Read More9
Read More9

Əmək qanunvericiliyində yeniliklər nələrdir?

posted in: Xəbər | 0

Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiq edib. Əmək Məcəlləsi və digər bir sıra qanunlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib.

Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır.

Əmək Məcəlləsindəki anlayışlar sırasına “Ailə vəzifələri olan işçi” anlayışı daxil edilib. Bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq, köməklik göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanları məhdud olan işçini nəzərdə tutur.

Ailə vəzifələri olan işçilərə əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilməyəcək. Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən də işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq.

Yeni dəyişikliklərdən biri işçilər tərəfindən əmək funksiyasının elektron, proqram-texniki və s. vasitələrlə distant iş formasında yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasına xidmət edir. Bu məqsədlə Məcəlləyə “Məsafədən (distant) iş” anlayışı da daxil edilib. Distant işlə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi ilə müəyyən olunacaq.

Qanunvericilikdə “əmək müqaviləsinin ləğv edilməsi” “əmək müqaviləsinə xitam verilməsi” ifadəsi ilə əvəzlənib. Əmək və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsasları gücləndirilib. İşçi məzuniyyətdə olduğu müddət ərzində onun orta əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla saxlanılmasına dair Məcəllədə müvafiq tənzimləmə də aparılıb.

Yeni dəyişikliklərə həmçinin:

  • İşçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi,
  • Azı 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin sırasına ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 20 Yanvar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər, Azərbaycan Respublikasının ən yüksək təltifinə layiq görülmüş işçilərin də daxil edilməsi,
  • Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddətinin doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılması və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsinin qısaldılmaması,
  • Uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsi,
  • Əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməyən işçi ilə əmək müqaviləsinə fərdi reabilitasiya proqramına uyğun olaraq onun iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda xitam verilməsi
  • Əsas iş yerində ezamiyyətə gedən işçiyə əlavə iş yerində, habelə əlavə iş yerində ezamiyyətə gedən işçiyə əsas iş yerində ezamiyyə müddəti qədər ödənişsiz məzuniyyət verilməsi,
  • İş yerlərində işçi sayı 50-dən az olduqda əməyin mühafizəsinin təşkilinin əməyin mühafizəsi üzrə bilikli işçilərdən birinin əmək funksiyasına daxil edilməsi, bu mümkün olmadıqda əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin təsis edilməsi,
  • Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50-dən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin təsis edilməsi,
  • İşəgötürənin vakansiya yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməsi,
  • Zərərli iş yerlərində, peşələrdə və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilərin 3 ayda bir dəfədən, digər iş yerlərində ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılması

və s. daxildir.

Mənbə: vergiler.az

İşçi məzuniyyətdə olarkən əmək müqaviləsi bitərsə..

Video: Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-2023-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Salman Əbdülrzazadənin təqdimatında ödənişli Praktiki “Bəyannamə və hesabatların hazırlanması” kursunda iştirak edə bilərsiniz.

İşçi məzuniyyətdə olarkən əmək müqaviləsi bitərsə..

posted in: Xəbər | 0

Qanunvericiliyə əsasən, əmək müqavilələri müddətsiz və ya müddətli bağlanıla bilər. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanılması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

Bəs işçi məzuniyyətdə olarkən müqavilənin müddəti bitdikdə əmək münasibətləri necə tənzimlənir? Suala əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir.

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakter daşıdığı qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də onun müddətinin başa çatmasıdır. Əmək Məcəlləsinin 73-cu maddəsində göstərilir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya Əmək Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə əmək Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda, həmin müqaviləyə azı 1 həftə əvvəl müddətin bitməsi və xitam edilməsi haqda nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən müqaviləyə xitam verilə bilər.

Misal 1

İşçinin əmək müqaviləsinin müddəti 14 yanvar 2026-cı ildə bitir. İşçi 7 yanvar 2026-ci il tarixindən 22 yanvar 2026-cı il tarixinədək məzuniyyətdədir və 23 yanvar tarixində işə çıxacaq. İşçinin müqaviləsinin bitməsi və xitam edilməsi ilə bağlı 5 yanvar 2026-cı il tarixində bildiriş verilib. Bu halda, işçinin əmək müqaviləsinin müddəti məzuniyyət dövrünə təsadüf etdiyi üçün işə çıxdığı gün, yəni 23 yanvar 2026-cı ildə həmin müqaviləyə xitam veriləcək.

Misal 2

İşçinin əmək müqaviləsinin müddəti 14 yanvar 2026-cı ildə bitir. İşçi 7 yanvar 2026-ci il tarixdən 22 yanvar 2026-cı il tarixinədək məzuniyyətdədir və 23 yanvar tarixində işə çıxacaq. İşçinin müqaviləsinin bitməsi və xitam edilməsi ilə bağlı hər hansı bildiriş verilməyib. Bu halda, işçinin əmək müqaviləsinin müddəti əmək müqaviləsində göstərilən müddətə uzadılır.

Mənbə: vergiler.az

Azərbaycanda filialın qeydiyyatı: sənədlər və qaydalar

Azərbaycanda filialın qeydiyyatı: sənədlər və qaydalar

posted in: Xəbər | 0

Əcnəbilərin Azərbaycada biznes qurmaq üçün hansı variantları var?

Azərbaycanda biznes qurmaq və regionda iqtisadi mövcudluğunu təmin etmək istəyən xarici biznes üçün yerli qanunvericilikdə bir neçə variant nəzərdə tutulub:

  • filial açmaq;
  • nümayəndəlik açmaq;
  • törəmə (asılı) müəssisə – ASC yaxud MMC yaratmaq.

İstər Azərbaycanda filialın qeydiyyatı olsun, istər nümayəndəliyin, yaxud MMC yaradılsın, sənədləşmə prosesi düzgün aparılarsa, hər üç varianta biznes subyekti  təsisçi müəssisə qarşısında cavabdeh olur.  Təsisçi biznesi şəxsən idarə edir yaxud idarəetməni başqa bir şəxsə həvalə edir.

Hüquqi çərçivə

Xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının hüquqi statusu və onların investisiya fəaliyyəti  AR Mülki Məcəlləsi  və 22 iyun 2022-ci il tarixli №551-VIQ nömrəli “İnvestisiya fəaliyyəti haqqında” respublika qanunu ilə müəyyən edilir.

  • Mülki Məcəllənin 53.1-ci maddəsinə görə nümayəndəlik “hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi”-dir.
  • 2-ci maddəyə görə filial “hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi”-dir.
  • 1-ci maddəyə görə məhdud məsuliyətli cəmiyyət “bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət”-dir.

Azərbaycanda  MMC, nümayəndəlik və filialın qeydiyyatı  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri bu qanunun 6-cı maddəsinə uyğun aparılır.

Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyatın prosesi ilə buradan ətraflı tanış olmaq olar.

Azərbaycanda nümayəndəlik və ya filialın açılması

Mülki Məcəllə ilə müəyyən edilmiş hüquqi çərçivədən göründüyü kimi, nümayəndəliklər və filiallar çox oxşardır. Qanuna görə, onlar xarici şirkətlərin bölmələridir və xarici şirkət özü onların fəaliyyəti üçün hüquqi və maliyyə məsuliyyəti daşıyır. Nümayəndəlik və ya filialın qeydiyyat prosesi də oxşardır – eyni sənədlər tələb olunur və eyni tələblər tətbiq olunur.

Onlar arasında fərq filialın nümayəndəlikdən fərqli olaraq kommersiya fəaliyyəti ilə məşğul ola bilməsidir. Nümayəndəlik əsasən birbaşa satış olmadan bazara daxil olmaq və qanuni maraqları qorumaq üçün istifadə edilir. Bu məqalədə hər iki təşkilat formasını nəzərdə tutan “filial” anlayışından istifadə ediləcək.

Azərbaycanda filialın açılması üçün aşağıdakı prosedurlar həyata keçirilməlidir:

  1. filialın əsasnaməsinin hazırlanması;
  2. filialın qeydiyyatı üçün sənədlərin toplanması;
  3. qeydiyyat üçün müraciətin təqdim edilməsi;
  4. dövlət qeydiyyatı haqqında sənədlərin alınması;
  5. qeydiyyatdan sonrakı təşkilati işlər.

Filialların rəhbərləri onu təsis edən hüquqi şəxs tərəfindən təyin edilir və etibarnamə əsasında fəaliyyət göstərir.

Azərbaycanda kommersiya qurumu açmaq üçün konsultasiya xidməti təklif edirik!

Filialın əsasnaməsi və qeydiyyat sənədləri

Nümayəndəlik və ya filial hüquqi şəxs deyil, o, təsisçi hüquqi şəxsin təsdiq etdiyi əsasnamə əsasında fəaliyyət göstərirlər. Əsasnamədə əsasən bu məlumatlar qeyd edilir:

  • təsisçi xarici hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, təsis edildiyi ölkədəki ünvanı;
  • filialın adı, Azərbaycanda yerləşdiyi yer;
  • filialın yaradılması, açılması məqsədləri və fəaliyyət növləri;
  • xarici hüquqi şəxsin filialının idarə edilmə qaydaları.

Təsisçi əsasnaməyə Azərbaycan qanunvericiliyinə zidd olmayan digər məlumatlar da daxil edə bilər. Əsasnamə 2 nüsxədə hazırlanır, filial açmaq istəyən xarici hüquqi şəxs  yaxud səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilir. Filialın yaradılması haqqında qərar, habelə filialın rəhbərinin təyin edilməsi barədə xarici hüquqi şəxsin qərarının əsli yaxud notariat qaydasında təsdiq edilmiş surətini də (şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə edilir) hazırlamaq lazımdır.

Azərbaycanda filialın qeydiyyatı

Azərbaycanda şirkət və onların filiallarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin qurumları vasitəsi ilə aparılır. Qeydiyyat həm də onların vergi uçotuna durması sayılır. Xarici şirkət Azərbaycanda filialın qeydiyyatı üçün notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”-ni hazırlayır və təqdim edir. Ərizəyə yuxarıda qeyd edilən sənədlərlə yanaşı bunlar da əlavə olunur:

  • “Təsisçi-hüquqi şəxslər barədə məlumat”
  • filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər (notariat qaydasında təsdiq və leqallaşdırılmaqla);
  • hüquqi ünvanı təsdiq edən sənəd;
  • dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) – hazırda 300 manatdır;
  • filialı açmaq istəyən xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli yaxud surəti (notariat qaydasında təsdiq və leqallaşdırılmaqla);
  • filial xüsusi vergi rejimində fəaliyyət göstərəcəksə – “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”;
  • ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
  • ərizə vəkil edilmiş şəxs tərəfindən imzalanarsa-etibarnamə;
  • xarici bankların və sığorta şirkətlərinin filialları yaradıldıqda-Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd.

Dövlət qeydiyyatı haqqında sənədlərin alınması

Xarici şirkətin təqdim etdiyi sənədlərdə çatışmamazlıq olmadığı halda, şirkətin Azərbaycanda filialının qeydiyyatı aparılır, ona dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd – dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.

Qeydiyyat zamanı təqdim edilmiş müvafiq məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

Dövlət qeydiyyatına alınmış xarici  hüquqi şəxsin filialına verilən qeydiyyat şəhadətnaməsində və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilir. Sonradan təsis sənədlərinə edilən dəyişiklik, habelə qeydə alınmış faktların dəyişikliyi qeydiyyata alınmalıdır.

Azərbaycanda filialın qeydiyyatından sonrakı təşkilatı işlər

Filialı idarə edəcək rəhbər şəxs yerli qanunvericiliyə uyğunluğa görə məsuliyyət daşıyır. Məsələn, əcnəbi işçilər üçün iş icazələrinin, müvafiq fəaliyyət növləri üçün lisenziyaların alınmaması, əmək müqavilələrinin bağlanmaması, vergi hesabatlarının vaxtında verilməməsi və qanunvericiliklə müəyyən olunmuş digər tələblərə əməl olunmaması maliyyə cərimələrinə səbəb ola bilər.

Maliyyə itkilərindən qaçmaq üçün bütün prosesləri düzgün rəsmiləşdirmək lazımdır. Azərbaycanda filial qeydiyyatı zamanı Accounting.Az MMC sizə kömək edər.

1 78 79 80 81 82 83 84 2. 700
error: Content is protected !!