Səhmdarların dividend öhdəlikləri

posted in: Xəbər | 0

Təşkilati-hüquqi forması baxımından kommersiya hüquqi şəxslərin növlərindən biri kimi açıq və ya qapalı olmasından asılı olmayaraq təsərrüfat cəmiyyəti kimi də təsis edilməni göstərmək mümkündür. Açıq və ya qapalı formalı təsərrüfat cəmiyyəti səhm üzrə nizamnamə kapitalını formalaşdırdığı üçün şirkətlər Açıq və ya Qapalı Səhmdar Cəmiyyəti adlanmışdır. Bu formalar səhmlərin satışı və təsis zamanı əldə edilən səhmlərə münasibətdə fərqləndirilir.

Sözsüz ki, səhmdar cəmiyyətinin təsisçisi olan səhmdarlar cəmiyyətin fəaliyyətindən mənfəətin və buna müvafiq olaraq da dividendin əldə edilməsində xüsusi maraqlıdır. Dividend bütün vergi və öhdəliklərdən sonra qalan xalis mənfəətidir ki, bu məbləğin əsasında səhmdarlar fayda əldə edirlər.

Hər il səhmdarların ümumi yığıncağında – təşkilatın ali orqanında mənfəətdən vergi və ödənişlər çıxılandan sonra xalis mənfəətdən səhmdarlara dividend verilib-verilməməsi barədə qərar qəbul edilir. Qərarda dividend verilməməsi də göstərilə bilər. Şirkətin nizamnaməsində aylıq, rüblük və ya illik olmaqla dividend ödənilməsi də göstərilə bilər.

Dividendlərin ödənilməsi müəyyən edilərkən əvvəl imtiyazlı, daha sonra isə adi səhmlər üzrə ödənişlər aparılır. Yerli və ya xarici müəssisə tərəfindən dividenddən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur və bu tutulmadan sonra həmin gəlirdən yenidən vergi tutula bilməz.


Bax: 


“Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişikliklər” barədə vebinar keçiriləcək

posted in: Xəbər | 0

2022-ci il üçün iş planı, 2022 iş planı, auditor xidməti,2022-ci il 18 yanvar tarixində saat 11:00-da “Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişikliklər” barədə vebinar keçiriləcəkdir.

Vebinarın moderatoru – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri  Nəcəf Talıbov     

Məruzəçilər:

– Auditorlar Palatasının  Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov

– “SR AUDİT SOLUTİONS” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Səftər Vəlizadə

Sizin iştirakınız arzuolunandır.

Qoşulma linki: https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

Konfrans ID: 528 293 2267

Şifrə: ARAP2020

Mənbə: audit.gov.az


Korrupsiyaya ən az və ən çox məruz qalan ölkələr hansılardır?

posted in: Məqalə, Xəbər | 0

Korrupsiyaya ən az məruz qalan ölkə

2020-ci ildə korrupsiyanın qavranılması indeksinə əsasən, Danimarka bu sahə üzrə dünyanın ən az inkişaf etmiş ölkələri sırasındadır. 88 bal toplayan bu Avropa ölkəsi, sorğuya cəlb edilən 180 ölkə arasında birinci yeri tutub. Sözügedən ölkə ilk hesabatın dərc edildiyi vaxtdan 4 il ərzində stabil olaraq ən yaxşı dördlüyə daxil edilir.

Danimarkada insanlar korrupsiyanı problem hesab etmirlər, çünki dövlət və özəl sektorlarda rüşvətxorluq halları nadir hallarda baş verir.

Bu ölkədə dövlətin vəzifəli şəxsləri, siyasətçilər və digər biznes qurumları ilə qarşılıqlı əlaqədə olan şirkətlərin etik davranışı ilə bağlı işgüzar biznes mühiti formalaşıb.

“Global Competitive Report”a görə, şirkətlər arasında maliyyə auditi və hesabat standartları çox güclüdür.

Dünyanın ən çox korrupsiyalaşmış ölkələri

  1. Somali
Saxara səhrasından cənubda yerləşən bu Afrika ölkəsi, mövcudluğunun bütün aspektlərini məhv edən korrupsiya bataqlığına pərçimlənib. Münaqişə və vətəndaş müharibəsinin girdabına yuvarlanması, hökuməti qeyri-stabilliyə sürükləyib, belə demək olarsa, Somali korrupsiyanın çəngindədir.

Korrupsiya hazırda dövlət quruculuğu səylərini zəiflədir, demokratiyanı, insan haqlarını və qanunların aliliyini pozur.

Bundan əlavə, o, cinayətkarlıq və terrorizm səvyyəsini də yüksəldir. Ən pisi isə odur ki, hökumət rəsmiləri korrupsiyanın qarşısını almaq üçün kifayət qədər əzmkarlıq nümayiş etdirmirlər.

Somali bu siyahıda ən çox korrupsiyaya uğramış ölkə hesab olunur.

  1. Cənubi Sudan

Korrupsiya2012-ci ildə prezident Salva Kiir dövlət xəzinəsindən 4 milyard dollar oğurlandığını bəyan etmiş hökumət məmurlarına müraciət edərək, həmin pulların geri qaytarılmasını tələb etmişdi. Onun sözlərinə görə, yenicə müstəqillik əldə etmiş ölkə öz inkişafını maliyyələşdirmək üçün pula kəskin ehtiyac duyduğu bir vaxtda həmin vəsaitlərin böyük bir hissəsi xaricdəki hesablarda gizlədilib.

Kiirin həyəcan dolu çağırışları, bu şimali Afrika ölkəsinin 2011-ci ildə Sudandan ayrılaraq, müstəqillik əldə etdiyi andan bəri müşahidə edilən korrupsiya səviyyəsini ortaya çıxarmışdı. O, iqtisadi inkişafı minimuma endirən dağıdıcı korrupsiyanın şahidi olmuşdu.

“Korrupsiya iqtisadiyyatın bütün sektorlarına və dövlət aparatının bütün səviyyələrinə nüfuz edir və özünü müxtəlif formalarda, o cümlədən genişmiqyaslı korrupsiya və qəbilə əlamətləri üzrə müştəri şəbəkələri şəklində özünü göstərir”, – “Amnesty Intl.” qeyd edib.

  1. Suriya

Müharibədən əziyyət çəkən bu Yaxın Şərq ölkəsində korrupsiyanın üç əsas aspekti var.

Birincisi, rüşvətdir. Bu, Suriyanın bütün sektorlarında geniş yayılmışdır.

İkincisi, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarıdır ki, bu da Suriya CM-nin müvafiq maddələri ilə təsbit olunub. Hakimiyyətdən sui-istifadə edənlər, öz qurbanlarını maliyyə və ya mənəvi ödənişlər üçün tələyə salmaqdan ötrü qərar qəbul edən şəxslərlə (real və ya virtual) əlaqələrindən istifadə edirlər.

Üçüncü və sonuncu – bu, dövlət vəsaitlərinin oğurlanmasıdır.

Suriyada korrupsiyanın geniş yayılmasının başlıca səbəbi diktaturadır. Adekvat təmkin və tarazlıq azadlığına yol verməyən idarəetmə sistemi. Bu, mətbuat azadlığını boğur, bununla da dövlət vəsaitlərini talamaqla məşğul olan hakimiyyət nümayəndələrini mühafizə edir.

Bu siyahıda növbəti yerləri Yəmən, Venesuela, Sudan, Ekvatorial Qvineya, Liviya, Şimali Koreya, Konqo Demokratik Respublikası tuturlar.


Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

posted in: Xəbər | 0

sosial müavinətlər, büdcə ssudası, büdcə ssudasının verilməsi, 2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 300
2 312
3 325
4 338
5 353
6 367
7 383
8 398
9 415
10 432
11 450
12 468
13 487
14 508
15 528
16 549
17 604
18 725
19 979

Mənbə: report.az


1 744 745 746 747 748 749 750 2. 686