2019-cu ildən əmək haqqı necə hesablanacaq?

posted in: Xəbər | 4
birbank biznes

əmək haqqının hesablanması2019-cu ildən əmək haqqının hesablanması qaydası (Layihələr)

2019-cu ilin gəlişinə çox az bir müddət qalmış qanunvericiliyə ediləcək dəyişikliklər, o cümlədən əmək haqqına təsiri hiss olunacaq yeniliklər hər ötən gün daha da maraqla izlənməkdədir.

Qanunvericilik sisteminin tərkib hissəsi sayılan Vergi Məcəlləsi və “Sosial sığorta” haqqında qanun demək olar ki, işçinin əmək haqqı ilə bağlı başlıca əhəmiyyət kəsb edən normativ hüquqi aktlar sayılır. Bu səbəbdən də həmin normativ hüquqi aktlara Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyası müddətində qəbul edəcəyi və ölkə başçısının imzalayacağı yeni əlavə və dəyişikliklər xüsusi bir maraqla gözlənilir.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

Kütləvi informasiya vasitələrinin yazdıqları, rəsmilərin dedikləri, büdcə proqnozlarının və qanunvericilik layihələrinin məzmunundan irəli gələrək bu yazıda 2019-cu il üçün əmək haqqına tətbiqi nəzərdə tutulacaq yeni hesablama qaydasını izah etməyə çalışacağıq.

Onu da qeyd edək ki, qanunvericiliyə ediləcək müvafiq əlavə və dəyişikliklər cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəyi üçün növbəti yazılarımızda qüvvəyə minmiş normativ hüquqi aktlara əsaslanaraq yeni və dəqiq hesablanma qaydasını izah edəcəyik.

Hazırda əmək haqqının hesablanması qaydasını aşağıdakı adresə daxil olaraq ətraflı oxuya bilərsiniz deyə birbaşa yeni hesablama qaydasını izah edəcəyik.

http://huquqblogu.blogspot.com/2018/01/01-yanvardan-mk-haqq-hesablama-qaydas.html

Qeyd: Bu hesablama yekun və dəqiq hesablama qaydası deyil.

Bax: Bəzi fəaliyyət növləri daha sadələşdirilmiş vergiyə cəlb edilir

Yeni dəyişiklikləri nəzərə alaraq işçi əvvəlcə hansı kateqoriyaya aid edildiyini müəyyən etməli olacaq.

Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (bu fəaliyyət sahələri hazırda müəyyən edilmədiyi üçün yeni maddələr qüvvəyə mindiyi təqdirdə həmin sahələr də ayrıca qaydada müəyyən ediləcəkdir) işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı kimi hesablanacaqdır:

2019-cu ildən 7 il müddətinə

  1. əmək haqqı (gross, müqavilədə göstərilən, tutulmalar şamil edilməmiş baza) məbləği 8000 AZN-dək olan şəxslər gəlir vergisindən azad edilir.
  2. 8000 AZN-dən çox olan əmək haqqının artıq hissəsi 14% dərəcə ilə gəlir vergisinə cəlb ediləcək.

Buna uyğun olaraq şəxsin əmək haqqı 8100 AZN olarsa, onda onun əmək haqqından yalnız 14 AZN gəlir vergisinə görə tutulacaq.

Ümumiyyətlə isə hər bir işçiyə tətbiq ediləcək olan yenilik isə ondan ibarətdir ki, artıq ölkə üzrə müəyyən edilən yaşayış minimumu deyil, sabit məbləğ əmək haqqından çıxılacaq.

Belə ki, yalnız əmək haqqı 2500 AZN-dək olan şəxslərin əmək haqqından 200 manat məbləğ çıxıldıqdan sonra qalan məbləğ gəlir vergisinə (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyənlərə aid edilmir) cəlb ediləcək.

Bu həm də o deməkdir ki, yuxarıdakı kateqoriyaya aid edilməsə də, 200 AZN-dək əmək haqqı alan şəxslər də gəlir vergisi ödəməkdən azad olunmuş sayılacaq.

Təklif edildiyi bildirilən daha bir yenilik isə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Əmək haqqına tətbiq edilən daha bir tutmanın məcburi dövlət sosial sığorta haqqı olduğunu nəzərə alaraq bu sahədə edilən yeni əlavə və dəyişikliklərin layihəsi üzrə izahı aşağıdakı kimi qeyd edirik.

Bax: Bu məhsul üzrə Aksiz vergisi artırılır

2019-cu ildən etibarən əmək haqqı məbləği nəzərə alınmaqla sosial sığorta haqqı iki cür hesablanacaq.

  1. 200 AZN-dək əmək haqqı alan şəxslərin əmək haqqından əvvəlki kimi 3% dərəcə ilə sosial sığorta haqqı tutulacaq. Əmək haqqının 22% məbləğində isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödəniləcək.
  2. 200 AZN-dən yuxarı əmək haqqı alan şəxslərin əmək haqqından 200 AZN-dək hissəyə görə 6 manat (200 AZN-in 3%-i), 200 AZN-dən yuxarı məbləğin isə 10%-i sosial sığorta haqqına tutulacaq.

Əmək haqqının 200 AZN-dən yuxarı olan işçilərə görə isə işəgötürən tərəfindən isə 44 manat (200 AZN-in 22%%-i) və 200 AZN-dən yuxarı hissənin 15%-i məbləğində sosial sığorta haqqı ödəniləcək

Belə olduğu təqdirdə 180 AZN əmək haqqı alan şəxs 5 manat 40 qəpik sığorta ödəyəcək. (180 AZN-in 3%-i)

500 AZN əmək haqqı alan şəxs isə 6 AZN və 300 AZN-ə (500-200=300) görə 30 AZN (300 AZN-in 10%-i) olmaqla, ümumilikdə 36 AZN sosial sığorta haqqı ödəyəcək. Hazırda isə 500 AZN əmək haqqı olan şəxsdən 15 AZN məbləğində sosial sığorta haqqı tutulur.

Mövzu çərçivəsində qeyd etmək yerinə düşərdi ki, hazırda əmək haqqına tətbiq edilən işsizlikdən sığorta haqqı (əmək haqqının 0.5%-i) ilə bağlı hər hansı bir yeni əlavə və dəyişikliyin olacağı barədə məlumat mövcud deyil.

Bax: ƏDV ilə bağlı dəyişiklik – depozitdə olan vəsait dondurulacaq
Deyilənləri yekunlaşdıraraq 2019-cu il üçün əmək haqqının hesablanması ilə bağlı yeni qaydaları diqqətinizə çatdırırıq.

(yeni əlavə və dəyişikliklər qüvvəyə minmədiyi üçün bu sadəcə olaraq təxmini hesablanmadır)

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı 200 AZN-dən az olanlar üçün nümunə

180 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – tutulmur
  2. b) sosial sığorta haqqı – 180 AZN-in 3%-i = 5.4 AZN
  3. c) işsizlikdən sığorta haqqı – 180 AZN-in 0.5%-i = 0.9 AZN

Yekun 180 AZN-(0+5.4+0.9)=180-6.3=173.7 AZN

1.2) əmək haqqı 200 AZN-dən çox olanlar üçün nümunə

500 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – tutulmur
  2. b) sosial sığorta haqqı – 500 AZN-200 AZN=300 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

300 AZN-ə görə 30 AZN (300 AZN-in 10%-i)

  1. c) işsizlikdən sığorta haqqı – 500 AZN-in 0.5%-i = 2.5 AZN

Yekun 500 AZN-(0+6+30+2.5)=500-38.5=461.5 AZN

1.3) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

Yekun 8100 AZN-(14+790+6+40.5)=8100-850.5=7249.5 AZN

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 200 AZN-dən az olanlar üçün nümunə

180 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – tutulmur
b) sosial sığorta haqqı – 180 AZN-in 3%-i = 5.4 AZN
c) işsizlikdən sığorta haqqı – 180 AZN-in 0.5%-i = 0.9 AZN
Yekun 180 AZN-(0+5.4+0.9)=180-6.3=173.7 AZN

2.2) əmək haqqı 200 AZN-dən çox olanlar üçün nümunə
500 AZN əmək haqqı üzrə
a) gəlir vergisi – 500 AZN-200 AZN=300 AZN
300 AZN-in 14%-i = 42 AZN
b) sosial sığorta haqqı – 500 AZN-200 AZN=300 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
300 AZN-ə görə 30 AZN (300 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı – 500 AZN-in 0.5%-i = 2.5 AZN
Yekun 500 AZN-(42+6+30+2.5)=500-80.5=419.5 AZN
2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
2600 AZN əmək haqqı üzrə
a) gəlir vergisi – 2600 AZN-2500 AZN=100 AZN
2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN
100 AZN-in 25%-i = 25 AZN
b) sosial sığorta haqqı – 2600 AZN-200 AZN=2400 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
2400 AZN-ə görə 240 AZN (2400 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı – 2600 AZN-in 0.5%-i = 13 AZN
Yekun 2600 AZN-(350+25+230+6+13)=2600-624=1976 AZN
Print Friendly, PDF & Email

4 Responses

  1. Xanoglan
    |

    Salam.Yeni Əmək haqqı hesablama cədvəlini də qoysaz çox gözəl olardı.

  2. Tariyel Ağayev
    |

    Salam
    Müharibə veteranlarının əmək haqqından tutulan gəlir vergisi əvvəlki hesablamalara görə 500 manata qədər olan hissəsindən tutulmurdu. 2019 cu ildən bu necə olacaq?

  3. İrada
    |

    2.3 b bendinde 2600-200=2400, yekun 1959

  4. Lala
    |

    Salam, Sualım belədir ki, bir işçi bir Şirkətdə əsas iş yeri işləyirsə və Əmək haqqısı 600 AZNdir əlavə iş yerində isə 400 AZN, 2019-cu ilin hesablamalarına əsasən,
    Əsas iş yeri-(600-200)*10%+6AZN)=46 AZN, 600*0.5%=3 AZN
    Əlavə iş yeri (400-200)*10%+6)=26 AZN 400*0.5%=2 AZN
    Bilmək istərdim ki, Əlavə iş yerində əsas iş yeri kimi hesablama aparılır və yaxud nəzərə alınan -200 AZN yalnız bir dəfə və əsas iş yerində nəzərə alınmalıdır?