Kapital Bank-da Müstəqillik Günü qeyd edildi

posted in: Xəbər | 0

Kapital Bank-ın menecment komandasının iştirakı ilə ənənəvi komanda quruculuğu tədbiri keçirilib. Bir qayda olaraq hər il keçirilən bu tədbir adətən payız aylarına təsadüf etsə də, bu dəfə “BİRliyimiz Qələbəmizdir!” şüarı altında təşkil edilən görüş əvvəlki tədbirlərdən fərqli olaraq məhz Müstəqillik Gününə həsr olunub və unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları arasında Kapital Bank-ın İdarə Heyətinin sədri başda olmaqla, idarə heyətinin üzvləri, orta və üst menecmentin nümayəndələri yer alıb.

Festival formatında təşkil olunan tədbir 2 hissədən ibarət olub. Tədbirin birinci hissəsinə ölkəmizin səfalı guşələrindən biri olan Quba rayonunun dağlıq və yaşıllıq ərazisində milli ornamentlərlə bəzədilmiş məkanda start verilib. Tədbirin bu hissəsi milli ruhda hazırlanan stendlərlə yadda qalıb. Stendlərdə müxtəlif milli incəsənət və bədii yaradıcılıq nümunələri və yerli istehsal olunan məhsullar nümayiş etdirilib. İştirakçılar vətənimizin ləziz təamlarından dadaraq milli musiqi ansamblının ifalarını dinləyiblər.

Tədbirin ikinci hissəsi qala tipli şam yeməyi formatında təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev açılış nitqi ilə çıxış edib. O, öz nitqində müstəqilliyimizin keçmiş tarixi və yeni tarixə qızıl hərflərlə həkk olunan şanlı qələbəmiz barədə danışıb, habelə Kapital Bank-ın ölkənin maliyyə sektoruna verdiyi xüsusi töhfəni və sektordakı əvəzsiz rolunu vurğulayıb. Sədr, eyni zamanda, bankın son illərdə qət etdiyi əhəmiyyətli uğur yolu barədə söz açıb və rəhbər vəzifələrə yeni təyin olunan gənc liderlərə peşəkar karyeralarında müvəffəqiyyət arzulayıb. Açılış nitqinin ardınca Bankın əməkdaşları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbir vətənpərvərlik ruhunda səsləndirilən musiqilərin yer aldığı konsert proqramı ilə davam edib və əsrarəngiz atəşfəşanlıqla yekunlaşıb.

Qeyd etmək lazımdır ki, bu kimi tədbirlərin keçirilməsi korporativ və milli mədəniyyətin aşılanmasına, əməkdaşlar arasındakı əlaqələrin yaxşılaşdırılmasına və komanda ruhunun inkişafına müsbət təsir göstərir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən təminatlar gəlir vergisindən azaddır

posted in: Xəbər | 0

baş mühasib, vakansiya, Əmək qabiliyyətinin itirilməsi, vakansiya, mühasib, vergi ödəyiciləri, Dividend güzəştləri, Sadələşdirilmiş vergi, Sadələşdirilmiş sistem,Azərbaycanın vergi sistemində aparılan islahatlarda sosial yönümlü dəyişikliklər xüsusi yer tutur. Bu dəyişikliklərdən birini mühasibat mütəxəssisi Emin Salamov şərh edir:

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2695 nömrəli Sərəncamına əsasən, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindən biridir. Bu istiqamətdə aparılan islahatlara uyğun olaraq Azərbaycan Respublikasının Qanunvericilik sistemində 2022-ci ildə bir sıra sosial yönümlü dəyişikliklər olunmuşdur.

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir.


Borc gəlir hesab edilirmi?


Bununla yanaşı, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən müavinətlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinin 102.1.14.3-cü maddəsində, gəlir vergisindən azadolmalar və güzəştlər hissəsindən çıxarılmışdı və 2021-ci ilədək Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu.

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Mənbə: vergiler.az


Səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən hansı halda vergi tutulmur?


Borc gəlir hesab edilirmi?

posted in: Xəbər | 0

İşəgötürən öz işçisinə 1000 manat faizsiz borc vermişdir. Bu məbləğ işçinin gəliri hesab olunurmu? Olunursa, ondan sosial sığorta haqqı tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.2.1-ci maddəsinə əsasən, fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda – bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq onun muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilməklə Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisinə və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Belə ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulan muzdlu işdən aylıq gəlirlərə Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən gəlirlər aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi.

Mənbə: vergiler.az


Səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən hansı halda vergi tutulmur?


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VII hissə)

posted in: Xəbər | 0

Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VII hissə)

VI hissəyə nəzər yetirin

motivasiya,

Stimullaşdırmanın qeyri-maddi metodları

Yaradıcı işçilər üçün qeyri-maddi stimullaşdırma üsullarından istifadə etmək çox vacibdir. Eyni zamanda, başa düşülməyən və dəyərləri ilə üst-üstə düşməyən qeyri-maddi təşviq metodlarının, məsələn, “Peşəsinin ən yaxşısı” sertifikatlarının istifadəsi ilə komandada hökm sürən atmosfer kobud şəkildə pozula bilər. Motivasiyanın mükəmməl üsulu müxtəlif effektivlik göstəriciləri üzrə balların toplanmasına əsaslanan müxtəlif reytinqlər, işin ən maraqlı sahələrinin təlimatlandırılması, məsələn, oyun proqramlarının hazırlanması və sınaqdan keçirilməsi ola bilər. İşçini formal-qeyri-formal iyerarxiyada irəli aparmağa, onun kollektivdə şəxsi nüfuzunu yüksəltməyə imkan verən qreyd (şirkət üçün təxminən bərabər dəyərlilik daşıyan bir qrup vəzifədir) sistemi də (şirkətdə vəzifələrin qiymətləndirilməsi və sıralanması proseduru) öz effektivliyini sübut edib. Bununla yanaşı, iri şirkətlərdə qreyd sistemi əməkhaqqının mərhələli şəkildə artırılması və imtiyazların həcminin, hətta şəxsi avtomobilə qədər genişləndirilməsi ilə müşayiət olunursa, yaradıcı kollektivlərində yüksək qreyd faktı ciddi motivasiyaverici amilə çevrilir.

Stimullaşdırmanın əlavə üsulu işçilərin şirkətin vəsaiti hesabına ixtisasının artırılması, onların müxtəlif kurslara göndərilməsi, seminar və treninqlərin ödənilməsi ola bilər. Hətta öz ixtiralarını həyata keçirmək üçün maşın vaxtının verilməsi böyük bir mühəndis-ixtiraçılar qrupu üçün əhəmiyyətli bir motivasiya amili ola bilər.

Yaradıcı düşüncəli insanlar üçün çevik bir iş cədvəli də şəxsi effektivlik dövrlərindən maksimum istifadə etməyə imkan verən çox vacib bir amilə çevrilir. Sərt reqlamentləşdirilmiş iş vaxtı, gecikməyə görə cərimələr, əməkdaşın iş yerinə bağlanması, digər tərəfdən isə əmək məhsuldarlığını kəskin şəkildə aşağı salır. Çevik iş vaxtından istifadə təcrübəsi “Google”da effektiv tətbiq edilir. Burada müxtəlif layihələr üzərində çalışanlar, əmək vaxtının 20%-ni əsas vəzifələrinə aid olmayan istənilən layihələrlə məşğul olmağa borcludurlar.

Özü də bu fəaliyyət orta əməkhaqqı standartlarına uyğun ödənilirsə, o həm əməkdaşa, həm də şirkətə sərf edilir. Şirkətin sənaye liderləri sırasına daxil olduğu yeni ideyaların əksəriyyəti, məhz, bu zamanlarda yaradılır. Sərbəst yaradıcılıq, istənilən halda, şirkətə məxsus intellektual bir məhsuldur, lakin standart proseslərlə məşğul olmaq əvəzinə, yaradıcılıq qabiliyyəti işçinin əsas sahələrdə vəzifələrinin yerinə yetirilməsinə təsir göstərir.


VIII hissəyə nəzər yetirin


1 675 676 677 678 679 680 681 2. 686