Maliyyə Nazirliyində bəzi kadrların yerləri dəyişdirilib

posted in: Xəbər | 0

maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri, məcburi audit subyektləri, yeni proqram təminatı, Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları,Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev vəzifəsindən azad edilərək Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, indiyə qədər bu vəzifəni tutan Xaqani Rzayev isə Dövlət aparatının maliyyəsi şöbəsinin müdiri təyin olunub.

Bu barədə nazirliyə istinadən xəbər verir.

Bundan başqa, məumata görə, qurumun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər.

Dövlət Xəzinədarlıq Agentliyinə rəhbərlik qurumun İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinə rəhbərlik isə qurumun İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucovaya həvalə edilib.

Mənbə: report.az


2022-ci il üçün əmək məzuniyyətini necə planlaşdırmalı?

posted in: Xəbər | 0

Məlum olduğu kimi dünya ölkələri içərisində iş günlərinin sayı ilə nisbətdə ən çox istirahət günləri olan bir ölkə olaraq növbəti əsas əmək məzuniyyətini ilin əvvəlindən planlaşdırmaq və istehsalat təqvimini mütləq nəzərə almaq lazımdır. Bu yazıda 2022-ci il üçün əmək məzuniyyətini necə planlaşdırmağı izah etməyə çalışacağıq.

Qeyd etmək zəruridir ki, əmək məzuniyyəti üzrə məzuniyyət haqqı hesablanarkən son 12 ayın əməkhaqqısı cəmlənir, 12-ə bölünərək 1 aylıq əməkhaqqı (orta aylıq əməkhaqqı) tapılır və həmin məbləğ də 30,4-ə bölünərək 1 günlük məzuniyyət haqqı hesablanır. Əməkhaqqında isə bu hesablamada cari ayın iş günlərinin sayı əhəmiyyət kəsb edir. Belə ki, bir aylıq əməkhaqqı əsas tutulmaqla 1 iş gününə düşən əməkhaqqını tapmaq üçün cari ayın iş günlərinin sayı aylıq əməkhaqqına bölünür və 1 iş günü üçün əməkhaqqı tapılır.


Mühasibat uçotunun aparılmamasına görə cərimələr nə qədərdir?


Misalla izah edək. Şəxsin aylıq gross əməkhaqqısı 1000 manat olduqda, onun 1 gününə düşən məzuniyyət haqqı 32,9 manat olacaq. Şəxs həftə sonundan başqa qeyri-iş günü olmayan aprel ayında məzuniyyət götürərsə, onun iş gününə düşəcək əməkhaqqısı 47,6 manat təşkil edəcəyi üçün onun həmin ay üzrə məzuniyyət gününün sayını həftəsonlarına daxil etməklə artırması məqsədəuyğundur. Belə ki, 15 məzuniyyət gününün 4-nü həftəsonuna daxil etməsi halında şəxsin məzuniyyət haqqı (15*32,9 m) 493 manat edəcək. Şəxsin itirəcəyi 10 iş gününə düşən əməkhaqqı isə 476 manat edəcək. Bu halda aydın olduğu kimi şəxsin məzuniyyət haqqı və aylıq əməkhaqqısı toplanmaqla sərfəli əməkhaqqı əldə etmiş olacaq.

Məzuniyyət götürülərkən məzuniyyətin günü, məzuniyyət götürüləcək ayın iş günlərinin sayı və məzuniyyət gününə düşən əməkhaqqını nəzərə almaq mütləqdir. Həmçinin məzuniyyət götürülərkən iki aya düşən məzuniyyət təqvimində hər iki ayın iş günlərinin sayı mütləq nəzərə alınmalıdır. Xoş istirahətlər.


Hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar


2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (II hissə)

posted in: Xəbər | 0

2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (II hissə)

I hissəyə nəzər yetirin

Onlayn-maliyyə dərəcəsi təhsili asanlaşdırır

“Mən maliyyə sahəsini öyrənmək istəyirəm, lakin, mənim artıq karyeram və bütün iş günü üçün digər vəzifələrim vardır. Mən nə edə bilərəm?”

Bu halda, siz maliyyə sahəsində onlayn-bakalavriatura və magistratura axtarmalısınız. Karyeranızı və ya şəxsi həyatınızı təxirə salmadan siz bunu özünüzə uyğun sürətlə öyrənə bilərsiniz. Bu həm də səyahətə, xaricə köçməyə, başqa ölkədə tibbi sığortaya və s. pul xərcləməmək üçün əla bir üsuldur.

Nə qədər ki, etibarlı cihazınız (kompüter, noutbuk, planşet, hətta smartfon) və sabit internet bağlantınız var, maliyyə dərəcəsini onlayn şəkildə almaq, ən yaxşısıdır. Əsas üstünlüklər bunlardır:

  • Çevik qrafik: istədiyiniz zaman təhsil almaq, tapşırıqları yerinə yetirmək və imtahanları vermək imkanı;
  • Xərclərin azaldılması: bir çox onlayn-maliyyə dərəcələri çox ucuzdur, çünki onların təşkilindən ötrü az resurs tələb olunur;
  • Dünyanın istənilən nöqtəsindən təhsil almaq imkanı: siz həmin kurslara həm evdə, həm dostlarınızın yanında, hətta yolda olduğunuz vaxtlarda belə baxa bilərsiniz.

Seçim üçün maliyyə ixtisasları

Ümumi maliyyə üzrə dərəcə hərtərəfli təhsil üçün əladır. Amma daha çox ixtisaslaşmaq üçün digər maliyyə sahələrindən birini seçə bilərsiniz:

  • Korporativ maliyyə sahəsində magistr dərəcəsi;
  • Kəmiyyət üzrə maliyyə sahəsində magistr dərəcəsi;
  • Maliyyə planlaşdırması (şəxsi) sahəsində magistr dərəcəsi;
  • Maliyyə və sərmayələr sahəsində magistr dərəcəsi;
  • Bank işləri və maliyyə sahəsində magistr dərəcəsi.

Müəssisənin mühasibat uçotunun mənbəyi


Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği

posted in: Xəbər | 0

vergi öhdəlikləri, vəsaitin vergiyə cəlb edilməsi, Nəqliyyat vasitələrinin satışı,Vergi ödəyicilərində sual yaradan məsələlərdən biri də amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarıdır. Mövzunu iqtisadçı ekspert Cavid Vəlizadə şərh edib.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • maşınlar və avadanlıq – 20 faizədək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;
  • torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular – 7 faizədək;
  • nəqliyyat vasitələri – 25 faizədək;
  • iş heyvanları – 20 faizədək;
  • digər əsas vəsaitlər – 20 faizədək.

Göründüyü kimi, müəyyən olunmuş faiz normalarına qədər amortizasiya edilə bilər. Bəs müəssisə göstərilən faiz normalarından az istifadə etsə, növbəti illərdə bunu nəzərə alacaqmı?

Vergi Məcəlləsinin 114.4-cü maddəsində göstərilir ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Misal: Müəssisənin nəqliyyat vasitələrinin qalıq dəyəri 800.000 manat təşkil edib. Müəssisə Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, 25 faizədək amortizasiya edə bilər, lakin 20 faiz amortizasiya edib.

25% amortizasiya norması ilə – 800.000 x 25% = 200.000 manat
20% amortizasiya norması ilə – 800.000 x 20%= 160.000 manat
Fərq – 200.000 -160.000= 40.000 manat

Qeyd olunan 40.000 manat məbləğ mənfəət vergisi bəyannaməsinin 1249-cu sətrində qeyd edilməlidir.

Növbəti ildə müəssisə həmin nəqliyyat vasitələrinə 25 faiz amortizasiya norması tətbiq edir və keçən ildə növbəti illərə saxladığı amortizasiya xərcini nəzərə alır.

Qalıq dəyəri – 800.000 – 160.000 = 640.000 manat.
Amortizasiya xərci – 640.000 x 25%+ 40.000 =200.000 manat.

Qeyd edək ki, Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, əvvəlki illərdə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərib növbəti illərdə mənfəət və gəlir vergisi ödəyicisi olan şəxslər, əvvəlki illərdə (sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrlərdə) aşağı norma tətbiq edibsə, mənfəət və gəlir vergisi ödəyicisi olduğu illərdə amortizasiyadan yaranmış kompensasiya məbləği nəzərə alınmır.

Mənbə: vergiler.az


Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər necə hesablanır?


1 689 690 691 692 693 694 695 2. 686