Rusiyada kağız pullardan tam şəkildə imtina olunacaqmı?

posted in: Xəbər | 0
birbank biznes

Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aparıcı elmi işçisi və iqtisadçı Andrey Kolqanov, Rusiyanın hansı müddətdə kağız pulların istifadəsindən imtina edib, elektron ödəniş sistemlərinə keçə biləcəyindən danışıb.

“Yaxın gələcəkdə biz kağız pullardan imtina etməyəcəyik. Baxmayaraq ki, kağız pulların sıxışdırılması prosesi davam edir” – MDU-nun aparıcı əməkdaşı qeyd edib.

Düşünürəm ki, yaxın gələcəkdə, bir nəslin həyatı müddətində biz hesablaşmalarda kağız pulların kiçik faizdə qaldığının şahidi olacağıq.

Kolqanov hesab edir ki, Avropada və ABŞ-da kağız pullardan elektron pullara keçid daha sürətlə gedir. Amma orada da kağız pullar dövriyyədən çıxarılmır.

“Əlbəttə, hesablaşmaların böyük hissəsi elektron şəkildə həyata keçirilir. Kağız pullara çox nadir hallarda rast gəlinir. Onlardan adətən valyutanın konvertasiyası zamanı böyük komissiyalarla bağlı çətinlikləri olan turistlər tərəfindən istifadə olunur. Buna görə də onlar nağd pul əldə edib, istifadə etməyə üstünlük verirlər” – mütəxəssis qeyd edib.

Andrey Kolqanov Rusiyaya kağız puldan elektron pula sürətlə keçməyə imkan verməyən çətinlikləri sadalayıb. İqtisadçı əmindir ki, dörd əsas problem var.

“Xüsusilə əyalətlərdəki pərakəndə ticarət məntəqələrinin əhəmiyyətli bir hissəsi elektron ödəniş sistemləri ilə təchiz olunmayıb. Müvafiq olaraq, orada kağız pullardan istifadə olunur. Kiçik sahibkarlar üçün elektron ödəniş sistemlərindən istifadə hələ də əlavə maliyyə yükü olaraq qalır. Ölkənin bir çox regionlarında banklarla ünsiyyəti dəstəkləyən internet əlaqəsi olduqca qeyri-sabitdir ki, bu da həmin sistemlərin tətbiqinə mane olur. Bu, belə demək mümkünsə, texniki maneədir. Amma daha bir maneə də vardır. Ölkədə bir çox sahibkarlar boz zonada çalışırlar ki, onlar daha az nəzarət edilən ödəniş formalarından istifadə etməyə üstünlük verirlər” – Kolqanov belə söyləyib.


Print Friendly, PDF & Email