Vergi ödəyicisi istifadəçi kodunu, parol və şifrəni itirdikdə nə etməlidir?

posted in: Xəbər | 0

Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMən istifadəçi kodumu itirmişəm. Onu yenidən bərpa etmək mümkündürmü?

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Mənbə: vergiler.az


Əmək münasibətləri və məşğulluq sahəsində islahatlar yeni mərhələyə keçir


Əmək münasibətləri və məşğulluq sahəsində islahatlar yeni mərhələyə keçir

posted in: Xəbər | 0

istehsalat təqvimi, iş vaxtı norması, 2022, yaşa görə pensiya, müavinət, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əməkhaqqı, əməkhaqqının saxlanması, icbari sığorta müqaviləsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işsizlikdən sığorta, Qadın əməyi, Əmək pensiyası, Əmək pensiyasına əlavə, Zəfər reyestri, Əmək veteranı, əmək məzuniyyətinin mütləq istifadə olunması, Əmək məzuniyyəti, Əmək məzuniyyətindən geri çağırılma, elektron idarəetmə sistemi, əmək kitabçaları, Sosial xidmətlər,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. İqtisadçı ekspert Anar Bayramov açıqlamasında ƏMAS-ın üstünlükləri haqqında mülahizələrini bölüşüb.

Ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mərhələsinə keçidi təmin edən ƏMAS altsisteminin tətbiqi ilə işəgötürənlər bir sıra mühüm yeniliklərdən istifadə imkanı qazanıblar.

Birincisi, ƏMAS altsistemin tətbiqi ilə işəgötürənlər əmək müqaviləsinin elektron formada hazırlanmasını həyata keçirə biləcəklər. İşəgötürənlər Əmək Məcəlləsinin tələblərini nəzərə alaraq əmək müqaviləsi ilə bağlı məlumatları ƏMAS altsisteminə daxil etdikdən sonra sistem əmək müqaviləsini elektron formada hazırlayaraq təqdim edir. Gələcəkdə həmin əmək müqavilələrinin işçi tərəfindən elektron imza ilə təsdiqinə imkan yaradılacağından müqavilələrin çap edilərək imzalanmasına ehtiyac yaranmayacaq.

İkinci önəmli yeniliklik ondan ibarətdir ki, əmrləri də elektron formada hazırlamaq mümkün olacaq. Hazırda platformada təkcə əmək müqaviləsinə xitam əmrini elektron formada hazırlamaq olur. Gələcəkdə işə qəbul, əmək məzuniyyəti və əmək münasibətlərinə aid digər əmr formalarının elektron qaydada hazırlanması mümkün olacaq. Xitam əmri ilə bağlı diqqətçəkən dəyişiklikdən biri odur ki, ƏMAS altsistemi işəgötürənə gələcək tarixlər üçün əmr imzalanmasını platformada həyata keçirmək hüququ verir.

Misal: Tutaq ki, işəgötürən 20 iyun 2022-ci il tarixdə hazırladığı xitam əmrində işçinin 30 iyun 2022-ci il tarixdə işdən azad olunacağını qeyd edib. Bu halda ƏMAS sistemi əmək müqaviləsinə xitamı avtomatik olaraq iyun ayının son günündə həyata keçirir.

Üçüncü önəmli dəyişiklik isə əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitamla bağlı işəgötürənlərə qeydiyyat (qaralama) variantının təqdim edilməsidir. Dövlət Vergi Xidmətinin elektron qaimə-fakturanın təqdim edilməsi zamanı həyata keçirdiyi yeniliyin ƏMAS altsistemində tətbiqi nəticəsində işəgötürən əmək müqaviləsini imzalamazdan öncə sənədin qaralama variantını hazırlamaq imkanına malik olur. Beləliklə, sənədin üzərində dəyişikliklər etmək imkanı qazanan işəgötürən gələcəkdə baş verə biləcək texniki səhvlərdən sığortalanmış olur.

Mənbə: vergiler.az


“PAŞA Bank” 15-ci ilində biznes kreditlərinə endirim təklif edir

posted in: Xəbər | 0

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” fəaliyyətinin 15 illiyi münasibətilə kiçik və orta biznes sahiblərinə onlayn biznes kredit və kredit xətti məhsulları üzrə 15 gün ərzində xüsusi endirim təklif edir.

Belə ki, 05 iyuladək kampaniya çərçivəsində onlayn biznes kredit və kredit xətti məhsulları üzrə birdəfəlik komissiyaya 15% endirim tətbiq olunacaq.

Endirimdən yararlanmaq üçün qeyd olunan tarix aralığında müştərinin kredit üzrə müraciət formasını dolduraraq sorğunu göndərməyi kifayətdir. Kredit sorğusu təsdiqləndiyi halda endirim tətbiq olunacaq.

Qeyd edək ki, “PAŞA Bank”ın 11%-dən başlayan 250 000 AZN-dək onlayn biznes kreditləri girov tələb olunmadan və cəmi 1 gün ərzində təqdim olunur. Kredit üzrə müraciət tamamilə onlayn həyata keçirilir.

Müraciət göndərmək üçün keçid: https://pshb.az/3NZx5Zy


Əmək müqaviləsinə hansı hallarda Əmək Müfəttişliyinin qərarı ilə xitam verilə bilər?

posted in: Xəbər | 0

əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsi, yerli şirkət, şirkət ləğvi,Bəzən elektron informasiya sistemində adlarına aktiv əmək müqaviləsi bildirişi olan vətəndaşlar rəsmi olaraq işsiz hesab edilmədikləri üçün həm yeni işə düzəlmədə, həm də dövlət tərəfindən verilən müəyyən müavinətlərin onlara təyin edilməsində problemlə qarşılaşırdılar. Bu sahədə qanuvericilikdə edilmiş təkmilləşmələri insan resursları üzrə ekspert Nüsrət Xəlilov şərh edib.

Bu günlərdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə Əmək Məcəlləsinin 49, 74 və 87-ci maddələrinə müvafiq dəyişikliklər edilib.

Əmək Məcəlləsinin 74-cü maddəsinə əlavə edilən 1-1-ci bəndə əsasən, aşağıda nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (Dövlət Əmək Müfəttişliyi Xidmətinin) qərarı ilə qüvvədən düşmüş hesab edilir.

  • fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

  • fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;
  • fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
  • Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.

Yaşayış sahəsinin təqdim edilməsinə görə vergi öhdəliyi


Eyni zamanda, 74-cü maddənin 1-ci hissənin e) bəndinə “vəfat etdikdə” sözlərindən sonra “, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə” sözləri də əlavə edilib ki, bu hallarda da əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən xitam veriləcək.

İşçinin müraciəti əsasında, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılacaqdır.

Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.

Mənbə: vergiler.az


Əmək müqaviləsinin tələb olunduğu hallar


1 663 664 665 666 667 668 669 2. 686