İşğaldan azad edilmiş ərazilərdə çalışan əcnəbilərin iş icazəsi və kvotası

posted in: Xəbər | 0
birbank biznes

əmək miqrasiyası kvotası, Məzuniyyət vaxtı üçün orta əmək haqqı, sosial-məişət müavinətləri, orta əmək haqqı, Ezamiyyət, məzuniyyətlərin cəmlənməsi, Əlavə məzuniyyətlərNövbəti güzəştlərdən biri də işğaldan azad edilmiş ərazilərdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərlə bağlıdır. Belə ki, onlara əmək miqrasiyası kvotası üçün 5 illik hədd tətbiq edilməyəcək. Bu barədə suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə əsasən, iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Bu maddəyə edilmiş əlavəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək əmək miqrasiyası kvotası tətbiq edilməyəcək.

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarına əsasən, əmək miqrasiyası kvotası təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir və yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin səmərəliliyinin artırılması məqsədi ilə tətbiq edilir.

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14
mart tarixli 124 nömrəli qərarına əsasən, əmək miqrasiyası kvotası təqvim
ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti
ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir

Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir.

Əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir. Təqvim ili ərzində verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlarının sayı kvotadan artıq olmamalıdır.

Edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il müddətinə tətbiq edilməyəcək.

9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Miqrasiya Məcəlləsininin 69-cu maddəsinə yeni 69.1-1 maddəsi əlavə edilib.

Edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş
ərazilərdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək
miqrasiyası kvotası 5 il müddətinə tətbiq edilməyəcək

Əlavəyə qədər iş icazəsinin müddətinin hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilməsi nəzərdə tutulmuşdu. Əlavə edilmiş 69.1-1 bəndinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Bu bənd üzrə də güzəştin 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək edilməsi nəzərdə tutulur.

Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı.

Mənbə: vergiler.az


Hansı halda müəssisənin nizamnamə fonduna qoyulan əsas vəsaitlər ƏDV-yə cəlb olunur?


Print Friendly, PDF & Email