Kapital Bank ipoteka və KOS yönümlü, yenilənən 28 May filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Ölkənin aparıcı banklarından biri olan Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir və bu dəfə şəhərin mərkəzində, Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən 28 May filialını korporativ standartlara uyğun təmir edərək müştərilərin istifadəsinə təqdim edib.

Kapital Bank-ın növbəti strateji dövrdə əsas hədəfləri arasında ipoteka biznesinin və eləcə də KOS (kiçik və orta sahibkarlıq) biznesinin inkişaf etdirilməsi önəmli yer tutur. Odur ki, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, strateji hədəflərin yerinə yetirilməsi, o cümlədən davamlı olaraq artan müştəri ehtiyaclarını yüksək səviyyədə qarşılamaq məqsədilə 28 May filialı yeni konsepsiyada təmir edilib, daha rahat və sürətli xidmət göstərilməsi üçün filialda xüsusi şərait yaradılıb. Əlavə olaraq filial fiziki şəxslərə də bəzi bank xidmətlərini göstərməyi davam edəcək.

Bu filialda əsas etibarı ilə ipoteka məhsullarının – dövlət ipotekası, MİDA, kommersiya ipotekasının satışı və bu seqmentdən olan müştərilərin digər bank ehtiyaclarını qarşılayacaq xidmətlər həyata keçiriləcək. Bankın son zamanlar müştəri istəklərinə əsaslanaraq hazırlanan kommersiya ipoteka məhsulundan yararlananları isə filialda əlavə üstünlüklər gözləyir.

Həmçinin bununla bərabər kiçik və orta sahibkarlara göstərilən xidmətlərin genişləndirilməsi və asanlaşdırılması baxımından 28 May filialında aparılan yenidənqurma işlərində uyğun şərait yaradılıb və bu seqment müştərilərə xidmət, filialın gələcək fəaliyyətində önəmli yerlərdən birini tutacaq. KOS müştərilərinə hesabların açılması, maliyyələşmə məhsulları, şəxsi menecerlə təmin olunma, habelə şirkət rəhbərləri və təsisçilər üçün nəzərdə tutulan məhsul və xidmətlər təklif olunacaq.

Qeyd edək ki, məhz bu seqmentdən olan ipoteka partnyorlarının xidmət almaları, eləcə də məhsullarını təklif etmələri üçün filialda xüsusi imkanlar yaradılıb. Vətəndaşların mənzil ehtiyaclarının qarşılanması üçün ipoteka partnyorları arasında əməkdaşlıq mühüm yer tutur və yeri gəlmişkən, Kapital Bank hal-hazırda ölkənin tikinti sahəsinin aparıcı 50 şirkəti ilə partnyorluq münasibətləri qurub və gələcəkdə bu sahədə fəaliyyətini genişləndirəcək.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Asan İmza”nın istifadəsində 7 əsas təhlükəsizlik qaydası

posted in: Xəbər | 0

Asan İmzaMəlum olduğu kimi Asan İmza (Mobil imza) elektron mühitdə fiziki ID karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM kartınızdır. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə imzalaya bilərsiniz.

İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq PIN kodlar ilə qorunur. Mobil telefon eyni zamanda həm elektron imza üçün smart kart (e-imza kartı), həm də kart oxuyucu qurğu kimi istifadə olunur.

Asan İmza (Mobile ID) elektron xidmətlər mühitinə giriş üçün təhlükəsizlik aləti hesab edilir və rəqəmsal imzanın qoyulmasına imkan verir. Bununla belə bədniyyətlilər çox vaxt insanların ehtiyatsızlığından istifadə edir. Ona görə də “Asan İmza”dan (Mobile ID) istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.

Asan İmza-nın (Mobil ID) istifadəsində 7 əsas təhlükəsizlik qaydası aşağıdakılardır:

1. İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və PIN kodları kənar şəxslərə verməyin.
Asan İmza (Mobile ID) SIM kartı PIN kodlar ilə birlikdə bədniyyətlilərin əlinə keçdiyi zaman onlar Sizin adınızdan sövdələşmə imzalaya, həmçinin şəxsi verilənlərinizi görə bilərlər. Bu halda onlar tərəfindən götürülən öhdəliklər Sizin üzərinizə düşəcəkdir.

2. Asan İmza (Mobile ID) SIM kartının əldə edilməsindən sonra Asan İmza (Mobile ID) PIN kodlarını dəyişmək məsləhət görülür.
Kodları dəyişmək üçün Sizə məxsus PUK kodu bilməyiniz tələb olunur. Daha asan yadda qalsın deyə PIN1 və PIN2 kodlarını eyni şəkildə dəyişməyin.

3. PIN və PUK kodları telefondan ayrı saxlayın.
PIN kodlarınızın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də Asan İmza (Mobile ID) PIN və PUK kodlarını telefondan ayrı saxlamaq məsləhət görülür. Hətta telefonunuzu tanışlarınıza müəyyən müddətə belə verdikdə PIN və PUK kodlarınızı gizli saxlayın!
PIN kodları əzbərləyin. Bu üsul alınmadıqda isə PIN kodları Asan İmzaya (Mobile ID) heç bir istinad etmədən etibarlı yerə qeyd edin.

4. PIN kodlar üçün sadə kombinasiyalardan (0000, 1111, 1234 и т.п.), ad günü, ev və mənzillərin nömrəsi və s. istifadə etməyin.

5. Telefonun ekranında Asan İmza (Mobile ID) vasitəsilə istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından əmin olun.

6. PIN kodu istifadə etmək istədiyiniz xidmətdən ismarıc aldıqdan sonra daxil edin.

7. Mobil telefon oğurlandığı və ya itirildiyi zaman ilk olaraq texniki dəstək xidmətinə (Azercell, Bakcell və ya Nar Mobile) müraciət edib Sizə məxsus olan Asan İmza (Mobile ID) SIM kartınızı bloka salın. Asan İmza (Mobile ID) SIM kartının bloka salınması zamanı bütün sertifikatların da qüvvəsi dayandırılacaq.

Asan İmza (Mobile ID) SIM kartını bloka salmadan sertifikatların qüvvəsinin dayandırılması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) texniki dəstək xidmətinə (195) zəng edərək sertifikatlarınızın qüvvəsinin dayandırılmasını xahiş edin. Sertifikatlarınızın qüvvəsini dayandırdıqdan sonra Asan İmza xidmətindən istifadə etmək istədikdə, yeni Asan İmza SIM kartını alaraq yeni sertifikatları əldə etmək lazım olacaq.

Müasir texnologiyalar mobil qurğulara funksionallığına görə stolüstü kompüterlər və “notebook”lar ilə yarışmağa imkan verir. Smartfonlar insanlar arasında əlaqənin, informasiyanın əldə edilməsi, ötürülməsi və yayılmasının bir çox yeni üsullarını təqdim edir. Belə ki, smartfonlar İnternetə nəinki operator vasitəsilə həmçinin wi-fi ilə (məsələn, İnternet-kafelərdə “notebook”lar kimi) qoşula bilir.

Əlbəttə, smartfon əvvəlki kimi adi zənglər etməyə imkan verir. Ancaq bu qurğulara kiçik kompüterlər kimi baxmaq daha məntiqli olardı. Ona görə də əgər Siz smartfondan istifadə edirsinizsə. unutmayın ki, onun da kompüteriniz kimi qorunması tələb olunur.

Rusiya Bankının tarixi: 1882 – 1897-ci illər (II hissə)

posted in: Xəbər | 0

Rusiya Bankının tarixi (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Rusiya Federasiyasının Mərkəzi bankı – ölkənin əsas emissiya və pul-kredit tənzimləyicisidir.

1860-cı ildə Rusiya imperatoru II Aleksandr Dövlət bankının yaradılması haqqında fərman imzalayıb. Rusiya Bankının tarixi bax, belə başlayıb.

1882-ci il

Dövlət bankının Yeletsk şöbəsinin binası. Açıq məktub. 1904-1909-cu illər


1883-cü il

Səhmdar kommersiya bankları üçün zərərin ödənilməsindən ötrü ehtiyat norması tətbiq edilib: Dövlət bankındakı kassa və cari hesab bankın bütün öhdəliklərinin ən azı 10% – ni təşkil etməli idi.


1884-cü il

Dövlət bankı torpaq sahiblərinə (mülkədarlara) ssuda verməyə başlayır.


1885-ci il

Dövlət bankının sələfləri olan bankların borcları silinib.


1890-cı il

İlk dəfə olaraq Dövlət bankında müəyyən növ kreditlər üzrə faiz dərəcəsi 4%-ə endirildi – bu bankın tarixi ərzində ən aşağı səviyyədir.


1892-ci il

Dövlət Bankı Sankt-Peterburq birjasının məzənnələri ilə səhm və istiqrazların alqı-satqısını həyata keçirir.


1894-cü il

Dövlət bankının yeni, ikinci nizamnaməsi təsdiq olunub. Nizamnamədə kiçik və orta sənayenin və ticarətin inkişafına yönəlmiş sənaye kreditlərinə əhəmiyyətli diqqət yetirilir.

Dövlət bankının Neqlinniy keçidində yerləşən Moskva şəhər idarəsinin binası. Fototipiya. 1890-cı il

Dövlət bankının Sankt-Peterburq idarəsi açılıb.

Sergey Yuleviç Vitte, 1892-1903-cü illərdə Rusiya imperiyasının maliyyə naziri, pul tədavülü və Dövlət bankı sahəsində islahatların təşəbbüsçüsü.


1895-ci il

5 rublluq dövlət kredit bileti (faksimildə Dövlət bankının rəhbəri E.D. Pleskenin imzası var). 1895-ci il. Nümunə.


1897-ci il

1895-ci ildə başlayan pul islahatı başa çatıb. Pul dövriyyəsinə qızıl standart daxil edilib. Rubla 0,77 qram təmiz şərti qızıl məzmunu verilib.

Dövlət bankı binasının həyətində köhnə kredit biletlərini yandırmaq üçün soba (Sankt-Peteburq). XX əsrin əvvəlinə aid açıqca.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?

posted in: Xəbər | 0

Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinin mikrobiznes subyektləri üçün təmin etdiyi güzəştlərdən biri də mikrosahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin mənfəət (gəlir) vergisindən azad edilməsidir. Bəs vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir? Suala maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirib:

Mikrosahibkarlıq subyektləri üçün güzəştlər Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20 -ci maddələrində nəzərdə tutulub. Biznes subyektlərinin qruplara bölünməsi isə Nazirlər Kabinetinin 21 dekabr 2018 -ci il tarixli 556 nömrəli qərarı ilə tənzimlənir. Burada iki meyar – işçilərin sayı və vergi ödəyicisinin illik gəlirinin miqdarı nəzərə alınır. Həmin qərara əsasən, biznes subyektlərinin sərhədləri belə müəyəyn edilib:

Mikrosahibkar: 1-10 işçi, illik gəliri 200.000 manata qədər;

Kiçik sahibkar: 11-50 işçi, 200.000 – 3.000.000 manat arası illik gəlir;

Orta sahibkar: 51-250 işçi, 3.000 000 – 30.000.000 manat illik gəlir;

İri sahibkar: 250 nəfərdən çox işçi, 30.000.000 manatdan çox illik gəlir.

Vergi ödəyicisinin müəyyən bir qrupa aid olub-olmadığını müəyyən edərkən qeyd olunan iki meyardan daha böyük olan nəzərə alınır.

Misal: Tutaq ki, şirkətin illik gəliri 150 min manat, işçilərinin sayı 12-dir. Bu şirkət heç bir şəkildə mikrobiznes qrupuna aid ola bilməz. Həmin sahibkarlıq subyekti kiçik biznesə aiddir. Bu isə həmin şirkətin mikrobiznes subyektləri üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməyəcəyi mənasını verir.
Bu, çox vacib məqamdır. Ona görə də hər hesabatda 75 faiz gəlir vegisinə güzəşt nəzərdə tutmaq sahibkarlar üçün mənfi hallara gətirə bilər. Əslində, hər bir güzəştdən istifadə etməzdən qabaq həmin güzəştin həqiqətən sizə aid olub-olmadığını ciddi şəkildə təhlil etmək lazımdır. Əks halda, vergi ödəyicisi maliyyə sanksiyları ilə üz-üzə qala bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 884 885 886 887 888 889 890 2. 705