Əmək Müfəttişliyi xəbərdarlıq etdi

posted in: Xəbər | 0

əmək, uşaqların əmək hüquqları,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) İsti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.

DƏMX-dən verilən məlumata görə, işəgötürənlərə müraciət edərək bildirilib ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşəgötürənlər yay mövsümündə havanın temperaturunun 41 dərəcə Selsidən çox olduğu günləri nəzarətdə saxlamalı, gün ərzində havanın temperaturunun 41 dərəcə Selsidən çox müşahidə olunduğu saatlarda açıq hava şəraitində və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsini dayandırmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələrin verilməsini təmin etməlidirlər.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası üzvlərinə xəbərdarlıq edib

posted in: Xəbər | 0

maliyyə hesabatı, Maliyyə Monitorinqi Xidməti, Maliyyə hesabatları, Maliyyə hesabatlarının düzgünlüyü, Auditorlar Palatası, Auditor adı almaq, Beynəlxalq Maliyyə Hesabatları Standartları, auditor xidmətləri, Auditor xidmətlərinin minimum hədləri, Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorSon vaxtlar dövlət qurumlarından və təsərrüfat subyektlərindən daxil olan məlumatlardan görünür ki, bəzi auditorlar maliyyə hesabatlarının auditi və digər əlaqəli xidmətlər göstərən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının (BAS), Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), İFAC-ın bu sahə üzrə normativ sənədlərinin tələblərinə, Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə partnyorluq sazişinin müddəalarına əməl etmir, maliyyə hesabatlarının düzgün tərtib və təqdim olunmaması, rəylərin BAS-a uyğun formada verilməməsi, Palata Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına əməl edilməməsi hallarına hələ də rast gəlinir.

Bu barədə Auditorlar Palatasının üzvlərinə müraciətində bildirilir.

“Palata audit xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin, dempinq hallarının aradan qaldırılması, auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində həmin mənfi hallara qarşı mübarizəni mütəmadi davam etdirir. Yalnız belə olan halda, biz ölkəmizdə auditor peşəsinin nüfuzunun yüksəlməsinə, auditin daha da təkmilləşdirilməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına, auditdən gözlənilən dəstəyə nail ola bilərik.

Palata həm BAS-ın tələblərinə dair yenilikləri, həm də təlimatları, tövsiyələri, proqramları və. s. mövzuları hər birinizə çatdırıb və bu işlər hazırda da davam etdirilir.

Bir daha xəbərdarlıq edilir ki, auditor xidməti zamanı yuxarıda sadalanan qanunvericiliyin, BAS-ın, Palatanın təsdiq etdiyi metodik vəsaitlərin, xüsusən də auditor rəylərinin düzgün tərtib olunmasının təmin edəsiniz. (BAS-ın 700, 701, 705, 706, 710, 720. link- https://audit.gov.az/Az/page/414) Əks tədbirdə auditor təşkilatları və sərbəst auditorlar barədə səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görüləcək”, – deyə müraciətdə qeyd olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Estoniya və Finlandiyanın vergi orqanları dünyada ilk dəfə vergi məlumatlarının avtomatik mübadiləsinə başlayıblar

posted in: Xəbər | 0

startap, orijinal vergilər, vergidən azad,Estoniyanın Vergi-Gömrük Departamentindən bildirilib ki, Estoniya və Finlandiyanın vergi orqanları məlumatların real vaxt rejimində mübadiləsini həyata keçirməyə başlayıblar. Bu layihə çərçivəsində dünyada ilk dəfə olaraq iki ölkənin vergi departamentləri arasında məlumatların avtomatik mübadiləsi aparılıb.

Estoniyanın Vergi-Gömrük Departamentinin direktor müavini Rivo Reytmann bildirib ki, hazırda Estoniya ilə Finlandiya arasında məlumatlarla bağlı müraciətlərin sayı hər iki ölkənin vergi orqanlarına xaricdən göndərilmiş müraciətlərin ümumi sayının üçdə ikisi qədərdir. “Beləliklə, məlumatların avtomatik mübadiləsi Estoniya və Finlandiya dövlətləri arasında yaxşı əməkdaşlığın qabaqcıl nümunəsidir”.

Qeyd edilib ki, məlumatların real vaxt rejimində mübadilə edilməsi transsərhəd qanun pozuntularının daha yaxşı araşdırılmasına şərait yaradacaq, eləcə də müştərilərə göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Baş İdarə rəisinin müavini toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib

posted in: Xəbər | 0

vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Baş İdarə rəisinin müavini Namiq Dərgahov toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib.

Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən, 2021-ci il 1 iyul tarixindən həmin Qərarla müəyyən edilmiş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir və həmin tarixdən etibarən bu fəaliyyət üzrə işçilərin və müvəqqəti işə cəlb edilmiş şəxslərin azı 80%-nin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Namiq Dərgahov bildirib ki, bundan başqa, müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir.

“50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənliklərdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə veriləcək. 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur, lakin tibbi maskadan istifadə məcburidir. Bütün hallarda şənlik mərasimində xidmət göstərən heyətin isə (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər”, – deyə N. Dərgahov qeyd edib.

O, həmçinin, əlavə edib ki, qərara əsasən, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan heyət barədə, şənlik mərasiminin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

“Həmçinin xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə müəyyən olunmuş forma üzrə iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir”, – deyə N. Dərgahov əlavə edib.

Xidmət rəsmisinin sözlərinə görə, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

“Vergi ödəyicilərinin və onların uçot vahidlərinin aktuallığı daim diqqətdə saxlanılır. Faktiki fəaliyyət növü şənlik mərasimlərinin təşkili sahəsinə aid olan obyektlər üzrə təqdim edilmiş ərizə məlumatlarının vergi ödəyiciləri tərəfindən bir daha nəzərdən keçirilməsi, obyekt qeydiyyatına və obyekt məlumatlarında dəyişiklik edilməsinə zərurət yaranarsa, müvafiq ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur”, – deyə N. Dərgahov qeyd edib.

Mənbə: apa.az

1 943 944 945 946 947 948 949 2. 705