Əmək münasibətləri və məşğulluq sahəsində islahatlar yeni mərhələyə keçir

posted in: Xəbər | 0

istehsalat təqvimi, iş vaxtı norması, 2022, yaşa görə pensiya, müavinət, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əməkhaqqı, əməkhaqqının saxlanması, icbari sığorta müqaviləsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işsizlikdən sığorta, Qadın əməyi, Əmək pensiyası, Əmək pensiyasına əlavə, Zəfər reyestri, Əmək veteranı, əmək məzuniyyətinin mütləq istifadə olunması, Əmək məzuniyyəti, Əmək məzuniyyətindən geri çağırılma, elektron idarəetmə sistemi, əmək kitabçaları, Sosial xidmətlər,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. İqtisadçı ekspert Anar Bayramov açıqlamasında ƏMAS-ın üstünlükləri haqqında mülahizələrini bölüşüb.

Ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mərhələsinə keçidi təmin edən ƏMAS altsisteminin tətbiqi ilə işəgötürənlər bir sıra mühüm yeniliklərdən istifadə imkanı qazanıblar.

Birincisi, ƏMAS altsistemin tətbiqi ilə işəgötürənlər əmək müqaviləsinin elektron formada hazırlanmasını həyata keçirə biləcəklər. İşəgötürənlər Əmək Məcəlləsinin tələblərini nəzərə alaraq əmək müqaviləsi ilə bağlı məlumatları ƏMAS altsisteminə daxil etdikdən sonra sistem əmək müqaviləsini elektron formada hazırlayaraq təqdim edir. Gələcəkdə həmin əmək müqavilələrinin işçi tərəfindən elektron imza ilə təsdiqinə imkan yaradılacağından müqavilələrin çap edilərək imzalanmasına ehtiyac yaranmayacaq.

İkinci önəmli yeniliklik ondan ibarətdir ki, əmrləri də elektron formada hazırlamaq mümkün olacaq. Hazırda platformada təkcə əmək müqaviləsinə xitam əmrini elektron formada hazırlamaq olur. Gələcəkdə işə qəbul, əmək məzuniyyəti və əmək münasibətlərinə aid digər əmr formalarının elektron qaydada hazırlanması mümkün olacaq. Xitam əmri ilə bağlı diqqətçəkən dəyişiklikdən biri odur ki, ƏMAS altsistemi işəgötürənə gələcək tarixlər üçün əmr imzalanmasını platformada həyata keçirmək hüququ verir.

Misal: Tutaq ki, işəgötürən 20 iyun 2022-ci il tarixdə hazırladığı xitam əmrində işçinin 30 iyun 2022-ci il tarixdə işdən azad olunacağını qeyd edib. Bu halda ƏMAS sistemi əmək müqaviləsinə xitamı avtomatik olaraq iyun ayının son günündə həyata keçirir.

Üçüncü önəmli dəyişiklik isə əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitamla bağlı işəgötürənlərə qeydiyyat (qaralama) variantının təqdim edilməsidir. Dövlət Vergi Xidmətinin elektron qaimə-fakturanın təqdim edilməsi zamanı həyata keçirdiyi yeniliyin ƏMAS altsistemində tətbiqi nəticəsində işəgötürən əmək müqaviləsini imzalamazdan öncə sənədin qaralama variantını hazırlamaq imkanına malik olur. Beləliklə, sənədin üzərində dəyişikliklər etmək imkanı qazanan işəgötürən gələcəkdə baş verə biləcək texniki səhvlərdən sığortalanmış olur.

Mənbə: vergiler.az


“PAŞA Bank” 15-ci ilində biznes kreditlərinə endirim təklif edir

posted in: Xəbər | 0

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” fəaliyyətinin 15 illiyi münasibətilə kiçik və orta biznes sahiblərinə onlayn biznes kredit və kredit xətti məhsulları üzrə 15 gün ərzində xüsusi endirim təklif edir.

Belə ki, 05 iyuladək kampaniya çərçivəsində onlayn biznes kredit və kredit xətti məhsulları üzrə birdəfəlik komissiyaya 15% endirim tətbiq olunacaq.

Endirimdən yararlanmaq üçün qeyd olunan tarix aralığında müştərinin kredit üzrə müraciət formasını dolduraraq sorğunu göndərməyi kifayətdir. Kredit sorğusu təsdiqləndiyi halda endirim tətbiq olunacaq.

Qeyd edək ki, “PAŞA Bank”ın 11%-dən başlayan 250 000 AZN-dək onlayn biznes kreditləri girov tələb olunmadan və cəmi 1 gün ərzində təqdim olunur. Kredit üzrə müraciət tamamilə onlayn həyata keçirilir.

Müraciət göndərmək üçün keçid: https://pshb.az/3NZx5Zy


Əmək müqaviləsinə hansı hallarda Əmək Müfəttişliyinin qərarı ilə xitam verilə bilər?

posted in: Xəbər | 0

əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsi, yerli şirkət, şirkət ləğvi,Bəzən elektron informasiya sistemində adlarına aktiv əmək müqaviləsi bildirişi olan vətəndaşlar rəsmi olaraq işsiz hesab edilmədikləri üçün həm yeni işə düzəlmədə, həm də dövlət tərəfindən verilən müəyyən müavinətlərin onlara təyin edilməsində problemlə qarşılaşırdılar. Bu sahədə qanuvericilikdə edilmiş təkmilləşmələri insan resursları üzrə ekspert Nüsrət Xəlilov şərh edib.

Bu günlərdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə Əmək Məcəlləsinin 49, 74 və 87-ci maddələrinə müvafiq dəyişikliklər edilib.

Əmək Məcəlləsinin 74-cü maddəsinə əlavə edilən 1-1-ci bəndə əsasən, aşağıda nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (Dövlət Əmək Müfəttişliyi Xidmətinin) qərarı ilə qüvvədən düşmüş hesab edilir.

  • fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

  • fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;
  • fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
  • Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.

Yaşayış sahəsinin təqdim edilməsinə görə vergi öhdəliyi


Eyni zamanda, 74-cü maddənin 1-ci hissənin e) bəndinə “vəfat etdikdə” sözlərindən sonra “, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə” sözləri də əlavə edilib ki, bu hallarda da əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən xitam veriləcək.

İşçinin müraciəti əsasında, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılacaqdır.

Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.

Mənbə: vergiler.az


Əmək müqaviləsinin tələb olunduğu hallar


Yaşayış sahəsinin təqdim edilməsinə görə vergi öhdəliyi

posted in: Xəbər | 0

Mədən vergisi ödəyiciləri, Sadələşdirilmiş vergi ödəyiciləri,Abşeron rayonunda evim var. Evi satmaq istəyirəm. Evin satışı zamanı vergi ödəməliyəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi (Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) -1,2 əmsal) ilə müəyyən olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir.

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

Mənbə: vergiler.az


Əmək müqaviləsinin tələb olunduğu hallar


1 668 669 670 671 672 673 674 2. 691