Daim yenilikçi yanaşması və ölkədə innovasiya ekosisteminə göstərdiyi dəstək ilə fərqlənən PAŞA Holding bu istiqamətdə növbəti təşəbbüs həyata keçirib. Belə ki, innovasiya proqramı çərçivəsində PAŞA Holding-in innovasiya komandası və Kapital Bank-ın daxil olduğu PAŞA Qrup şirkətlərinin nümayəndələri ABŞ-nin Kaliforniya ştatına səfər ediblər.
Səfərin məqsədi müxtəlif sahələrdə müasir trendləri kəşf etmək və dünyaca məşhur startapların təsisçiləri ilə fikir mübadiləsi aparmaq üçün seminarlarda iştirak etmək, startapçılar, universitetlər, vençur kapitalı fondları, akseleratorlar və digər təşkilatlarla tanış olmaq idi. Səfər zamanı iştirakçılar Silikon Vadisinin nüfuzlu startapları və maliyyə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, “Plug&Play” şirkətinin İnnovasiya Sammiti tədbirində iştirak edib və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıblar. Həmin sammitdə hazırda “Twitter”in idarə heyətinin üzvü olan iş adamı Omid Kordestani də iştirak edirdi.
Qeyd edək ki, 2021-ci ilin sonunda PAŞA Holding-in innovasiya komandası eyni məqsədlə İsrailə də səfər etmişdi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Kapital Bank 130-cu xidmət nöqtəsini istifadəyə verdi