Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?

posted in: Xəbər | 0

Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?

Sual: Alınan və ya idxal edilən yararsız malların (təchizatçıya qaytarılmırsa) uçotdan silinməsi, ləğv edilirsə, həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılan xərcdir, yoxsa sərbəst mənfəət hesabına silinir? Eyni zamanda istehsal prosesi zamanı zay olan məhsul və ya istifadə müddəti bitmiş, satılmayan hazır məhsul utilizasiya olarsa, ləğv edilən malın dəyəri gəlirdən çıxılan xərcdirmi?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Biznes hesabi

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: