“Hesabat” onlayn mühasibatlıq sistemində hesaba giriş “Asan”laşdı

posted in: Xəbər | 0
birbank biznes

Mikro və kiçik sahibkarlıq subyektləri üçün onlayn mühasibat proqramı “Hesabat“da “ASAN Login” ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq mümkün olacaq.

“Hesabat” mühasibat uçotunu bulud texnologiyası əsasında aparmağa imkan verən proqram təminatıdır. Bu o deməkdir ki, siz internetin olduğu istənilən məkanda mühasibat uçotunuzu apara və nəzarət edə bilərsiniz. Mühasibatlıq hər vaxt yanınızda – kompüterinizdə, ovcunuzun içində – mobil telefonunuzdadır. Sistemdən sahibkarlar, şirkətin menecerləri, mühasiblər eyni vaxtda istifadə edə bilər. Vergi üzrə ekspert A. Bayramov “proqram təminatının gəlir və xərclərin uçotunun düzgün və şəffaf aparılmasına yardımçı olacağına” inandığını qeyd edir.

“Hesabat”ın “ASAN Login”lə inteqrasiyası mikro və kiçik sahibkarlıq subyektlərinin onlayn mühasibat sistemində qeydiyyatını asanlaşdırır, istifadəçinin sistemdə eyniləşdirilməsini tezləşdirir. Sistemdə “ASAN Login” vasitəsilə qeydiyyat zamanı istifadəçinin şəxsi kabineti avtomatik yaranır. Bu, qeydiyyat üçün sərf edilən vaxtı minimuma endirir. İstifadəçi profilində lazımı məlumatları daxil edə, uyğun düzəlişləri apara bilir.

Elektron-hökumət portalına (e-gov), müxtəlif dövlət qurumlarının informasiya sistemlərinə girişin “ASAN Login”lə təmin edildiyini nəzərə alsaq, uçot məlumatlarının təhlükəsizliyinə dövlət tərəfindən müəyyən edilmiş standartlar çərçivəsində təminat verildiyini deyə bilərik.

İki sistemin inteqrasiyası “Asan imza”nın tətbiq edilməsi, hesabatların elektron imzalanması və göndərilməsi, elektron sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması prosesinin tezləşdirilməsinə də təsir edəcək.

Sadaladıqlarımıza bir daha əmin olmaq, onlayn mühasibatlığın imkanarından daha geniş yararlanmaq üçün elə indi “HESABAT”da qeydiyyatdan keçin, mühasibatlığınızı müasir tələblərə uyğun qurun.


Print Friendly, PDF & Email