Read More9
Read More9

Vətən müharibəsi əlillərinin müalicə müddətində əmək münasibətləri necə tənzimlənir?

posted in: Xəbər | 0

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətiVətən müharibəsi əlillərinin əməkhaqlarından vergilərin hesablanmasında hansı güzəştlər tətbiq edilir? Onların MDSS tutulmalarında güzəştlər varmı? Həmin əlillərin əmək münasibətləri, əmək məzuniyyətləri əlavə iş yerində hansı formadadır? Bundan əlavə, onların müalicə müddətində əmək münasibətləri necə tənzimlənir? Bütün bu suallara sərbəst auditor Altay Cəfərov misallar əsasında aydınlıq gətirib.

Bu məsələlərin Vergi Məcəlləsi, Əmək Məcəlləsi, “Sosial Sığorta haqqında” Qanun və digər normativ aktlarla tənzimləndiyini vurğulayıb:

Misal: Tutaq ki, “AA” MMC neft-qaz sektoruna və dövlət müəssisəsinə aid deyil, Vətən müharibəsi iştirakçısı olan, əsas iş yerində çalışmaqla əlilliyi olan işçisi vardır. Həmin şəxsin aylıq əməkhaqqısı 800 manatdır.

İşçidən tutulan gəlir vergisi necə hesablanacaq?

Misalımızda gəlir vergisi məqsədləri üçün Vergi Məcəlləsinin 101.1-1.ci maddəsinə görə 8000 manata kimi gəlir vergisi tutulmadığına görə “AA” MMC-də işçidən heç bir vergi tutulmur.

İndi isə nəzərə alaq ki, “AA” MMC dövlət müəssisəsidir. Artıq burada gəlir vergisinin tutulması Məcəllənin 101.1.-ci maddəsinə görə müəyyənləşdirilmiş cədvəl əsasında aparılacaqdır.

Həmçinin, Məcəllənin 102.1.6.-cı maddəsində və 102.2.4.-cü maddələrinə görə, güzəşt və azadolamalar nəzərdə tutulub.

102.1.6. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda 2400 manat məbləğində olan hissəsi;

102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2.4. müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin.

Deməli, hesablamalar aşağıdakı kimi olmalıdır: (800-200-400) x 14% = 28 manat.

Göründüyü kimi, Vətən müharibəsi əlilinin 800 manat əməkhaqqısından 28 manat gəlir vergisi tutulacaqdır.

Nəzərə alsaq ki, “AA” MMC əlil işçinin əsas yox, əlavə iş yeridir, o zaman Vergi Məcəlləsinin 102.8.-ci maddəsinə əsasən, belə güzəştlər verilmir və hesablama bu cür aparılır: 800 x 0,14 = 112 manat (gəlir vergisi).

MDSS tutulmalarına hər hansı bir güzəşt varmı?

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə nəzər yetirsək, Vətən müharibəsi əlillərindən MDSS tutulmalarına görə hər hansi güzəştin verilməsi və ya azad olunması əks etdirilməyib. Yəni, artıq burada da əlil işçinin işlədiyi müəssisənin dövlət, neft-qaz sektoruna aid olub-olmamasına uyğun olaraq tutulmalar və hesablamalar aparılır.

Vətən müharibəsi əlilləri üçün əmək məzuniyyətinin müddəti nə qədərdir?

Əmək Məcəlləsi, maddə 120. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti.

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Sual oluna bilər ki, Məcəllənin 119-cu maddəsinə görə işləyən əlillərə 42 gün əmək məzuniyyəti verilir, bəs nəyə görə 120-ci maddəni əsas götürürük və 46 gün verilməsini qeyd edirik?

Belə ki, 119-cu maddə ümumi halda bütün əlillər üçün nəzərdə tutulub. 120-ci maddə isə Vətən qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən əmək məzuniyyətləridir. Əgər Vətən müharibəsi iştirakçısı həm əlil, həm də xüsusi xidmətlərə malikdirsə, ona müddətcə daha çox olan məzuniyyət hüququ verilir.

Bəs belə işçilər əlavə iş yerində olduqda ona əmək məzuniyyəti verilirmi?

Əmək Məcəlləsinin 58-ci maddəsində yazılıb:

Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Maddədən də göründüyü kimi, əlavə iş yerində (əvəzçilik ilə olan) çalışan işçilərə Əmək Məcəlləsinin bütün normaları və qaydaları şamil olunur. Odur ki, misalımızda olan Vətən müharibəsi əlili əlavə iş yerində çalışırsa, ona əmək məzuniyyəti 46 gün veriləcəkdir.

Belə əlilliyi olan işçilərə onların müalicəsinə və ya tibbi müayinəsinə görə hər hansı məzuniyyət nəzərdə tutulubmu?

Əmək Məcəlləsində birbaşa belə bir məzuniyyətlər nəzərdə tutulmayıb. Amma işəgötürən və işçi ilə bununla bağlı olaraq əlavə razılaşmalar ola bilər.

Amma Məcəllədə işçilərin iş yerlərinin məcburi olaraq saxlanılmasını tələb edən hallar vardır ki, bu, Məcəllənin 179-cu maddə ilə tənzimlənir.

Maddə 179. İşçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallar.

1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.

2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:

k) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;

Məcəllənin 179.2.-ci maddəsinin k) bəndinə əsasən, işçi tibbi müayinə məqsədləri üçün tibb müəssisəsində olduqda onun iş yeri saxlanılır və orta əməkhaqqı verilir.

Odur ki, istənilən əlil ola bilər ki, il ərzində bir dəfə və ya bir neçə dəfə tibbi müəyinədən keçmək üçün tibb müəssisəsinə, reabilitasiya mərkəzlərinə gedə bilər. Bunun üçün işçi ərizəsinə əsasən işəgötürənin razılığı ilə göndərilə bilər və ya normal hal olaraq tibb müəssisəsinin göndərişi ilə işçi müayinə üçün gedə bilər.

Bu hal məzuniyyət sayılmır, sadəcə işçi tibbi müayinədən keçmək üçün tibb müəssisəsinə gedir və bu müddətdə onun iş yeri saxlanılır və orta əməkhaqqısı ödənilir.

Müayinə müddəti nə qədərdir?

Normalda belə bir ümumi müddət müəyyənləşdirilməyib. Amma hər bir müayinənin də özünün konkret müddəti vardır. Artıq müayinə müddəti qurtardıqdan sonra əlil işçi iş yerinə qayıtmalıdır. Əgər işçinin əlavə olaraq müalicəsinə ehtiyac yaranmışdırsa, artıq bu, müvafiq xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsidir. Belə hallarda tibbi müayinə və əmək qabiliyyətinin müvəqqəti itirilməsini qarışdırmaq olmaz.


Bax:


Əməkhaqqıdan tutulmaların təyinatları

posted in: Xəbər | 0

Əməkhaqqından tutulmalar, Əmək haqqından tutulmaların təyinatları, Əməkhaqqından tutulmaların təyinatları, gəlir vergisi,Əvvəlki yazılarımızda işçinin aylıq əməkhaqqıdan aparılan tutulmalar barədə yazaraq həmişəki kimi maarifləndirməyə çalışdıq. Bu yazımızda isə həmin tutulmaların işçiyə faydaları və tutulmaların təyinatı barədə məlumat verməyə çalışacağıq.

Mövzuya başlamazdan əvvəl hansı tutulmaların olması barədə qısa xatırlatma etmək istərdik.

Hazırki qanunvericiliyə görə işçinin əməkhaqqısından aşağıda göstərilən tutulmalar həyata keçirilir.

  1. Gəlir vergisi;
  2. Sosial sığorta haqqı;
  3. İşsizlikdən sığorta haqqı;
  4. Tibbi sığorta haqqı;
  5. Bəzi müəssisələrdə həmkarlar ittifaqına ödənilən tutulmalar.

Tutulmaların faydaları və ya təyinatı aşağıdakı kimi müəyyən edilmişdir:

Gəlir vergisi. Vergi ümumilikdə dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatıdır ki, dövlət büdcəsi də sırf bu kimi təminatlar hesabına formalaşır. Hər bir şəxsin əməkhaqqısından tutulan gəlir vergisi həm Konstitusiya ilə müəyyən edilmiş vəzifə, həm də vətəndaşlıq borcu kimi çıxış edir.

Sosial sığorta haqqı. Həm işçidən, həm də işəgötürəndən tutulan sosial sığorta haqqı fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itkilərinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqları bir qayda olaraq işçinin əmək qabiliyyətini itirdiyi dövrdə (xəstəlik, əlillik, hamiləlik, pensiya və s) itkilərinin kompensasiya edilməsinə yönəldilir. Onu da qeyd edək ki, sosial sığorta haqları pensiya sisteminin də təminatı kimi çıxış etdiyi üçün işçinin əmək pensiyası yaşına çatdıqda və pensiya hüququ qazandığı vaxt alacağı pensiyanın formalaşmasına təsir edən amil kimi çıxış edir. Eyni zamanda sosial sığorta haqları müavinətlərin ödənilməsinə də yönəldilir.

İşsizlikdən sığorta haqqı. Bu sığorta növünün təyinatı üzrə işçi ixtisar, müəssisə ləğvi və ya müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən azad edildikdə onun maliyyə itkilərinin müəyyən hissədə kompensasiya edilməsi məqsədilə tətbiq edilir.

Tibbi sığorta haqqı. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi olmaqla, sağlamlığa dəymiş zərərin tibbi xidmətlər zərfində göstərilmiş həcmə uyğun olaraq aradan qaldırılması məqsədilə tətbiq edilir. Xatırladaq ki, 2021-ci ilin aprel ayının 1-i tarixindən başlayaraq bütün ölkə ərazisində tibbi xidmətlərin icrası təmin ediləcəkdir.

Həmkarlar ittifaqına tutulmalar. Həmkarlar ittifaqları işçilər arasında fərq qoyulmadan və işəgötürənə tabeçiliyi olmadan yaradılan işçilərin birliyidir. Əsas təyinatı işçilərin təminatlarının yaxşılaşdırılması, işçi hüquqlarının müdafiəsi olduğu kimi, bu birlik kollektiv müqavilələr bağlanarkən işçiləri təmsil edir və onlar üçün faydalı təklifləri işəgötürənlərlə müzakirə edir.

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Bax:


21 noyabr Rusiyada Mühasiblər Günüdür

posted in: muhasibat, Xəbər | 0

Baxmayaraq ki, dünyada Beynəlxalq Mühasiblər Günü noyabrın 10-da qeyd olunur, elə ölkələr də var ki, həmin peşə bayramını başqa bir tarixdə Milli Mühasiblər Günü kimi qeyd edirlər. Bu ölkələrdən biri də Rusiyadır.

Mühasib Günü – mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin peşə bayramıdır. Demək olar ki, bütün peşə nümayəndələrinin öz bayramları var. Rusiyada təqvimdə Mühasib Günü ilə bağlı qırmızı rənglə qeyd olunmuş tarix yoxdur. Buna baxmayaraq, mühasiblərin əksəriyyəti ənənəvi olaraq həmin tarixi günü noyabrın 21-də, Rusiya prezidenti Boris Yeltsinin 1996-cı ildə “Mühasibat uçotu haqqında” Qanunu imzaladığı gün qeyd edirlər. Yeri gəlmişkən, həm də vergi orqanları öz bayramlarını, məhz, noyabrın 21-də qeyd edirlər.

Bir çox illərdir ki, Moskva mühasibləri öz peşə bayramlarını noyabrın 16-da qeyd edirlər. Bundan əlavə bəzi mənbələrdə mühasiblər gününün noyabrın 25 və ya 28-də – “Mühasibat uçotu haqqında” Qanunun dərc edildiyi tarixdə qeyd olunması barədə də məlumatlar tapmaq olar. Bir sözlə, dəqiqliyi sevən bir peşə üçün xarakterik olmayan qarmaqarışıqlıq hökm sürür.

Təkcə ayrıca götürülmüş bir müəssisənin deyil, bütün dövlətin iqtisadiyyatının uğuru, məhz mühasiblərin dəqiq işindən asılıdır.

Maraqlıdır ki, Rusiyanın bəzi regionlarında Mühasib Günü ilə bağlı regional bayramlar da qeyd olunur. Məsələn, Yaroslavl vilayətində bu bayram aprelin ilk istirahət günü qeyd olunur. Volqoqrad vilayətində Mühasib Günü noyabrın 1-də, Krasnoyarsk diyarında noyabrın 12-də, Sankt-Peterburqda noyabrın 15-də, Moskvada isə noyabrın 16-da, Tatarıstanda noyabrın son cümə günü qeyd olunur.

Vergi orqanı tərəfindən hesabatların qəbul edilməməsinə səbəb olan hallar

posted in: Xəbər | 0

əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir:

  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
  • vergi dövrü əks olunmadıqda;
  • vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq edilmədikdə;
  • vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda;
  • vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda.

Əsaslandırma: Vergi Məcəlləsinin 72.6-cı maddəsi.

Mənbə: vergiler.az


Bax:


1 805 806 807 808 809 810 811 2. 703
error: Content is protected !!