Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması
Təcrübədə müəssisənin öz təsisçisinin xeyrinə müəyyən köçürmələr, ödənişlər etməsi hallarına rast gəlirik. Belə hallarda hansı vergi öhdəliyi yaranır? İqtisadçı İlqar Əsədov məsələyə aydınlıq gətirir.
Müəssisə təsisçinin xeyrinə köçürmə edərkən mühasib bilməlidir ki, fəaliyyət zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir. Bu zaman qanunvericiliyə uyğun olaraq ödəmə mənbəyində 10 faiz vergi tutulur.
Vergi Məcəlləsinin 122.2-ci maddəsinə görə, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən dividendə görə vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur və həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.
Sosial-məişət müavinətindən icbari ödənişlər hansı formada tutulur?
Misal: Hüquqi şəxs 3.600 manat məbləğində dividendin faktiki sahibi olmuş və vergi qanunvericiliyinə əsasən 360 manat vergi tutulmuşdur. Hüquqi şəxs daha sonra həmin gəliri yenidən dividend şəklində fiziki şəxsə vermişdir. Bu hüquqi şəxsin dividend nəzərə alınmadan, ümumi gəliri 31.200 manat, gəlirdən çıxılan xərcləri isə 14.800 manat olarsa, dividend nəzərə alınmaqla, dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği nə qədər olur?
Dividendin faktiki sahibi olan hüquqi şəxslərdən vergi tutulmuşdursa, dividendi alan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.
Bu halda, hüquqi şəxsin dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği belə hesablanır:
31.200 – 14.800 = 16.400 manat
16.400 x 20% = 3.280 manat.
Mənbə: vergiler.az

İşçi növbəti əmək məzuniyyətinə çıxarkən ona sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Əmək Məcəlləsinin 141-ci maddəsinin 1-ci bəndində göstərilmiş müvafiq sosial-məişət müavinətinin ödənilməsi nəzərdə tutulub. Sosial-məişət müavinətindən icbari ödənişlər (vergi, məcburi dövlət sosial-sığorta haqqları, icbari tibbi sığorta, işsizliyə görə ayırmalar, həmkarlar ittifaqı üzrə ödənişlər) hansı formada tutulur?
Bu gün üçün ən yaxşı inkişaf perspektivinə malik iki valyuta vardır – bunlar ABŞ dolları və İsveçrə frankıdır. “Praytaym” xəbər verir ki, bu fikri Rusiya Xalqlar Dostluğu Universitetinin dünya iqtisadiyyatı və biznes institutunun dosenti Vladimir Qriqoryev deyib.
“A” şirkəti daxili yükdaşıma fəaliyyəti ilə məşğul olur və “B” şirkətinə məxsus yükləri daşıyır. Balansında avtonəqliyyat vasitələri olmayan “A” şirkəti həmin daşımaları müqavilə əsasında digər şəxslər (fiziki və ya hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Bu zaman “A” şirkətinin və digər şəxslərin (fiziki və ya hüquqi şəxslərin) hansı vergi öhdəliyi yaranır? Həm “A” şirkəti, həm də digər şəxslər fərqlənmə nişanı almalıdırmı?