Müəssisənin nəqliyyat vasitələrinin satışından əldə etdiyi vəsaitin vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0

Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə mülkiyyətində olan istismar müddətini tam başa vurmuş, tam aşınmış nəqliyyat vasitələrini yenidən qiymətləndirərək satarkən müəyyən suallar yaranır:

1. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətinə uyğun satışını həyata keçirir. Satışdan daxil olan vəsait tam həcmdə müəssisənin sərəncamında qala bilərmi?

2. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə daxil olmuş vəsaitdən aidiyyəti üzrə yaranmış vergi öhdəlikləri (ƏDV, mənfəət vergisi) yerinə yetirildikdən sonra qalan vəsait müəssisənin vəsaiti hesab olunurmu?

3. Təsisçisi dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisənin istismar müddətini tam başa vurmuş nəqliyyat vəsitələrinin satışından daxil olan vəsait “Dövlət əmlakının satışından daxilolmalar” təsnifatı üzrə büdcəyə bütövlükdə daxil edilməlidirmi?


Minimum əməkhaqqı alan şəxsin vergi və sosial ödənişlərinin hesablanması


Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. Buna əsasən, müəssisə tərəfindən istismar müddəti başa çatmış və tam amortizasiya olunmuş nəqliyyat vasitələrinin satışından əldə olunan gəlir ümumi qaydada mənfəət vergisinə cəlb edilir. Eyni zamanda, ƏDV ödəyicisi olan müəssisə tərəfindən nəqliyyat vasitələrinin təqdim edilməsi ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyatdır və 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Təsisçisi dövlət müəssisəsi olan müəssisə tərəfindən nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsaitin müvafiq vergi öhdəlikləri yerinə yetirildikdən sonra təyinatı barədə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az


Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması


Minimum əməkhaqqı alan şəxsin vergi və sosial ödənişlərinin hesablanması

posted in: Xəbər | 0

Minimum əməkhaqqı, əməkhaqqı artımı, Məzuniyyətdən geri çağırılma, əməkhaqqının hesablanması, ödəmə mənbəyində vergi, icarə xərcləri,Tikinti materialları sahəsində topdansatış bazarında çalışan işçinin əməkhaqqısı 300 manatdır. Onun bu gəlirindən nə qədər vergi və sosial ödəmələr tutulmalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi 0 faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğuda qeyd olunan halda işçinin 300 manat əməkhaqqısından gəlir vergisi tutulmur və 16 manat sosial sığorta haqqı, 1,5 manat işsizlikdən sığorta haqqı, 6 manat icbari tibbi sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Qeyd edək ki, işçilər öz əməkhaqlarından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Mənbə: vergiler.az


Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması


Distant işin əsas problemi nədir?

posted in: Xəbər | 0

Rusiyalıların 15 faizə yaxını tam şəkildə evdən çalışmağa başlayıblar. Ənənəvi iş rejimindən fərqli olaraq, məsafədən çalışarkən onlar özünü-intizam və daha uzun iş gününü başlıca problem kimi qeyd ediblər (27,1 faiz respondent belə cavab verib). “Zarplata.ru” saytının tədqiqatında belə deyilir.

Çətinliklər arasında eləcə də iş prosesini çətinləşdirən canlı ünsiyyətin olmaması (25 faiz), planlaşdırma və zənglərin sayının çox olması (10,4 faiz), ailə üzvləri səbəbi ilə diqqətlərinin işdən yayınması (8,2 faiz), pis internet-bağlantı (4,2 faiz) və bütün ailə üzvlərinin istifadə etdiyi kompüter uğrunda mübarizəni (2,1 faiz) misal çəkiblər.

Digərlərindən daha çox İT və telekommunikasiya, satış, təhsil və mühasibatlıq sahələrində çalışan rusiyalılar distant formata keçiblər. Sorğu həmçinin göstərib ki, respondentlərin 52 faizi indiki anda distant işə keçməyərək, ənənəvi rejimdə işləyirlər, əməkdaşların 28 faizi isə “hibrid” çalışırlar – yəni, müəyyən günlərdə ofisə də baş çəkirlər.

Sorğuya alınanlar distant iş formatından imtina etmələrinin əsas səbəbləri arasında bunları da qeyd ediblər: təşkilatlarının onlayn rejimdə fəaliyyəti mümkün deyil (50 faiz), əməkdaşlar arasında xəstələnənlər üzrə statistikanın aşağı olması (17,3 faiz), rəhbərlik bu məsələdə heç bir risk görmür və distant iş zamanı məhsuldarlığın aşağı düşəcəyindən narahatdır, eləcə də müdiriyyət istənilən bəhanə ilə, hətta məzuniyyət zamanı belə əməkdaşları ofisdən kənara çox həvəssiz buraxır (9,6 faiz).

“Hesabat” onlayn mühasibatlıq sistemində hesaba giriş “Asan”laşdı

posted in: Xəbər | 0

Mikro və kiçik sahibkarlıq subyektləri üçün onlayn mühasibat proqramı “Hesabat“da “ASAN Login” ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq mümkün olacaq.

“Hesabat” mühasibat uçotunu bulud texnologiyası əsasında aparmağa imkan verən proqram təminatıdır. Bu o deməkdir ki, siz internetin olduğu istənilən məkanda mühasibat uçotunuzu apara və nəzarət edə bilərsiniz. Mühasibatlıq hər vaxt yanınızda – kompüterinizdə, ovcunuzun içində – mobil telefonunuzdadır. Sistemdən sahibkarlar, şirkətin menecerləri, mühasiblər eyni vaxtda istifadə edə bilər. Vergi üzrə ekspert A. Bayramov “proqram təminatının gəlir və xərclərin uçotunun düzgün və şəffaf aparılmasına yardımçı olacağına” inandığını qeyd edir.

“Hesabat”ın “ASAN Login”lə inteqrasiyası mikro və kiçik sahibkarlıq subyektlərinin onlayn mühasibat sistemində qeydiyyatını asanlaşdırır, istifadəçinin sistemdə eyniləşdirilməsini tezləşdirir. Sistemdə “ASAN Login” vasitəsilə qeydiyyat zamanı istifadəçinin şəxsi kabineti avtomatik yaranır. Bu, qeydiyyat üçün sərf edilən vaxtı minimuma endirir. İstifadəçi profilində lazımı məlumatları daxil edə, uyğun düzəlişləri apara bilir.

Elektron-hökumət portalına (e-gov), müxtəlif dövlət qurumlarının informasiya sistemlərinə girişin “ASAN Login”lə təmin edildiyini nəzərə alsaq, uçot məlumatlarının təhlükəsizliyinə dövlət tərəfindən müəyyən edilmiş standartlar çərçivəsində təminat verildiyini deyə bilərik.

İki sistemin inteqrasiyası “Asan imza”nın tətbiq edilməsi, hesabatların elektron imzalanması və göndərilməsi, elektron sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması prosesinin tezləşdirilməsinə də təsir edəcək.

Sadaladıqlarımıza bir daha əmin olmaq, onlayn mühasibatlığın imkanarından daha geniş yararlanmaq üçün elə indi “HESABAT”da qeydiyyatdan keçin, mühasibatlığınızı müasir tələblərə uyğun qurun.


1 711 712 713 714 715 716 717 2. 686