Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətindən bildirilib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Həmçinin, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Əsaslandırma: Vergi Məcəlləsinin 101.2-ci, 99.3.8-ci və 125.1-1-ci maddələri.

Mənbə: vergiler.az


Bax:


Mühasib peşəsinin rəqəmsal iqtisadiyyatda perspektivləri (II hissə)

posted in: Xəbər | 0

Gündən-günə yeni texnologiyalar ictimai həyatın getdikcə daha çox sahələrinə nüfuz edir. Mühasibat işi də istisna təşkil etməyib, indi informasiya texnologiyaları birbaşa mühasib peşəsi ilə əlaqələndirilir.

I hissəyə nəzər yetirin

Mühasibat işində avtomatlaşdırmanın meydana çıxması ilə peşə dəyişməyə başladı, yeni funksiyalar, tələblər, yanaşmalar ortaya çıxdı. Peşə daha da yaradıcı olur və özündə təkcə mühasibat uçotu biliklərini birləşdirmir. İşdən ötrü iqtisadiyyat, hüquq, vergitutma, statistika, idarəetmə, iqtisadi təhlil və audit, istehsal texnologiyası sahəsində dərin bilik və praktiki vərdişlər lazımdır. Dinamik bir informasiya sahəsi şəraitində, riyazi metodlara, kompüter texnologiyalarına yiyələnmək lazımdır.

Bundan başqa, mühasibat uçotu sahəsində çalışmaqdan ötrü xüsusi şəxsi keyfiyyətlər olduqca zəruridir: səliqəlilik, diqqətlilik, məsuliyyət, dürüstlük, obyektivlik, stressə davamlılıq, monoton işə şüurlu müsbət münasibət, daim öyrənmək arzusu.

Yaxın gələcəkdə mühasibin fəaliyyət sahəsi nəinki qorunub saxlanılacaq, həm də bu unikal peşəyə olan tələblərin artması, vergi məsləhətləşməsinin, biznes təhlilinin aparılması, yeni uçot və informasiya texnologiyalarının obyektlərinin yaranması ilə əlaqədar daha da genişlənəcəkdir.

Mühasib peşəsinin əhəmiyyətini təsdiq edən aşağıdakı səbəbləri ayıra bilərsiniz:

  • elektron kargüzarlığın bir sıra mənfi cəhətləri var (viruslar, sistem uğursuzluqları, elektron sənəd dövriyyəsinin tətbiqi üzrə xərclər);
  • kimsə vergi, rüsum və yığımları ödəməli və hesablamalıdır, həmçinin suallar yaranarsa vergi orqanlarına cavab verməlidir;
  • heç bir proqram və ya xidmət mühasib nəzarəti olmadan avtomatlaşdırmanı idarə edə bilməz.

Beləliklə, insan cəmiyyəti və təşkilatın təsərrüfat həyatının bütün tərəflərinə təsir edən insan amili olduğu müddətcə mühasibat əməyinə olan tələbat həmişə mövcud olacaq.


Vergi Məcəlləsinə dəyişikliklər 3-cü oxunuşda təsdiqləndi

posted in: Xəbər | 0

Vətən müharibəsi iştirakçıları güzəştlər,Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasında qəbul olunub.

Məcəlləyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və sair istiqamətləri əhatə edir.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara verilən maddi yardımın 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Milli Məclisin plenar iclasında müzakirələrdən sonra qanun layihəsində müəyyən dəyişikliklər olunub. Belə ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılıb, “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəzlənib.

Bundan başqa, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.

Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin min manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir.

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Gəlir vergisi üzrə təklif edilən digər bir dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən müalicə haqlarının dəyərinin min manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2 min manatadək olan hissəsi gəlir vergisindən azad olunub. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğlərin min manatdan 10 min manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2 min manatdan 40 min manatadək artırılması təklif edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: vergiler.az


Qeyri-kommersiya təşkilatları mənfəət vergisi bəyannamələrini təqdim etməlidirlərmi?

posted in: Xəbər | 0

Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Təcrübədə maraq doğuran hallardan biri qeyri-kommersiya təşkilatlarının mənfəət vergisi bəyannamələrini təqdim edilib-edilməməsi ilə bağlıdır. Sual yaranır ki, ictimai birliklər, fondlar (qeyri-kommersiya qurumları) mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlərmi? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Öncəliklə Vergi Məcəlləsinin 103 və 149-cu maddələrinə nəzər yetirməliyik. Belə ki, Vergi Məcəlləsinin 103.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Məcəllənin 149-cu maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

Maddələrə nəzər yetirəndə görürük ki, mənfəət vergisi ödəyicisi olan hüquqi şəxslər 3 yerə bölünmüşdür:

  • Rezident və qeyri-rezident kommersiya müəssisələri (mənfəət vergisi ödəyiciləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər)
  • Kommerisiya fəaliyyəti olan qeyri-kommersiya təşkilatları (mənfəət vergisi ödəyicləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər)
  • Kommerisiya fəaliyyəti olmayan qeyri-kommersiya təşkilatları (mənfəət vergisi ödəyicisi deyildir və mənfəət vergisi bəyannaməsini təqdim etməli deyillər)
Vergi Məcəlləsinin 13.2.38-ci maddəsinə əsasən, büdcə təşkilatı – büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Deməli ictimai birliklər, fondlar kimi büdcə təşkilatları da qeyri-kommersiya təşkilatları sayılırlar.

Məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsi qeyri-kommersiya fəaliyyəti sayılır. Əks halda, bu fəaliyyət kommersiya fəaliyyəti sayılar. (VM 13.2.27)

Deməli, qeyri-kommersiya təşkilatı kommersiya fəaliyyəti ilə məşğul olduqda bu artıq kommersiya fəaliyyəti sayılır. Amma belə olan halda qeyri-kommersiya təşkilatı kommersiya təşkilatı sayılmır. Yəni fəaliyyət və hüquqi şəxslərin təşkilatı hüquqi forması ayrı-ayrı hallar və anlayışlardır.

Yəni büdcə təşkilatı və ya digər qeyri-kommersiya təşkilatı kommersiya fəaliyyəti ilə məşğul ola bilər, amma bu, o demək deyil ki, onlar kommersiya təşkilatlarıdır.

Misal: “AA” ictimai birliyi 2020-ci ilə müvafiq qaydalara uyğun olaraq 100.000,00 qrantlar əldə etmişdir. Həmçinin 2021-ci ildə qrantlardan daxil olmalar 50.000,00 manat və layihələr əsasında 30.000,00 manat xidmət göstərmişdir.

İctimai birliyin 2020-ci ildə kommersiya fəaliyyətindən gəliri olmadığına görə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim etməli deyildir. Ola bilər ki, hüquqi şəxs olduğuna görə mənfəət vergisi bəyannaməsini təqdim etməsi üçün vergi orqanlarından məktublar daxil olsun. Belə olan halda, qurumun qeyri-kommersiya təşkilatı olduğunu bildirmək kifayət edir.

Artıq 2021-ci ildə isə birliyin kommersiya fəaliyyətindən 30.000,00 manat gəliri olduğuna görə illik mənfəət vergisi bəyannaməsini təqdim etməlidir.

Misal: “AA” büdcədən maliyyələşən büdcə təşkilatıdır. 2020-ci ildə büdcədən maliyyələşmədən əlavə olaraq xidmətlərin göstərilməsindən 100.000,00 manat sifarişçilərdən xidmət haqları daxil olmuşdur. Amma 2021-ci ildə kommersiya fəaliyyətindən heç bir daxilolmalar olmamışdır. Bu zaman sual yaranır ki, təşkilat mənfəət vergisini necə verməlidir?

Təşkilatın kommersiya fəaliyyətindən gəlirləri olduğu üçün 2020-ci ilin mənfəət vergisi üçün bəyannaməsini təqdim etməlidir. Amma 2021-ci il üçün mənfəət vergisi bəyannaməsini verməyəcəkdir, ona görə ki, kommersiya fəaliyyətindən gəlirləri olmamışdır.

Vergi orqanlarından uyğunsuzluq məktubları daxil ola bilər ki, 2020-ci ildə mənfəət bəyannaməsi verilmişdir, amma 2021-ci ildə verilməmişdir. Bu zaman yuxarıda qeyd etdiyim kimi açıqlamalar təqdim edilməklə uyğunsuzluğu aradan qaldırmaq olur. Yəni qeyri-kommersiya təşkilatlarının birbaşa mənfəət vergisi ödəyicisi olmaq öhdəliyi və ya mükəlləfiyyəti yoxdur, sadəcə kommersiya faəliyyətindən gəliri olanda mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər.

Mənbə: vergiler.az


Bax:


1 775 776 777 778 779 780 781 2. 686