2022-ci il üçün dolların rəqibi açıqlanıb

posted in: Xəbər | 0

“Finam” qəzetinin təhlilçisi Andrey Maslov bəyan edib ki, hazırda dollar əmanətlərin sabitliyini təcəssüm etdirir. Lakin yığımların diversifikasiyası üçün Britaniya funtuna da diqqət yetirmək lazımdır, deyə mütəxəssis “Praym” agentliyinə müsahibəsində bildirib.

Maslov bildirib ki, FED-in mart ayına planlaşdırılan faiz artımı fonunda dollar ənənəvi olaraq investisiya üçün üstünlüyü sayılan öz cəlbediciliyini qoruyub saxlayır. Müdafiə valyutaları arasında o, 2022-ci ildə ingilis funtunu dollara layiqli rəqib adlandırıb.

“Etibarlılıq baxımından alternativləri, yəni, qoruyucu valyutalar deyilənləri nəzərə alsaq, yen, avro və franka etibar etməmək daha yaxşıdır. Çünki bu il müvafiq ölkələrin mərkəzi bankları kifayət qədər “yumşaq” ovqata kökləniblər və çətin ki, onlar dərəcələri qaldırsınlar”, – analitik belə izah edib.

Ekspertin sözlərinə görə, İngiltərə Bankı ardıcıl ikinci dəfə uçot dərəcəsini qaldırıb ki, bu da sonuncu dəfə 2004-cü ildə baş verib. Təhlilçilər inflyasiya səbəbindən tənzimləyicinin bunu davam etdirəcəyini təxmin edirlər. Həyata keçirilən bu tədbirlər funta dollarla rəqabət aparmağa kömək edəcək.


Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi hansıdır?

posted in: Xəbər | 0

2021-ci ilin sonlarında Avropada ən aşağı işsizlik səviyyəsi Çexiyada (orada işaxtaran sakinlərin payı 2,2 faiz təşkil edir) qeydə alınıb. İşsizlik səviyyəsinin ən yüksək olduğu ölkələr sırasında İspaniya (13,4 faiz) və Yunanıstanın (13,2 faiz) adları çəkilir.

Polşa, Almaniya və Maltada kifayət qədər aşağı səviyyədə işsizlik qeyd olunub (3,5 faizdən çox deyil). Ukraynada bu, 9,6 faiz, İtaliyada 9,1 faiz, İsveçdə 8,3 faiz, Fransada 7,5 faiz səviyyəsində olub. Çexiyada işsizliyin səviyyəsi cədvəldə sonuncu yeri tutan İspaniya ilə müqayisədə demək olar ki, altı dəfə aşağıdır.

Rusiya 4,3 faiz göstərici ilə 2021-ci ilin sonu üçün reytinqdə  doqquzuncu yerdə qərarlaşıb, bu göstərici Böyük Britaniya da demək olar ki, eyni səviyyədədir.

Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 98.3-cü maddəsi ilə faktiki ezamiyyə xərcləri və 102.1.14.2-ci maddəsi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Lakin məcburi dövlət sosial sığortası üzrə sığorta haqqı hesablanmayan gəlir yalnız faktiki ezamiyyə xərcləri üçün nəzərdə tutulub (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi istisna olmaqla). Bu halda işçinin norma çərçivəsində ezamiyyə xərcindən məcburi dövlət sosial sığortası tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, faktiki ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aiddir.

İşsizlikdən sığorta: nələri bilmək vacibdir?


Qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda işçiyə faktiki ezamiyyə xərclərinin əvəzi müvafiq təsdiqedici sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergi tutulan gəlirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Əsas: “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi və Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması


İş və istirahət günlərinin yerləri dəyişdirilib

posted in: Xəbər | 0

vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıNazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.


Mənbə: nk.gov.az


1 713 714 715 716 717 718 719 2. 686