Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər icbari tibbi sığortaya cəlb olunurmu?

posted in: Xəbər | 0

icbari tibbi sığorta haqları, icbari tibbi sığorta haqlarının dərəcələri,Əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənilən müavinətdən icbari tibbi sığorta haqqı tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortaolunan tərəfindən işçinin əməkhaqqısının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Qeyd olunanlara əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqısından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.

Mənbə: vergiler.az


Bax:


Azərbaycanda icarəçi sahibkarlara vergi dəstəyi veriləcək

posted in: Xəbər | 0

vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri də əmlak icarəyə götürən sahibkarlara dəstəyin verilməsi ilə bağlıdır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Təklifə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə götürən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur.

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi əsas vəsaiti icarəyə götürdüyü və balansda uçota almadığı halda, həmin əsas vəsait üzrə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır. Eyni zamanda, icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirildikdə, həmin əsas vəsait üzrə çəkilən təmir xərcləri icarə haqqı şəklində gəlirdən çıxılan xərclərə aid edilir.

Göründüyü kimi, mövcud təcrübədə icarəçi vergi ödəyicisi tərəfindən icarəyə götürülən əmlaka görə təmir xərcləri çəksə də, belə xərcləri icarə haqqı ilə əvəzləşdirə bilmədiyi halda gəlirdən çıxılan xərclərə aid edə bilmir. Nəticədə, icarəyə götürən şəxs faktiki olaraq xərc çəksə də, həmin əmlak onun balansında olmadığına görə, bu xərci gəlirindən çıxa bilmir.

Təklif olunan dəyişiklik sahibkarlıq subyektlərinin hüquqlarını genişləndirməklə vergi ödəyicisinin balansında olmayan əsas vəsaitlər üzrə çəkilən təmir xərclərinin amortizasiya ayırmaları şəklində gəlirdən çıxılmasını qanunvericilikdə təsbit edir. Bununla da sahibkarın real xərci gəlirdən çıxılan xərc kimi tanınır və onun maliyyə yükünə müsbət təsir etmiş olur.

Mənbə: report.az


Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

posted in: Xəbər | 0

Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıNazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.


2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında

Azərbaycan  Respublikasının Əmək  Məcəlləsinin  105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı  il  8  dekabr  tarixli  194-IIIQD  nömrəli  Qanununun  tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18  dekabr  tarixli  489  nömrəli  Fərmanının  2-ci  hissəsinə  əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2,  3-ü  Ramazan  bayramı,  iyulun  9,  10-u Qurban  bayramı  günləri müəyyən edilsin.

2.Azərbaycan  Respublikasının Əmək  Məcəlləsinin  105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,1 dekabr 2021-ci il

Mənbə: nk.gov.az


2022-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

posted in: Xəbər | 2

2022-ci il əməkhaqqıdan tutulmalar, əməkhaqqıdan tutulmalar, 2022-ci il üçün əməkhaqqıdan tutulmalar,2018-ci ildən başlayaraq hər il olduğu kimi bu il də bu ənənəyə sadiq qalaraq yeni il öncəsi əməkhaqqıdan hansı tutulmaların olması barədə yazını təqdim edirik.

2022-ci ildən bütün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığorta ilə əlaqədar qeyri-neft və qeyri-dövlət sahələrindəki 8 min manatadək əməkhaqqısı olanlar üzrə 50%-lik güzəşt ləğv ediləcək.

Beləliklə 2022-ci ildən əməkhaqqıdan tutulmaların aşağıdakı kimi olacağı gözlənilir:

  • gəlir vergisi;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı.

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqlarının 8000 manatdan yuxarı hissəsinin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində

– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əməkhaqlarından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% idi), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqısı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 250 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN, 200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 5 AZN

250-(0+11+1.25+5)=250-17.25=232.75

Netto məbləğ 232.75 AZN olacaq.

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5

8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN

Netto məbləğ 7089 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

250-200=50

50-in 14%-i=7 AZN

b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25

Netto məbləğ 229.25 AZN olacaq.

2.3) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat

Netto məbləğ 5906 AZN olacaq.

Əlavə olaraq 2022-ci il üçün minimum aylıq əməkhaqqının 300 AZN olması barədə düzəlişlər ediləcəyi halda hesablamanı təqdim edirik.

1.3) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 10%-i, yəni 10 AZN, ümumilikdə 6+10=16 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 6 AZN

250-(0+16+1.5+6)=300-23.5=276.5

Netto məbləğ 276.5 AZN olacaq.

2.3) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 300 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

300-200=100

100-ün 14%-i=14 AZN

b) sosial sığorta haqqı – 300 AZN-in 3%-i = 9 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

300 AZN-(14+9+1.5+6)=300-30.5=269.5

Netto məbləğ 269.5 AZN olacaq.

Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

  • Vergi Məcəlləsi
  • “Sosial sığorta haqqında” Qanun
  • “Tibbi Sığorta haqqında” Qanun
  • “İşsizlikdən sığorta haqqında” Qanun

Qeyd: Bu normativ sənədlərə heç bir düzəliş olmadıqda mövcud hesablama olacaqdır.

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Bax: İşəgötürənin 2022-ci il üçün işçiyə görə öhdəlikləri


1 776 777 778 779 780 781 782 2. 686