Qeyri-rezidentə ödənilən məbləğə görə hesablanmış ƏDV invoys yoxsa ödəmə vaxtı məzənnəsi ilə nəzərə alınmalıdır?

posted in: Vergi, Xəbər | 0

Dövlət büdcəsinin gəlirləri, ƏDV-dən azad, ƏDV qeydiyyatının ləğvi, ƏDV ödənişi, ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğSual: ƏDV bəyannaməsinin 306.1-ci sətrində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar bölməsində qeyri-rezident tərəfindən təqdim edilən hesab və təhvil-təslim aktında qeyd olunan tarixə həmin günün məzənnəsinə əsasən AZN ekvalentində göstərilir. Bildiyimiz kimi, qeyri-rezidentə görə yaranmış ƏDV büdcəyə qeyri-rezidentə ödəniş edildiyi vaxt ödənilməlidir.

Bu zaman büdcəyə ödəniləcək qeyri-rezidentə görə yaranmış ƏDV borcu hesab (invoice)-da qeyd olunan tarixdəki məzənnə ilə nəzərə alınmalıdır yoxsa ödəniş gününə olan məzənnə ilə?
Misal: 28.01.2021 tarixində qeyri-rezident 100.00 AVRO xidmət göstərmişdir (28.01.2021-2.0554 AZN) mən Yanvar bəyannaməsində 306.1 sətirdə (100.00*2.0554=205.54 AZN) göstərmişəm. Ödəniş edilib 25.02.2021 günün məzənnəsi 2.0697 əsasən 100*2.0697=206.97 AZN. Mən büdcəyə ödəyəcəyim ƏDV 205.54 AZN yoxsa 206.97 AZN-dən hesablamalıyam?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti büdcəyə ödəmələri 2% artırıb

posted in: Xəbər | 0

Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıBu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 2 085,7 milyon manat vəsait daxil olub.

Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bu proqnoza nisbətən 363,8 mln manat və yaxud 21,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və yaxud 2,2% çoxdur.

Rüblük vəsaitin 72,2%-i və yaxud 1 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 110,6 milyon manat və yaxud 7,9 % çoxdur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması

posted in: Xəbər | 0

Baş Mühasib köməkçisi, gəlir vergisi üzrə güzəşt, Həyatın yığım sığortası, 2021-ci ildə əmək haqqından tutulmalar, əmək haqqı, idxalçı, xərc, ƏDV tutulan əməliyyatın vaxtının hesablanması, EDV,Xərclər üzrə mühasib, vakansiya,əmlak, Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerNazirlər Kabinetinin təsdiqlədiyi “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” ilə bağlı sual doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Qaydanın 2.1-ci maddəsində qeyd edilir ki, bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar (mal və xidmətlərin alınması üçün, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üçün və digər) üzrə müəyyən edilir.

Qaydaya əsasən, vergi ödəyicisi bank hesabından əməkhaqqı təyinatı ilə çıxardığı vəsaiti təsərrüfat xərcləri üçün istifadə etməməlidir.

Qaydanın 2.4-cü maddəsində qeyd edilir ki, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.

Göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur.

Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Misal 1: Vergi ödəyicisi 18 yanvar 2021-ci il tarixdə bank hesabından çıxardığı 15.000 vəsaiti 19 yanvar 2021-ci il tarixdə kassaya mədaxil edib. Vergi ödəyicisinin vəsaiti həmin gün yox, növbəti gün kassaya mədaxil etməsi uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq etmək hüququ var.

İkinci tələb ondan ibarətdir ki, bank hesabından çıxarılan vəsait kassaya kassa mədaxil orderində qeyd edilməklə mədaxil edilməlidir. Yəni vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla, xərclənməsinə qərar verə bilməz.

Misal 2: Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 3.000 manat çıxartmağa qərar verir. Bu halda vergi ödəyicisi həmin vəsaiti mütləq kassaya mədaxil etməli, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş etməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd edilən qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.

Üçüncü tələb odur ki, bank hesabından çıxarılmış nağd pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və ya bank hesabından çıxarışda göstərilən məbləğə uyğun olmalıdır.

Misal 3: Vergi ödəyicisinin çekinin kötüyündə 4.000 manat yazılıb, ancaq bank hesabından həmin məbləğdən fərqli vəsait çıxarılıb. Bu, vergi ödəyicisi tərəfindən uçot qaydalarının pozulmasıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avro barədə maraqlı faktlar (III hissə)

posted in: Xəbər | 0

Avro barədə maraqlı faktlar (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun 

Avro əskinaslarının həqiqiliyi            

Avro əskinaslarının həqiqiliyini onun hərflərdən və on bir rəqəmdən ibarət seriya nömrələrinə əsasən də yoxlamaq olar. Latın əlifbasında hərfi sıra nömrəsi ilə əvəz etmək, bu rəqəmi qalanlarına əlavə etmək, sonra bir rəqəm çıxana qədər nəticə rəqəmlərini əlavə etmək lazımdır. Əgər bu rəqəm – 8-dirsə, əskinas həqiqidir.

Bu, əskinasın seriya nömrəsidir – P19521377164

İngilis əlifbasının hərfləri:

A – 1, B – 2, C – 3, D – 4, E – 5, F – 6, G – 7, H – 8, I – 9, J – 10, K – 11, L – 12, M – 13, N – 14, O – 15, P – 16, Q – 17, R – 18, S – 19, T – 20, U – 21, V – 22, W – 23, X – 24, Y – 25, Z – 26.

Hesablayaqmı?

P – ingilis əlifbasının 16-cı hərfidir, deməli, nümunə bu cür təsvir olunacaq:

16+1+9+5+2+1+3+7+7+1+6+4=62;

6+2=8.

Əskinas həqiqidir.

 “€” işarəsi

Təsdiq olunmuş qaydalara əsasən banknotda “€” işarəsi nominalın təyin olunmasından əvvəl banknotda yerləşdirilir. Lakin bəzi ölkələrdə bu işarə əvvəlki vaxtlarda milli valyutalarda olduğu kimi rəqəmlərdən sonra çap olunur. Avstriyada avro qeyri-rəsmi olaraq avronun dizaynı ilə bağlı ümumavropa müsabiqəsinin qalibi olmuş avstriyalı rəssam Robert Kalinanın şərəfinə “kalina” adlandırılır. Digər almandilli ölkələrdə isə məişət arasında onu “oyro” adlandırırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 974 975 976 977 978 979 980 2. 683