Çatdırılma şirkətlərinə edilən ödənişlərin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Pandemiyadan miras qalan davranışlardan biri də yeməklərin evə, ofisə sifariş edilməsidir. Bəs bu zaman xidmətlər neçə rəsmiləşdirilir? Nəzarət-kassa aparatı çeki kimin adından təqdim edilməlidir – restoranın, yoxsa vasitəçi (kuryer) şirkətin? Suallara “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı aydınlıq gətirir.

Son dövrlərdə ayrı-ayrı çatdırılma (kuryer) şirkətləri (“Wolt”, “Bolt” və s.) vasitəsilə kafe və restoranlardan yemək sifarişi geniş yayılıb. Bu zaman vergi qanunvericiliyi baxımından müştərilərə nəzarət-kassa aparatı çekinin təqdim edilməsi ilə bağlı suallar və fikir ayrılığı yaranır. Müştəri tərəfindən ödəniş mobil telefon və ya kompüterlə, plastik kartla edilir və ya çatdırılma şirkətinə qapıda nağd şəkildə verilir. Toplanmış vəsait isə kuryer şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisinin bank hesabına köçürülür.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərinə əsasən, nəzarət-kassa aparatı tətbiq etmək ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifələrinə aiddir. Yəni bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri yeməklərin və s. təqdim edilməsinə görə nəzarət-kassa aparatı çeki verməlidirlər. Burada suallar ortaya çıxır:

  • kuryer şirkəti tərəfindən bank vasitəsilə köçürülən məbləğlər nəzərə alınarsa, nəzarət-kassa aparatına mədaxil olunan məbləğlər satış dövriyyəsində təkrarlanacaqmı?
  • bu zaman ikiqat vergitutma halının yaranmaması üçün hansı addımlar atılmalıdır?

Yuxarıda qeyd edildiyi kimi, nəzarət-kassa aparatı tətbiq edilməsi ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifəsi olduğundan müştərilərə göndərilən yeməklərə görə çek verilməlidir. Bu həm də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələbləri baxımından vacibdir.
Əməliyyatların ikiqat vergiyə cəlb edilməməsi baxımından vergi ödəyicilərinə hesabat dövrləri üzrə təkrarlanan dövriyyələr barədə vergi orqanlarına məlumat verilməsi vacibdir. Eyni zamanda, bu cür əməliyyatlar üzrə çatdırılma şirkətlərinə Vergi Məcəlləsinin 71-1.5.4-cü maddəsində göstərilən “Malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” növündə elektron qaimə-faktura təqdim edilməsi tövsiyə olunur.

Mənbə: vergiler.az


Bax: 


Azərbaycanda sürücülərə “Fərqlənmə nişanı”nın onlayn verilməsinə başlanılır

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin göstərdiyi xidmətlərin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasın minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.

Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib. Digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Elektron qaydada müraciət etdikdən sonra “Fərqlənmə nişanı”nın verilməsi üçün verginin, məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsi üçün sistem Azərbaycan Mərkəzi Bankına məxsus Hökumət Ödəniş Portalı (HÖP) ilə əlaqələndirilib. Vətəndaşlar sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistemin verdiyi sənəd əsasında banklarda HÖP üzərindən ödənişlərini həyata keçirə biləcəklər. Mövcud qanunvericiliyin tələblərinə əsasən “Fərqlənmə nişanı” ciddi hesabat blankı olduğundan, daşıyıcılar elektron qaydada müraciət etdikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq regional qurumuna heç bir sənəd təqdim etmədən yalnız adlarına rəsmiləşdirilmiş “Fərqlənmə nişanı”nı götürmək üçün müraciət edəcəklər.

Onlayn müraciət xidməti avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.

Elektron xidmət www.e-fn.danx.gov.az saytında yerləşdiriləcək. Onun fevralın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

Mənbə: report.az


Rusiyada kağız pullardan tam şəkildə imtina olunacaqmı?

posted in: Xəbər | 0

Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aparıcı elmi işçisi və iqtisadçı Andrey Kolqanov, Rusiyanın hansı müddətdə kağız pulların istifadəsindən imtina edib, elektron ödəniş sistemlərinə keçə biləcəyindən danışıb.

“Yaxın gələcəkdə biz kağız pullardan imtina etməyəcəyik. Baxmayaraq ki, kağız pulların sıxışdırılması prosesi davam edir” – MDU-nun aparıcı əməkdaşı qeyd edib.

Düşünürəm ki, yaxın gələcəkdə, bir nəslin həyatı müddətində biz hesablaşmalarda kağız pulların kiçik faizdə qaldığının şahidi olacağıq.

Kolqanov hesab edir ki, Avropada və ABŞ-da kağız pullardan elektron pullara keçid daha sürətlə gedir. Amma orada da kağız pullar dövriyyədən çıxarılmır.

“Əlbəttə, hesablaşmaların böyük hissəsi elektron şəkildə həyata keçirilir. Kağız pullara çox nadir hallarda rast gəlinir. Onlardan adətən valyutanın konvertasiyası zamanı böyük komissiyalarla bağlı çətinlikləri olan turistlər tərəfindən istifadə olunur. Buna görə də onlar nağd pul əldə edib, istifadə etməyə üstünlük verirlər” – mütəxəssis qeyd edib.

Andrey Kolqanov Rusiyaya kağız puldan elektron pula sürətlə keçməyə imkan verməyən çətinlikləri sadalayıb. İqtisadçı əmindir ki, dörd əsas problem var.

“Xüsusilə əyalətlərdəki pərakəndə ticarət məntəqələrinin əhəmiyyətli bir hissəsi elektron ödəniş sistemləri ilə təchiz olunmayıb. Müvafiq olaraq, orada kağız pullardan istifadə olunur. Kiçik sahibkarlar üçün elektron ödəniş sistemlərindən istifadə hələ də əlavə maliyyə yükü olaraq qalır. Ölkənin bir çox regionlarında banklarla ünsiyyəti dəstəkləyən internet əlaqəsi olduqca qeyri-sabitdir ki, bu da həmin sistemlərin tətbiqinə mane olur. Bu, belə demək mümkünsə, texniki maneədir. Amma daha bir maneə də vardır. Ölkədə bir çox sahibkarlar boz zonada çalışırlar ki, onlar daha az nəzarət edilən ödəniş formalarından istifadə etməyə üstünlük verirlər” – Kolqanov belə söyləyib.


Maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qaydalarda dəyişiklik olunub

posted in: Xəbər | 0

Kameral vergi yoxlamasının müddətləri, Kameral vergi yoxlaması, Avtonəqliyyat vasitələri ilə daşımalar, gəlirlərin və xərclərin uçotu, maliyyə sanksiyası, Vergi bəyannaməsi, vergi ödəyicisi, fiziki şəxslərin öhdəlikləri, vergi tutulan dəyər, Malların emala verilməsi, Müddətlərin müəyyən edilməsi, mikrobiznes, Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin istiqamətlərindən biri də maliyyə sanksiyalarının vergi qanunvericiliyinə riayət edilməsi ruhunda islah tədbirləri olaraq təkmilləşdirilməsidir. Mövzunu vergi üzrə mütəxəssis İlqar Əsədov şərh edir.

Vergi Məcəlləsinə maliyyə sanksiyaları istiqamətində edilmiş dəyişikliklərin heç də hamısı yeni normalar deyil. Onların bir qismi əslində daha əvvəldən olan norma və prinsiplərin aydılaşdırılması məqsədilə əlavə edilmişdir. Qanunvericilikdə buna aydınlaşdırıcı normalar deyilir. Belə normalardan biri də dəyişikliklərlə yeni əlavə edilmiş 58.17-ci maddədir. Maddədə qeyd edilir ki, Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir.

Bu dəyişikliyin mahiyyətini daha yaxşı başa düşmək üçün hər şeydən öncə orada sadalanmış maddələri nəzərə almaq lazımdır. Aydınlıq üçün bildirək ki, həmin maddələrdə malların elektron-qaimə faktura olmadan və ya elektron alış aktı olmadan alınmasına və (və ya) satılmasına, eləcə də bir sıra digər hallara görə maliyyə sanksiyalarının tətbiqindən bəhs edilir.

Bir çox mühasiblər, sahibkarlar yanlışlıqla elə hesab edirdilər ki, malların təqdim edilməsi barədə elektron qaimə-fakturanı malların təqdim edilməsindən sonrakı günlərdə təqdim etsələr (həmin an təqdim etməli olduqlarına baxmayaraq), bu maddənin tətbiq dairəsinə düşməyəcəklər. Yəni elə düşünürdülər ki, həmin maliyyə sanksiyaları gec təqdim edilmiş (əldə edilmiş) elektron qaimə-fakturalara, alış aktlarına görə deyil, məhz ümumiyyətlə təqdim edilməmiş əməliyyatlara xasdır. Lakin bu, yanlış qənaət idi. Məcəlləyə bu situasiyanı izah edən 58.17-ci maddənin əlavə edilməsi həmin hallara görə (yəni sənədin ümumiyyətlə deyil, vaxtından gec təqdim edilməsi) yeni münasibətin ortaya qoyulması və yalnız 1 yanvar 2022-ci ildən tətbiq edilməsi anlamına gəlmir.

Bu münasibət daha əvvəldən var idi və bu mənada 58.17-ci maddə yeni münasibət qoyan norma yox, aydınlaşdırıcı norma kimi çıxış edir.

Nümunə 1: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin sahibliyində 500 manat dəyərində mallar aşkarlanmışdır. Həmin mallar ilə bağlı kağız daşıyıcıda tərtib edilmiş alış aktları olsa da, elektron alış aktları tərtib edilməmişdir. Alış aktlarının tərtib olunmalı olduğu tarixdən 5 gün keçməmişdir.

Bu halda, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcəkdir: Vergi Məcəlləsinin 58.8-ci maddəsindən “alış aktları” ifadəsi çıxarılaraq yalnız “elektron alış aktları” ifadəsi saxlansa da, 58.17-ci maddə ilə alış aktlarından elektron alış aktlarına keçid müddəti kimi 5 günlük müddət nəzərə alınmışdır.

Nümunə 2: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin təhvil-təslim aktı üzrə 8.000 manatlıq əvvəlcədən sifariş edilmiş malları ayın 3-də təhvil verdiyi, bununla bağlı elektron qaiməni isə həmin ayın 12-də göndərdiyi aşkar edilmişdir. Bu halın 1 yanvar 2022-ci ildən əvvəl, yaxud sonra baş verməsindən asılı olamayaraq, vergi ödəyicinə, təqvim ili ərzində belə hala birinci dəfə yol vermişdirsə, həmin malların dəyərinin 10 faizi miqdarında (800 manat) maliyyə sanksiyası tətbiq edilir.

Nümunə 3: Operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin təssərrüfat subyektindən malların maşına yüklənərək alıcıya təqdim edilməsi aşkar edilir. Əməliyatla bağlı elektron qaimə-fakturanın göstərilməsi tələb edildikdə isə vergi orqanı əməkdaşlarına sənədin hələ tələb edilmədiyi, gün ərzində tərtib ediləcəyi bildirilir.

Vergi ödəyicisinə bu halda da maliyyə sanksiyası tətbiq ediləcəkdir. Çünki elektron qaimə-faktura mallar təqdim edildiyi vaxt tərtib edilməli idi. Vergi Məcəlləsinin 71-1-ci maddəsi ilə əvvəlcədən sifariş edilən mallar üzrə elektron qaimə-fakturanın malların təqdim edildiyi gün deyil, təqdim edildiyi vaxt tərtib edilməsi tələbi təsbit edilib. Vergi Məcəlləsinə yeni əlavə edilmiş 58.17-ci maddədə belə hallar daha aydın izah edilmişdir.

Mənbə: vergiler.az


Bax: 


1 742 743 744 745 746 747 748 2. 686