Aktiv vergi ödəyicilərinin sayında 4,7 faiz artım olub

posted in: Xəbər | 0

Aktiv vergi ödəyicilərinin sayında 4,7 faiz artım olub

Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645 min 189 nəfər təşkil edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artaraq, 32 min 585-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177 min 274 olub.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kredit götürərkən sığortalanmağın faydaları

posted in: Xəbər | 0

Kredit Departamentində Təcrübə Proqramı, Vakansiya: Kredit mütəxəssisi, ezamiyyə xərcləri İş adamları kreditlər vakansiya biznes krediti İş adamlarıHər kəsin həyatının müəyyən dövründə çətin anları olur. Hətta elə anlar olur ki, təcili maliyyə çatışmazlığı ilə qarşılaşırsan və dost-tanış heç cür imkan edib sənə dəstək verə bilmir. Həmçinin müəyyən biznes fəaliyyəti ilə məşğul olmaq istəyərkən maliyyə çətinliyi ilə üzləşərək biznesi böyüdə bilmirik. Hər bir halda kredit təşkilatlarına üz tutaraq müəyyən istiqamət üzrə kredit əldə etmək zəruri olur.

Kredit götürərkən əksər hallarda öhdəliyin təmini üsulu kimi girov, zaminlik və ya sığorta müqaviləsi bağlamaq tələb olunur.

Bunda məqsəd kredit öhdəliyini icra edə bilmədikdə kreditin təmin edilməsini təmin etməkdən ibarətdir.

Bu yazımızda kreditin təmini üsulu kimi sığorta müqaviləsinin faydasından bəhs etməyə çalışacağıq.

Azərbaycan Respublikasında kredit götürən fiziki şəxslərin sığorta münasibətləri nəzarət orqanının müəyyən etdiyi vahid qaydalarla tənzimlənir. Bu sığorta şirkətlərinin öz qaydalarını istisna edir ki, fiziki şəxs vahid tənzimləmənin olduğunu bilsin və sığorta şirkətləri vahid prinsiplə rəqabət qabiliyyətli olan keyfiyyətli fəaliyyətə üstünlük versinlər.

Bu baxımdan da vahid qaydalara uyğun təminat verilir və fəaliyyət həyata keçirilir.

Kredit götürən fiziki şəxslərlə bağlanan sığorta müqavilələrinə əsasən sığorta şirkəti ən azı kredit götürənin ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin tam və ya qismən itirilməsilə istənilən əlillik dərəcəsini alması halında sığorta şirkəti sığorta ödənişi vermək öhdəliyi daşıyır.

Kredit götürən şəxs müqavilədə aşağıdakı hallara mütləq diqqət etməlidir ki, ona hansı təminatın verildiyini bilsin:

  1. Müqavilənin müddəti – müqavilənin kredit müddətinə uyğun olun-olmamasına fikir verilməlidir. Belə ki, bəzi hallarda müqavilələr kredit müddətində deyil, ondan daha az müddətə müəyyən edilir. Bu isə şəxsin başına hadisə gəldikdə onun sığorta təminatından kənarda qalmasına gətirib çıxara bilər.
  2. Sığorta məbləği – Kredit məbləği 10 min manatlıq olsa da, sığorta müqaviləsində bu təminat 1000 manat da ola bilər. Bu baxımdan da şəxsin hadisə zamanı 1000 manatlıq öhdəliyinin ödənilməsi, lakin qalan məbləğin ödənilməməsi mümkündür.
  3. Riskin bildirilməməsi – Kredit götürərkən fiziki şəxsin sağlamlığı qaydasında olsa da, sığorta müqaviləsi bağlanarkən kredit götürən əvvəllər hansı xəstəliklərdən əziyyət çəkdiyini, müalicə və ya müayinə aldığını bildirməlidir. Bunun üçün ona səhhəti barədə məlumat verəcəyi ərizə forması təqdim edilir. Kredit götürən şəxsin əvvəllər xəstəliyi, xəstəliyə görə müalicə və ya müayinəsi olubsa, bu barədə ərizə formasında qeyd etməlidir.

Çünkü ərizə formasında qeyd edilməyən, hadisə baş verərkən xəstəliyin əvvəlcədən olması müəyyən edilən hallarda sığorta şirkəti ödənişin verilməsindən imtina etmək hüququna malikdir.

Göründüyü kimi hər bir halda müqavilə bağlamazdan əvvəl məlumatlı və tədbirli olmaq sonrakı peşmançılığın qarşısını almağa imkan verir.

Yekunda isə qeyd edək ki, kredit götürərkən sığortalanma halında sığorta şirkəti baş verəcək hadisələr zamanı ödənişi öhdəlik həcmində kredit təşkilatına, əgər sığorta məbləği artıq qalarsa, krediti götürən şəxsə yaxud vəfat etdikdə onun ailə üzvlərinə və ya vərəsələrinə ödəyir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət qeydiyyatından keçən xarici investisiyalı kommersiya hüquqi şəxslərin sayı açıqlanıb

posted in: Xəbər | 0

baş mühasib, Vergi Xidmətinin proqram təminatı, Hüquqi, evdən çıxma icazəsi,2021-ci il sentyabrın 1-nə 16 min 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bunlardan 10 min 982-nin fəaliyyəti aktivdir, 4525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.

Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8 faizi Türkiyə, 11,6 faizi Gürcüstan, 10,5 faizi İran, 9,5 faizi Rusiya, 5,3 faizi Pakistan və 4,2 faizi Hindistan investisiyalı hüquqi şəxslərdir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni üsulla 1200 yerli investisiyalı MMC qeydiyyata alınıb

posted in: Xəbər | 0

iş yerlərinin attestasiyası, Əmək şəraiti, Əlilliyi olan şəxslər, əmək məcəlləsi, Əmək məcəlləsində dəyişiklik, nizamnamə kapitalı, Dövlət rüsumu, Sərtləşdirilmiş karantin rejimi, yeni iş rejimi, İxrac təşviqi, Vergi ödəyiciləri, idxal,ixrac gömrük rüsumları, xidmət haqqı məbləğləri, əmək müqaviləsi, MDSS,2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş 12 aylıq azalma dövründən sonra, ardıcıl altı ayda (2021-ci ilin mart-avqust ayları) vergi ödəyicilərinin qeydiyyatının sayında artım müşahidə edilir.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2021-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 291 565 vergi ödəyicisinin 87,8%-i fiziki şəxs, 12,2%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8% artıb ki, bu artımın 91%-i fiziki şəxslərin, 9%-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98,6%) kommersiya qurumları hesabına baş verib. Kommersiya hüquqi şəxslərin 88,4%-i MMC, 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. formalarda yaradılıb.

Yanvar-avqust aylarında 7 482 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. Həmin qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 92,3% təşkil edib. İlkin qeydiyyat prosedurundan keçmiş kommersiya hüquqi şəxslərdən 1 701-nin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Hesabat dövründə qeydiyyatdan keçmiş 7 482 kommersiya qurumunun 91,2%-i yerli investisiyalı, 8,8%-i xarici investisiyalı müəssisələrdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusi çəkisi 36,5 % artıb.

2021-ci il sentyabrın 1-nə 16 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10 982-nin fəaliyyəti aktivdir, 4 525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.

Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8%-i Türkiyə, 11,6%-i Gürcüstan, 10,5%-i İran, 9,5%-i Rusiya, 5,3%-i Pakistan və 4,2%-i Hindistan investisiyalı hüquqi şəxslərdir.

2021-ci ilin yanvar-avqust aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 64,4% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

2021-ci ilin 1 sentyabr tarixinə 300 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 833 834 835 836 837 838 839 2. 685