Cari vergi ödəmələrinin hesablanma metodu

posted in: Xəbər | 0

baş mühasib, Kiçik mühasib, vakansiya, Sərbəst vəsaitlərin xərclənməsi,Vergi ödəyiciləri cari vergi ödəmələri ilə bağlı müəyyən suallarla qarşılaşırlar. Suallara iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Vergi ödəyicisinin Məcəllənin 151.1-ci maddəsi üzrə qeyd etdiyimiz tələb (ötən il üzrə mənfəətlə işləməsi) 151.2-ci maddə üçün keçərlidir. Həmçinin, əvvəlki il mənfəət vergisi ödəyicisi olmayanlar da Vergi Məcəlləsinin nəinki 151.1-ci maddəsi, həm də 151.2-ci maddəsi ilə nəzərdə tutulan metodu tətbiq edə bilməz. Vergi Məcəlləsinin 151.1-ci maddəsini tətbiq edərkən, vergi ödəyicisinin cari rübdəki gəlirləri hər hansı önəm daşımırdı. Çünki hesablama vergi ödəyicisinin ötənilki mənfəəti üzrə həyata keçirilirdi. Amma Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə aşağıdakı göstəricilərdən istifadə edilir:

– vergi ödəyicisinin rüb ərzində gəlirlərinin məbləği (xərclər çıxılmadan);

– vergi ödəyicisinin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsal.


Xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?


Misal: Vergi ödəyicisinin 2022-ci ilin 1-ci rübündə dövriyyəsi 30.000 manat, 2021-ci il ərzində təşkilatın ümumi gəliri isə 180.000 manat olub. Gəlirdən çıxılan xərclər 60.000 manat olduğu üçün mənfəət vergisi 24.000 manat təşkil edib.

180.000 – 60.000 = 120.000 manat,
120.000 x 20% = 24.000 manat.

Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0,13-dür:

24.000 : 180.000 = 0,13.

Bu zaman 1-ci rüb üzrə cari vergi ödəməsi 3.900 manat olacaq:

120.000: 4 = 30.000 manat (I rüb üzrə dövriyyə)
30.000 x 0,13 = 3.900 manat.

Mənbə: vergiler.az


Fərdi sahibkarın əmlak vergisi üzrə cari ödəmələri


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *