“McDonald’s” kişilərlə qadınların maaşını bərabərləşdirəcək

posted in: Xəbər | 0

“McDonald’s” 2022-ci ilə qədər eyni vəzifələrdə çalışan kişi və qadınların maaşları arasındakı fərqi aradan qaldırmaq niyyətini açıqlayıb. Şirkət bütün dünya üzrə “McDonald’s”da çalışan qadınların kişilərdən bir qədər az qazanc əldə etmələri barədə məlumat aldıqdan sonra, bərabər maaş tətbiq etmək üçün əlavə investisiya yatırmaq barədə qərar qəbul edib, “Fox” belə yazıb.

2021-ci ildə fast-food restoranlar şəbəkəsində əməyin ödənilməsinin təhlili göstərib ki, bərabər şəraitdə oxşar iş zamanı qadınlar kişilərin aldığı əmək haqqından cüzi şəkildə az maaş alırlar. Bütün dünya üzrə “McDonald’s” şəbəkəsinin əməkdaşlarının 54 faizinin qadınlar təşkil etdiyini nəzərə alan şirkət, əməkdaşların bərabər gəlirlər əldə etməsinin təmin olunmasında maraqlıdır.

Qlobal biznes xidmətləri üzrə vitse-prezident Debbi Ballardın sözlərinə görə, “McDonald’s” öz inkişaf strategiyasına təkcə əməyin gender bərabərsizliyinin azaldılmasını deyil, həm də əməkdaşlar üçün təlim və inkişaf proqramlarının yaradılmasını və beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunmasını da daxil edib.

ABŞ-ın əmək statistikaları Bürosunun məlumatına görə, orta hesabla Amerikada qadınlar korporasiya əməkdaşlarının yarıdan çoxunu təşkil edirlər və eyni təhsilli ağ kişilərlə müqayisədə bir dollar üçün 82 sent qazanırlar. Yəni, onların maaşı 1 dollara görə 18 sent dəyərində az qiymətləndirilir. Eyni zamanda qaradərili və latın amerikalı qadınların əməkhaqqısı ağdərili əməkdaşlarla müqayisdə daha aşağıdır.

 


Dünyanın ən bahalı brendi məlum olub

posted in: Xəbər | 0

Dünyanın ən bahalı 100 brendinin reytinqində birinci yeri “Apple” korporasiyası tutub, reytinqi isə “Interbrand” şirkəti tərtib edib.

İl ərzində “Apple” şirkətinin dəyəri 26 faiz (408,3 milyard dollara kimi) yüksəlib. İkinci və üçüncü yerlər müvafiq olaraq, “Amazon” (24 faiz yüksəliş, 249,3 milyard dollara kimi) və “Microsoft” (27 faiz yüksəliş, 210,2 milyard dollara kimi) şirkətlərinə nəsib olub. Beşliyə həmçinin “Google” və “Samsung” şirkətləri də düşüblər.

Reytinqdən olan 100 brendin ümumi dəyəri il ərzində 15 faiz, 2,3 trilyon dollara qədər yüksəlib. Eyni zamanda, ilk üç yer reytinqə daxil olan bütün şirkətlərin dəyərinin 33 faizini təşkil edir. İl ərzində brend dəyəri orta hesabla on faiz artıb.

Ən əhəmiyyətli artım texnoloji şirkətlər tərəfindən göstərilmişdir (yüksəliş 26 faiz). Ən sürətlə inkişaf edən brend “Tesla” olub, şirkət 40-cı yerdən 14-cü yerə yüksəlib. Ən pis dinamikanı fotoaparat istehsalçısı “Canon” (mənfi 14 faiz) və “Zara” geyim şəbəkəsi (mənfi 9 faiz) göstərib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

posted in: Xəbər | 0

Ani Ödənişlər Sistemi,Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (III hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır → II hissəyə nəzər yetirin

Sonra iqtisadi resursların yerdəyişmə prosesi daha kompleksli oldu: kapital, sahibkarlıq qabiliyyətləri və texnologiyası orta səviyyədə inkişaf etmiş ölkələr tərəfindən idxal edilməklə yanaşı ixrac edilməyə başlandı və zəif inkişaf etmiş ölkələr də işçi qüvvəsinin ixracatında fəal iştirak etdilər. Nəticədə istehsal amillərinin beynəlxalq hərəkəti qarşılıqlı olur.

Dünya iqtisadiyyatı XIX-XX əsrlərdə təşəkkül tapandan sonra xeyli dəyişikliklərə məruz qalmışdır. Müasir dünya iqtisadiyyatının təkamül prosesində bir neçə mərhələni ayırırlar:
  • XIX əsrin sonu – Birinci dünya müharibəsinə qədər. Bu, dünya iqtisadiyyatının açıqlığının gücləndirilməsi mərhələsidir. Dünya ticarətinin xammal istiqaməti üstünlük təşkil edirdi. Lakin ixracın payı daim yüksəlirdi;
  • Birinci və ikinci dünya müharibələri arasındakı dövr. Bu, qeyri-sabitlik və dünya iqtisadiyyatının inkişafını müşayiət edən böhranlarla səciyyələnirdi. Milli təsərrüfatların avtarkiyası (iqtisadi qapalı təsərrüfat) və proteksionizm, həmçinin ixracın rolunun azalması meyli güclənib;
  • XX əsrin 1950-70-ci illəri. Mərhələ inteqrasiya qruplarının (Aİ, AİB) yaranması ilə səciyyələnir, transmilliləşmə prosesi gedir, texnologiyaların, sahibkarlıq qabiliyyətlərinin və kapitalın fəal yerdəyişməsi prosesi gedir, ssuda kapitalının dünya bazarı bərpa edilib. Dünya təsərrüfatında sosialist və inkişaf etməkdə olan dövlətlər xüsusi rol oynamağa iddia etməyə başladılar.
  • İnkişaf etmiş ölkələr 1980-90-cı illər postsənayeləşdirmə dövrünə keçir, inkişaf etməkdə olan bir çox ölkələr iqtisadi geriliyi aradan qaldırır (Çin və yeni sənaye ölkələri), keçmiş sosialist ölkələri bazar iqtisadiyyatına keçirlər.
  • XX əsrin sonu – XXI əsrin əvvəli – dünya təsərrüfatının formalaşmasının müasir mərhələsi. Onu coğrafi məkanın mənimsənilməsinin artmış dərəcəsi, beynəlxalq məhsuldar qüvvələrin formalaşdırılması, iqtisadi qarşılıqlı fəaliyyətin və qarşılıqlı asılılığın güclənməsi fərqləndirir. Dünya təsərrüfatının yeni inkişaf mərhələsinə daxil olması ölkələr arasında təsərrüfat sahəsində əməkdaşlığın fəallaşması ilə müşayiət olunur → IV hissəyə nəzər yetirin


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 801 802 803 804 805 806 807 2. 685