Sosial-məişət müavinətindən icbari ödənişlər hansı formada tutulur?

posted in: Xəbər | 0
birbank biznes

İşçi növbəti əmək məzuniyyətinə çıxarkən ona sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Əmək Məcəlləsinin 141-ci maddəsinin 1-ci bəndində göstərilmiş müvafiq sosial-məişət müavinətinin ödənilməsi nəzərdə tutulub. Sosial-məişət müavinətindən icbari ödənişlər (vergi, məcburi dövlət sosial-sığorta haqqları, icbari tibbi sığorta, işsizliyə görə ayırmalar, həmkarlar ittifaqı üzrə ödənişlər) hansı formada tutulur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 141-ci maddəsinə əsasən əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı, müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.


Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi Qaydaları”nın müddəalarına əsasən, qeyd olunan müavinət, yardım və digər ödənclər həm əmək məzuniyyətində olan işçilərə, həm də sosial, yaradıcılıq və təhsil məzuniyyətlərində olan işçilərə verilə bilər. Əmək məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclərini verilməsi işçinin məzuniyyətə çıxması barədə əmrlə rəsmiləşdirilir və məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə bərabər məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda orta əməkhaqqının hesablanması zamanı qeyd olunan müavinət, yardım və digər ödənclər nəzərə alınmır və əmsallaşdırılmır.

Qeyd olunanlara əsasən:

Əmək Məcəlləsinin 141-ci maddəsinin tələbləri nəzərə alınmaqla verilən sosial-məişət müavinətinin vergi və məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından işçiyə ödənilən həmin müavinətlərdən ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları hesablanır. İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə verilən müavinətlər əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta və işsizlikdən sığorta haqlarına cəlb olunmur.

Mənbə: vergiler.az


İşsizlikdən sığorta: nələri bilmək vacibdir?


Print Friendly, PDF & Email