Podrat müqavilələri üzrə işlərdə əməkhaqlarının vergi auditində əsas məqamlar

posted in: Xəbər | 0

Podrat müqavilələri, təsisçi, icarə müqaviləsi, borc müqavilələri,İqtisadi aktivlik və məşğulluğun təmin edilməsi baxımından tikinti sektoru milli iqtisadiyyatın strukturunda və vergi daxilolmalarında mühüm rol oynayır. Tikintidə uçotun aparılmasının özünəməxsus olması bu sektorda vergi nəzarətinin də spesifik olmasını şərtləndirir. Ötən dəfə tikinti materiallarına çəkilən xərclərin vergi uçotuna dair qaydaları izah etdik. “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı bu dəfə tikinti sektorunda işçilik xərclərinin uçotunu şərh edib.

Əməkhaqqı və işçilik xərcləri tikinti-quraşdırma işlərində ümumi xərclərin təqribən 10-20 faizini təşkil edir. Onun vergi auditi zamanı xərcin çəkilmə vaxtının düzgün müəyyən edilməsi, habelə bu cür xərclər üzrə vergi və digər icbari ödənişlərin düzgün hesablanılması baxımından önəm kəsb edir. Bu zaman əsas etibarilə iki məsələyə diqqət yetirilir:

– gəlirin tanınma vaxtına uyğun olaraq əməkhaqqı xərclərinin ildən ilə “sürüşdürülməsi” ehtimalı;

– işlərin görülməsinə cəlb edilmiş işçi qüvvəsinin rəsmiləşdirilməməsi yolu ilə əməkhaqqından (və ya xidmət haqlarından) tutulmaların düzgün bəyan edilməməsi.

Misal 1: Podrat müqaviləsi üzrə işlərin icrasına 2020-ci ilin oktyabr ayında başlanılıb. Həmin işlər 2021-ci ilin yanvar ayında başa çatdırılaraq təhvil verilib. Bu zaman işlərin 2020-ci ildə görülmüş hissələri ayrı-ayrılıqda təhvil-qəbul edilmədiyindən (və elektron qaimə-faktura təqdim edilmədiyindən) həmin işlərin görülməsi ilə bağlı əməkhaqqı məsrəfləri 2021-ci ildə xərc kimi tanınacaqdır. Qeyd edilən xərc 2020-ci il üzrə gəlirdən çıxılarsa maliyyə sanksiyası riski yaranır.

Misal 2: “Usta-1985” MMC (ad şərtidir) tərəfindən 2020-ci ildə tikilərək təhvil verilmiş inzibati bina üzrə cəmi xərclər 150.000 manat olub.Görülən işə görə əməkhaqqı məsrəfləri 6.000 manat dəyərində rəsmiləşdirilərək xərc kimi tanınıb. Səyyar vergi yoxlaması zamanı təyin edilən ekspertizanın nəticəsində işlərin yerinə yetirilməsinə sərf edilən günlərin və işçilərin say nisbəti hesablanıb, ümumi əmək tutumunun 23.000 manat olması müəyyən edilıb. Aradakı 17.000 fərq muzdlu iş kimi rəsmiləşdirilmədiyindən yoxlama zamanı mülki-hüquqi müqavilə üzrə işlər kimi qəbul edilməklə Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinə əsasən, 14 faiz dərəcə ilə vergiyə və “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, 25 faiz dərəcə ilə MDSS-na cəlb edilir.

Podrat müqavilələri üzrə tikinti işlərini yerinə yetirən müəssisələrin yoxlanılması zamanı habelə balansda və ya istifadədə olan texnikalar, nəqliyyat vasitələri üzrə yanacaq, sürtkü materialları silgisinin texniki normativlərə uyğunluğu, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri, uzun müddət və iri həcmlərdə saxlanılması mümkün olmayan mal-materialın qalıqda göstərilməsi (yanacaq, beton, tərkibində xüsusi kimyəvi qatqılar olan materiallar və s.) məsələləri də diqqətdə saxlanılır.

Mənbə: vergiler.az


Birbank istifadəçiləri əlavə bonuslar qazanacaqlar

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı olan Birbank, istifadəçilərinə Yeni ilin gəlişi münasibətilə kampaniya təqdim edir. Şərtlərə görə Kapital Bank kartları ilə Birbank-da ödəniş edən istifadəçilər əlavə bonuslar qazanacaqlar. Belə ki, Birbank vasitəsilə bir dəfəyə 20 AZN və daha yüksək məbləğdə mobil, stasionar telefon, kommunal, TV və ya internet ödənişi edənlər, əlavə olaraq 1 AZN məbləğində bonus əldə edəcəklər.

31 dekabr 2021-ci il tarixinədək davam edəcək aksiya zamanı hər Birbank istifadəçisi maksimum 5 dəfə (toplam 5 AZN) bonus qazana bilər. Qeyd edək ki, ƏDV bonusları, “Ürəklər” və ya başqa bankların kartları ilə həyata keçirilən ödənişlərə bonus hesablanmır.

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.


Fiziki şəxsin ləğv edilmiş VÖEN-inin bərpası

posted in: Xəbər | 0

ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin yenidən uçota alınması üçün aşağıdakı sənədlər tələb olunur:

• “Fiziki şəxsin uçotu haqqında ərizə”

• ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti

• “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)

əlavə olaraq təqdim edilə bilər:

• “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

• “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”

• “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

• “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə”.

Xidmət ərazi (torpaq mülkiyyətçilərinə və ailə kəndli təsərrüfatlarına münasibətdə torpağın yerləşdiyi ərazi) prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/ bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, “ASAN Xidmət” mərkəzləri (ərazi prinsipi nəzərə alınmamaqla) və KOB evlərində həyata keçirilir.

Mənbə: vergiler.az


Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar üzrə əməliyyatların rəsmiləşdirilməsi

posted in: Xəbər | 0

Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi ödəyicilərinin vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd qaydada hansı malları ala bilməsi, malların hansı hallarda alış aktı ilə rəsmiləşdirilə bilməsi vergi münasibətlərinin aktual və mübahisəli məsələlərindəndir. Mövzunu BSC konsaltinq şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Zəhra Əliyeva və hüquqşünası Nəsrin Cəbrayılova şərh edirlər.

Əvvəlcə qeyd edək ki, 2019-cu ilin noyabr ayında Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd qaydada alınan malların rəsmiləşdirilməsi ilə bağlı idi.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsulları;
2) əlvan və qara metal qırıntıları;
3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;
4) utilizasiya məqsədləri üçün işlənmiş şinlər;
5) xam dərinin tədarükü (alışı).

Bu bəndin məzmunundan da göründüyü kimi, vergi ödəyicisi olmayan fiziki şəxslərdən yuxarıda göstərilən mallardan başqa mal nağd qaydada satın alına bilməz. Bu şəkildə tənzimləmə məhz vergidən yayınma hallarının qarşısının alınması, sui-istifadə hallarına yol verilməməsi ilə bağlıdır. Əgər alış aktı ilə vergi ödəyicisi olmayan fiziki şəxsdən digər malları da almaq mümkün olsaydı, bu, hüquqdan sui-istifadə və vergidən yayınma hallarına gətirib çıxarardı.

Çünki şəxs faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bu yolla formal olaraq özünü sahibkar kimi göstərməyə, nəticədə də zəruri vergiləri ödəməkdən yayına bilər. Məsələn, tutaq ki, “A” adlı şəxs vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdir və 7 müxtəlif şəxsə 20.000 manat məbləğində kompüter avadanlığı satmaq niyyətindədir. Kompüter avadanlığı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci bəndində göstərilən mallara aid olmadığı üçün həmin şəxs fərdi sahibkar və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmadan satış əməliyyatını icra edə bilməz. Əgər həmin bənddə göstərilən mallara aid olsa idi, onların satılmasından əldə olunmuş gəlirlərdən həmin şəxs yalnız 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergi ödəyəcəkdi. Halbuki həmin şəxs fərdi sahibkar kimi dövlət qeydiyyatına alınsa, satdığı mallardan əldə olunmuş gəlirləri 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaqdı.

Digər tərəfdən, Vergi Məcəlləsinin 71-2.1-ci bəndinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları (hər iki tərəfin imzası olmalıdır) və malların alışı tarixindən beş gün müddətində elektron alış aktı tərtib edilir. Əgər malların alışı zamanı elektron alış aktının tərtibinə imkan varsa, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanır və bu halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 №li Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir.

Elektron alış aktında elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi; elektron alış aktının növü (cari/düzəliş/ləğv); satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi; vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN); kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi; sıra nömrəsi; malın adı; malın ölçü vahidi; malın miqdarı; malın vahidinin qiyməti (manatla); malın məbləği (manatla); sair qeydlər; yekun məbləğ (rəqəm və yazı ilə); malın təqdim edildiyi ünvan göstərilməlidir. Elektron alış aktının forması ilə Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 №li Qərarı ilə təsdiq edilmiş 1 №li Əlavədən tanış ola bilərsiniz.

Qeyd etmək lazımdır ki, əgər vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci bəndində göstərilməyən heç bir mal alına bilməz. Əks təqdirdə, həmin əməliyyatın rəsmiləşdirilməsi, uçotunun aparılması ilə bağlı problemlər ortaya çıxacaq və vergi həmin əməliyyatı malları almış vergi ödəyicisi üçün xərc kimi tanımayacaq.

Buradan zahirən Vergi Məcəlləsi ilə “Nağdsız hesablaşmalar haqqında” Qanun arasında ziddiyyətin mövcud olması təsəvvürü yarana bilər. Əslində. iki qanunvericilik aktı arasında heç bir ziddiyyət yoxdur. Məcəllənin 71-2.1-ci bəndində qeyd olunur ki, vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən mal alınarsa, bu zaman müvafiq qaydada alış aktı tərtib olunmalıdır. “Nağdsız hesablaşmalar haqqında” Qanunu isə bu normaya daha geniş izah verir və onu dəqiqləşdirir, nağd qaydada alına biləcək malların konkret siyahısını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 101.6-cı bəndinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az


Bax:


1 764 765 766 767 768 769 770 2. 686