İş ili və təqvim ili: fərqli xüsusiyyətləri

posted in: Xəbər | 0

Torpaq vergisi, Vakansiya Xərclər üzrə mühasibİqtisadi ədəbiyyatda, eləcə də sənədləşdirmə işlərində “iş ili” və “təqvim ili” terminlərindən geniş istifadə olunur. Bəs bunların bir-birindən fərqi nədir? Suala insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

Əmək müqaviləsi əsasında çalışan hər bir işçi Əmək Məcəlləsində qeyd olunan bütün növ məzuniyyətlərdən istifadə edə bilər. Əmək məzuniyyəti ilə bağlı isə bu anlayışlara diqqət yetirmək zəruridir:

  • iş ili;
  • əsas və əlavə məzuniyyət günləri;
  • təqvim günləri.

Əmək məzuniyyəti iş ilinə görə müəyyən olunur. Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, iş ili işçinin işə götürüldüyü gündən başlayır və növbəti ilin həmin günü başa çatır.

Misal 1: Tutaq ki, işçi “HR and Accounting Center” MMC-də 10 yanvar 2021-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul olunub. Deməli, həmin işçinin iş ili 10 yanvar 2022-ci il tarixdə tamamlanır. Bu halda işçinin iş ili əmək müqaviləsinin müvafiq bölməsində 10.01.2021-10.01.2022-ci il kimi qeyd olunacaq. Ancaq təcrübədə bəzən bu tarixlə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərdiyimiz misalda iş ili faktiki olaraq 10.01.2021 – 09.01.2022-ci il tarixləri arasında tamamlanır. Amma Əmək Məcəlləsinin 113-cü maddəsində konkret qeyd olunub ki, iş ili növbəti ilin həmin günü başa çatır. Ona görə də bizim misalımızdakı iş ilinin 10.01.2021-10.01.2022-ci kimi göstərilməsi daha məqsədəuyğun olar.

Bununla belə, iş ilinin müddəti əmək müqaviləsində hər iki formada qeyd oluna bilər, burada işçinin mənafeyi baxımından hüquqların hər hansı məhdudlaşdırılması baş vermir.

Bəzən təcrübədə “iş ili” və “təqvim ili” anlayışları yanlış anlaşılır. İş ili işçinin işə başladığı tarix ilə əlaqəlidir və işə başladığı tarixdən başlayır, növbəti ilin həmin günü başa çatır. Təqvim ili isə yanvar ayının 1-dən başlayır və dekabr ayının 31-də bitir. Təcrübədə bəzən işçinin əmək məzuniyyətinə təqvim ilinin sonuna qədər çıxması tələbi irəli sürülür. Bu, birmənalı olaraq yanlışdır. İşçi iş ili başa çatdıqda müvafiq iş ilinə uyğun əmək məzuniyyətindən istifadə etməlidir.


Elektron ticarət qaydasında alınan mallara, işlərə və xidmətlərə görə vergi öhdəliyi


Misal 2: Tutaq ki, işçi 1 fevral 2021-ci il tarixində mühasib vəzifəsinə qəbul edilib. Bu halda iş ili 1 fevral 2021-1 fevral 2022-ci il tarixlərini əhatə etdiyinə görə həmin şəxs müvafiq iş ilinə uyğun olaraq əmək məzuniyyətini təqvim ilinin sonuna (31 dekbar 2021-ci il) qədər deyil, iş ilinin sonuna (1 fevral 2022-ci il) qədər istifadə etməlidir.

Əmək məzuniyyəti təqvim günləri ilə müəyyən olunur. “Təqvim günləri” dedikdə, istehsalat təqviminə əsasən, bütün günlər – iş günləri, istirahət günləri, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günləri nəzərdə tutulur. Əmək məzuniyyətinin təqvim günləri ilə müəyyən olunmasına baxmayaraq, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, yuxarıda qeyd olunan yalnız iş günü hesab edilməyən bayram günləri əmək məzuniyyəti günlərinə daxil deyil. Beləliklə:

Əmək məzuniyyəti günləri = təqvim günləri – iş günü hesab edilməyən bayram günləri.

Misal 3: İşçi 20 fevral 2022-ci il tarixdə ərizə ilə müraciət edərək 1 mart 2022-ci ildən etibarən 10 təqvim günü müddətinə əmək məzuniyyətindən istifadə etmək istəyir. Bu müraciət əsasında insan resursları mütəxəssisi ən azı 5 təqvim günü öncədən əmək məzuniyyəti ilə bağlı əmr hazırlayır. Əmrdə qeyd olunası məlumatlar isə Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən müəyyən olunmalıdır. Bu zaman 1 mart əmək məzuniyyətinin başlama tarixi, 11 mart bitmə tarixi, 12 mart isə işçinin işə başlama tarixi kimi qeyd olunmalıdır. Əmək məzuniyyəti 1 mart tarixindən başladığı halda, 10 təqvim günü martın 10-da bitir. Ancaq 8 Mart Beynəlxalq qadınlar günü iş günü hesab edilməyən bayram günüdür. Buna görə də həmin gün əmək məzuniyyəti günlərinə daxil edilmir. Nəticədə, əmək məzuniyyətinin bitmə tarixi 10 mart 2022-ci il deyil, 11 mart 2022-ci il, işçinin işə başlama tarixi isə 12 mart 2022-ci il tarixi müəyyən olunur (6 günlük iş vaxtı).

Bəzən 20 Yanvar Ümumxalq hüzn günü əmək məzuniyyəti günlərinə daxil edilmir, yəni həmin gün məzuniyyət günlərinə təsadüf etdikdə məzuniyyət günləri uzadılır. Bu, yanlışdır. Çünki Əmək Məcəlləsində bununla bağlı konkret müddəa yoxdur. Məcəllənin 114-cü maddəsinə əsasən, yalnız iş günü hesab edilməyən bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və həmin günlər üçün məzuniyyət haqqı ödənilmir.


Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?


Təcrübədə maraq doğuran məqamlardan biri də bu sualla bağlıdır: əmək məzuniyyəti gününün başlama tarixi istirahət günləri ola bilərmi?

Qanunvericilik buna yol verir. Tutaq ki, işçinin istirahət günü həftənin şənbə və bazar günləridir, işçi həmin günlər üçün tərəflərin qarşılıqlı razılığı əsasında əmək məzuniyyətindən istifadə edə bilər.

Əlavə olaraq qeyd edək ki, məzuniyyət təqvim günləri ilə müəyyən olunduğu üçün işçi həftənin bazar günündən başlayaraq 10 təqvim günü müddətində əmək məzuniyyətindən istifadə edə bilər. Çünki təqvim günlərinə istirahət günləri də daxildir.

Təcrübədə maraq doğuran daha bir məsələ növbəti ilin əmək məzuniyyəti ilə bağlıdır. Bəzən işçi müfaviq iş ilinin əmək məzuniyyətindən istifadə etdikdən sonra növbəti iş ili üçün də məzuniyyətə çıxmaq istəyir. Lakin bu, işçi məzuniyyət hüququndan istifadə etmək istədiyi növbəti iş ili başladıqdan sonra ola bilər.

Misal 4: İşçi 1 fevral 2021-ci ildə işə qəbul olunub: onun iş ili 1 fevral 2021-ci il – 1 fevral 2022-ci il müddətidir. Həmin iş ili üçün işçi əmək məzuniyyətindən tam istifadə edib. Buna baxmayaraq, 5 yanvar 2022-ci ildə növbəti iş ilinə (1 fevral 2022-ci il – 1 fevral 2023-cü il) aid əmək məzuniyyətindən istifadə etmək üçün işəgötürənə müraciət edir. Bu halda işçinin müraciəti qəbul olunmayacaq, çünki onun müraciəti 1 fevral 2022-ci ildən, yəni növbəti iş ilinin başlamasından əvvələ düşür.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

posted in: Xəbər | 0

Daim yenilikçi yanaşması və ölkədə innovasiya ekosisteminə göstərdiyi dəstək ilə fərqlənən PAŞA Holding bu istiqamətdə növbəti təşəbbüs həyata keçirib. Belə ki, innovasiya proqramı çərçivəsində PAŞA Holding-in innovasiya komandası və Kapital Bank-ın daxil olduğu PAŞA Qrup şirkətlərinin nümayəndələri ABŞ-nin Kaliforniya ştatına səfər ediblər.

Səfərin məqsədi müxtəlif sahələrdə müasir trendləri kəşf etmək və dünyaca məşhur startapların təsisçiləri ilə fikir mübadiləsi aparmaq üçün seminarlarda iştirak etmək, startapçılar, universitetlər, vençur kapitalı fondları, akseleratorlar və digər təşkilatlarla tanış olmaq idi. Səfər zamanı iştirakçılar Silikon Vadisinin nüfuzlu startapları və maliyyə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, “Plug&Play” şirkətinin İnnovasiya Sammiti tədbirində iştirak edib və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıblar. Həmin sammitdə hazırda “Twitter”in idarə heyətinin üzvü olan iş adamı Omid Kordestani də iştirak edirdi.

Qeyd edək ki, 2021-ci ilin sonunda PAŞA Holding-in innovasiya komandası eyni məqsədlə İsrailə də səfər etmişdi.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Kapital Bank 130-cu xidmət nöqtəsini istifadəyə verdi


Elektron ticarət qaydasında alınan mallara, işlərə və xidmətlərə görə vergi öhdəliyi

posted in: Xəbər | 0

“Google play”dən meditasiya proqramı yükləyərkən hesabımdan vergi tutuldu. Bu proqramla qazanc məqsədilə hər hansı xidmət göstərmək mümkün deyil. Bu sahədə mövcud vergi öhdəliyi barədə açıqlama verməyinizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə edilən ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanun.

Mənbə: vergiler.az


Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?


Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?

posted in: Xəbər | 0

vergi məcəlləsi dəyişiklik, satışın maya dəyəri, mənfəət vergisi ödəyicisi, Mənfəət vergisi ödəyicisinə keçid, aksizli malları markasız idxal etmək, torpaq vergisi üzrə öhdəlik, torpaq vergisi üzrə öhdəliklər, gəlirdən çıxılan xərclər, avadanlıqların təmir xərcləri, əsas vəsaitlərin təmiri, əmlakın satış qaydaları, Vergi Məcəlləsi dəyişiklik, vergi məcəlləsinin 163-cü maddəsi, Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik, idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Mingəçevir şəhərində qeydiyyatda olan, Bakı şəhərində yaşayan şəxs Bakı şəhərində VÖEN ala bilərmi?

Vergi Məcəlləsinin müddəalarına əsasən, fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar. Vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Mənbə: vergiler.az


İşçilərin məzuniyyət hüquqları


1 666 667 668 669 670 671 672 2. 686