Hüquqi və fiziki şəxslərin əmlak vergisi ödəmələri

posted in: Xəbər | 0
birbank biznes

Cari vergi ödəməsi nədir?

Müəssisələr, habelə fərdi sahibkarlar həm gəlir (mənfəət), həm də əmlak vergisini vergi ili bitdikdən sonra bəyan edir. Bu səbəbdən onlar üçün cari vergi ödəmələri adlandırılan avans xarakterli xüsusi ödəmələr nəzərdə tutulub.

Əmlak vergisində cari ödəmələr gəlir (mənfəət) vergisindən müəyyən fərqli cəhətlərə malikdir:

  • gəlir (mənfəət) vergisində ödəmə məbləğinin müəyyən edilməsi qaydası müvafiq arayışın təqdimatından asılıdır, əmlak vergisində isə hər hansı arayış tərtib etməyə ehtiyac yoxdur;
  • fərdi sahibkarlar, habelə müəssisələr əvvəlki ilin əmlak vergisinin 1/5 hissəsini, yəni 20 faizini cari ödəmə kimi ödəməlidirlər, digərlərində isə bu ¼ hissədir;
  • digər fərq ödəmənin rüb bitdikdən sonra növbəti ayın 15-ə kimi deyil, növbəti rübün ikinci ayının 15-inə kimi edilə bilməsidir;
  • başqa bir fərq gəlir (mənfəət) vergisində cari ödəmənin hesablanmasının 3, əmlak vergisində isə 2 metodunun olmasıdır.

Ötürülmüş günlər üçün cari ödəmələrə faizlərin hesablanması mümkündür. (VM 59.1)

Belə ödəmələr avans xarakter daşıdığından onu əmlak vergisindən ayrıca öhdəlik kimi qəbul etmək lazım deyil, o, əslində elə sizin əmlak vergisidir, ona görə də ilin sonunda siz bəyannamə təqdim etdikdən sonra yenidən haqq hesab gedir. Artıq ödəməniz şəxsi hesab vərəqəyə artıq ödəmə kimi işlənir.

Bəyannamə gəlir (mənfəət) vergisində olduğu kimi il bitdikdən sonra növbəti ilin birinci rübünün sonuna qədər təqdim edilməlidir.

VM-in 108.1-ci maddəsi icbari ödənişləri gəlir (mənfəət) vergisi məqsədləri üçün gəlirdən çıxmağa izn verir deyə, əmlak vergisini gəlirdən çıxmaq olar. Müvafiq bəyannamələrdə bununla bağlı sətirlər mövcuddur.

Müəssisə və fərdi sahibkarların cari vergi ödəmələri

Ödəniş üçün rüblük bir period müəyyən edildiyindən, təqvim ili ərzində cari ödəmələr 4 dəfə həyata keçirilir.

Nümunə 1: “A” MMC 2021-ci ildə 1225 manat əmlak vergisi hesablamışdır. Həmin müəssisə 2022-ci ilin birinci rübü üçün 1225 × 20% = 245 manat məbləğində cari ödəməni hesablamalıdr. Hesablanan məbləği fevral ayının 15-i tarixinədək  dövlət büdcəsinə ödəməlidir.

Belə hala baxaq.  Siz cari ildə əmlak vergisi ödəyicisi olmuşunuz. Təbii ki, əvvəlki vergi ili üçün əmlak vergisi ödəyicisi olmadığınızı görə 20%-ni tapacağınız məbləğ mövcud deyildir. Bununla belə vergi qanunvericiliyi tələb edir ki, həmin il üçün təxmini hesablama edib onun 20%-ini ödəyəsiniz. Cari ödəmələr əmlakın əldə edildiyi rübdən sonrakı rübdən başlayaraq həya keçirilir.

Nümunə 2: “A” MMC 2022-ci ilin aprel ayında 1-də 5000 manatlıq avadanlıq əldə edərək əmlak vergisi ödəyicisi olmuşdur. Cari ödəmələri hesablayaq.

Bu avadanlıq üçün vergi tutulacaq dəyər VM-nin 202.0.2 maddəsinə əsasən müəyyən olunur, yəni:

  1. ilk olaraq bu avadanlığa illik amortizasiya hesablanaraq ilin sonuna qalıq dəyəri müəyyən edilir;
  2. növbəti addımda orta illik qalıq dəyəri hesablanır;
  3. əmlak vergisi, həmçinin uyğun cari ödəmələr hesablanır.

Tutaq ki, ilin sonuna bu avadanlıq üçün 1000 manat (ədədlər şərtidir) amortizasiya hesablanıb və qalıq dəyəri 4000 manat təşkil edib. Hesablama aşağıdakı kimi kimi olacaqdır:

 ((5000+4000)/24)*8) *1% = 30 * 20 faiz= 6 manat

İkinci rüb üçün də cari vergi ödənilmir. 3-cü rübün 15-i avqusta, habelə 4-cü rübün 15 noyabrına qədər, hər dəfə 6 manat olmaqla ödəniş həyata keçirilir.

Hesabat ilinin sonundan yenidən haqq-hesab aparılır.

Fiziki şəxslərin əmlak vergisi ödəmələri

İstər sahibkarlıqla məşğul olan, istərsə də olmayan fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələri üçün əmlak vergisini bələdiyyə büdcəsinə ödəyir. Hesablanmalar bələdiyyələrin vergi xidməti orqanı tərəfindən həyata keçirilir və ödənilməsi təmin edilir. Ödəmələrin icrası Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait

Qeyd edilən əmlaklar üzrə fiziki şəxslərə hesablanmış verginin ödənilməsini təmin etmək məqsədilə avqustun 1-dən gec olmamaqla, onlara tədiyyə bildirişi təqdim edilir. Cari il üçün ödəmələr həmin ilin 15-i avqustadək, habelə 15-i noyabradək bərabər hissələrlə həyata keçirilir.

Vergilər banklar, poçt qurumları, nağdsiz ödəmə terminallarında ödənilir, onların nağd şəkildə  qəbulu qadağandır. 


Print Friendly, PDF & Email