Şirkətə seçilən adın problem yaratmaması üçün nəzərə alınmalı məqamlar
Məlum olduğu kimi hər bir fəaliyyət sahəsi öz unikal adı ilə məhsullarını təqdim edir. Unikal adın tapılması isə çox əhəmiyyətlidir. Qanunvericilik hüquqi şəxs kimi fəaliyyət göstərəcək şirkətlərə veriləcək adla bağlı bir sıra məhdudiyyətləri nəzərə almağı məsləhət görür. Əks halda müəssisənin … Read More
Altıgünlük iş həftəsində çalışanlar martda neçə gün tətil edəcək?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib. Beləliklə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək … Read More
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı
Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini təklif edir. Başdan-başa onlayn biznes krediti sahibkarların maliyyə ehtiyaclarını minimum vaxt itkisi və maksimum rahatlıqla həll etməyə imkan yaradır. Bu innovativ məhsul sayəsində biznes sahibləri bank filialına getmədən, zaminsiz və tam onlayn … Read More
Birbank Biznes-in innovativ bonus proqramı: daha çox istifadə, daha çox qazanc
Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq və onlara daha yaxın olmaq məqsədilə loyallıq proqramını təqdim edir. Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazana, topladıqları bonusları əməliyyatlar … Read More
Dövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri
İki yerdə işləyən (hər iki iş yeri dövlət sektoru) işçi üçün gəlir vergisi necə hesablanır? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş … Read More
2025-ci ildə fərdi sahibkarlar nə qədər sosial sığorta haqqı ödəməlidirlər?
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bununla fərdi sahibkarların sosial sığorta ödənişləri də artıb. Yeni … Read More
Əlavə dəyər vergisi nədir?
ƏDV nədir? Əlavə dəyər vergisi – ƏDV Azərbaycan Respublikasının vergi qanunvericiliyində müəyyən edilmiş 9 dövlət vergisindən biridir. Hər bir dövlət vergisində olduğu kimi, bu vergi səciyyəvi xüsusiyyətləri ilə seçilir. ƏDV nədir, bu vergi növü digər vergilərdən nə ilə fərqlənir? AR … Read More
DVX: “Yeni Vergi Məcəlləsində iqtisadi artımı təşviq edən vergi alətləri tətbiq ediləcək”
Hazırlanacaq yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri iqtisadi artımı təşviq edən vergi alətlərinin tətbiqidir. Bunu müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. Onun sözlərinə görə, həmçinin yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri vergi qanunvericiliyinin daha … Read More
Samirə Musayeva: “Azərbaycanda vergi güzəştlərini yenidən çeşidləyəcəyik”
Ötən həftə Azərbaycanda vergi xidməti işçiləri peşə bayramlarını qeyd etdilər. Eyni zamanda, ölkənin müasir vergi sisteminin yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbirlərdə vergi sahəsində aparılan islahatlar və əldə olunan uğurlar vurğulandı. Vergi sisteminin inkişafı təkcə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında deyil, … Read More
Müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərə müavinətin ödənilməsi qaydası
Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, müəssisə – mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi … Read More
Azərbaycanda startaplar üçün yeni imkanlar
Azərbaycanda artıq 192 KOB subyekti “Startap” şəhadətnaməsinin imkanlarından yararlanır. Bu sənəd sayəsində mikro və kiçik sahibkarlar 3 il innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisi ödəmirlər. “Startap” şəhadətnaməsi alan sahibkarların sayı isə günbəgün artır. Sənədi almaq … Read More
Video: “Mühasibatı mükəmməl öyrən: İlk addımlar və əsas prinsiplər”
Azərbaycan Mühasiblər Məktəbi”nin “Mühasibatı mükəmməl öyrən: İlk addımlar və əsas prinsiplər” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. Vebinarın təqdimatçısı Nizami Qarayev 5 ilə yaxın təlimçilik təcrübəsi ilə mühasibatlıq və 1C sahəsində həm nəzəri, … Read More
Xarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər?
Xarici ölkə vətəndaşı müvəqqəti yaşamaq icazəsi olmadan yalnız xarici pasportla VÖEN ala bilərmi? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı … Read More
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qərara alınıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin. … Read More
Bazarlarda obyektlərə nəzarət gücləndiriləcək – yeni qaydalar
2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklərə əsasən, vergi ödəyicilərinin vəzifələrinə bəzi əlavələr edilib. Yeniliyi iqtisadçı ekspert Anar Bayramov şərh edir. Vergi ödəyicilərinin vəzifələrinə aşağıdakı məzmunda üç əlavə edilib: Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna … Read More
2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı
Vergi orqanları tərəfindən şəffaflaşmanın, vergi intizamının və sosial məsuliyyətin artırılması istiqamətində aparılan islahatlar dövlət və özəl sektor arasında qarşılıqlı etimadın yüksəlməsini təmin edir. Sahibkarların vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsini artıran bu addımlar biznes mühitində məzmunca yeni mərhələyə keçidi sürətləndirir. Dövlət … Read More