Mühasib peşəsinin rəqəmsal iqtisadiyyatda perspektivləri (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Gündən-günə yeni texnologiyalar ictimai həyatın getdikcə daha çox sahələrinə nüfuz edir. Mühasibat işi də istisna təşkil etməyib, indi informasiya texnologiyaları birbaşa mühasib peşəsi ilə əlaqələndirilir.

I hissəyə nəzər yetirin

Mühasibat işində avtomatlaşdırmanın meydana çıxması ilə peşə dəyişməyə başladı, yeni funksiyalar, tələblər, yanaşmalar ortaya çıxdı. Peşə daha da yaradıcı olur və özündə təkcə mühasibat uçotu biliklərini birləşdirmir. İşdən ötrü iqtisadiyyat, hüquq, vergitutma, statistika, idarəetmə, iqtisadi təhlil və audit, istehsal texnologiyası sahəsində dərin bilik və praktiki vərdişlər lazımdır. Dinamik bir informasiya sahəsi şəraitində, riyazi metodlara, kompüter texnologiyalarına yiyələnmək lazımdır.

Bundan başqa, mühasibat uçotu sahəsində çalışmaqdan ötrü xüsusi şəxsi keyfiyyətlər olduqca zəruridir: səliqəlilik, diqqətlilik, məsuliyyət, dürüstlük, obyektivlik, stressə davamlılıq, monoton işə şüurlu müsbət münasibət, daim öyrənmək arzusu.

Yaxın gələcəkdə mühasibin fəaliyyət sahəsi nəinki qorunub saxlanılacaq, həm də bu unikal peşəyə olan tələblərin artması, vergi məsləhətləşməsinin, biznes təhlilinin aparılması, yeni uçot və informasiya texnologiyalarının obyektlərinin yaranması ilə əlaqədar daha da genişlənəcəkdir.

Mühasib peşəsinin əhəmiyyətini təsdiq edən aşağıdakı səbəbləri ayıra bilərsiniz:

  • elektron kargüzarlığın bir sıra mənfi cəhətləri var (viruslar, sistem uğursuzluqları, elektron sənəd dövriyyəsinin tətbiqi üzrə xərclər);
  • kimsə vergi, rüsum və yığımları ödəməli və hesablamalıdır, həmçinin suallar yaranarsa vergi orqanlarına cavab verməlidir;
  • heç bir proqram və ya xidmət mühasib nəzarəti olmadan avtomatlaşdırmanı idarə edə bilməz.

Beləliklə, insan cəmiyyəti və təşkilatın təsərrüfat həyatının bütün tərəflərinə təsir edən insan amili olduğu müddətcə mühasibat əməyinə olan tələbat həmişə mövcud olacaq.


Print Friendly, PDF & Email