məzuniyyət günlərindən istifadə etdikdə həmin iş illərində olan əməkhaqları üzərindən hesablanma aparılmalıdır? Suala cavab olaraq bildirim ki, işçi hər hansı iş ilinə görə istifadə etmədiyi məzuniyyət günlərindən istifadə etdikdə həmin hesablama aparıldığı aydan əvvəlki son 12 ayda qazancı üzərindən aparılır.

Misal: Tutaq ki, işçi 01.07.2019-cu ildə işə qəbul olunur. Müəyyən səbəblərə görə işçinin istəyi əsasında iş illərinə əsasən əmək məzuniyyətindən istifadə etməyib. İşçi 01.07.2022-ci ildə istifadə etmədiyi məzuniyyətlərdən istifadə etmək istəyir. İşçi işə qəbul olduqda əməkhaqqısı 500 manat idi. Ancaq son 12 ayda isə əməkhaqqı 2000 manat olub. Belə olan halda işçi əvvəlki iş ilindən istifadə etməsinə baxmayaraq, hesablama aparılan zaman 500 manat əməkhaqqı üzərindən deyil, son 12 aylıq əməkhaqqıdan, yəni 2000 manat üzərindən hesablama aparılacaq.

Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 saylı “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər” qərarını diqqətinizə çatdırıram.


Rezident müəssisə üçün vergitutma obyekti nədir?


Nəzərə alınan ödənişlər:

  • faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;
  • müəssisələrdə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 saylı fərmanı ilə təsdiq edilən “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin və şəhər (rayon) icra hakimiyyəti başçılarının səlayihətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
  • uşağın yedizdirilməsi üçün fasilələrin ödənilməsi;
  • səhra, susuz dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
  • iş vaxtlarından artıq saatların ödənilməsi;
  • istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
  • işçinin təqsiri olmadan zay (yarasız) sayılan məhsulun istehsalına, boş dayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti hava şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
  • müvəqqəti əvəzetməyə görə ödəmə;
  • qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda;
  • məcburi iş buraxma dövrünün ödənilməsi;
  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı;
  • əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarı və quruluş haqqı.

Nəzərə alınmayan ödənişlər:

  • birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, doğum günləri ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi;
  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
  • ezamiyyətlə bağlı verilən ödəmələr, çöl xərcləri,daimi işi yolda olan, yaxud gediş-gəliş və y agəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr,bilavasitə tikintidə çalışan işçilər üçün səyyat xaralterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
  • işçilərə pulsuz verilən mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və y aonların kompensasiyası;
  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrinin, südün və müalicə profilaktika qidalarının dəyəri;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri;
  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilən işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
  • gənc mütəxəssislərə ali və ya orta istisas müəssisəsini bitirdikdən sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
  • mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;
  • istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya.

Mənbə: vergiler.az


Vergi ödəyicisi fəaliyyət növünü dəyişdirməklə bağlı nə etməlidir?


1 657 658 659 660 661 662 663 2. 686