Rusiyada ən çox maaş verilən vəzifələr məlum olub
Sahibkarların hüquqlarının müdafiəsi üzrə Rusiya prezidenti yanında müvəkkil Boris Titov, “RIA Novosti” agentliyinə ölkədə ayda bir milyon rubldan çox maaş almağın mümkün olduğu vəzifələri açıqlayıb. Onun sözlərinə görə, bu məbləğdə gəlirə iri şirkətlər və monopoliyaların top-menecerlərində, eləcə də xaricdə işləyənlərdə … Read More
Kommersiya və publik hüquqi şəxslərin məlumat dəyişikliyi ilə əlaqədar yerinə yetirilməli prosedurlar
Kommersiya və publik hüquqi şəxslərin aşağıdakı məlumatları dəyişərkən dövlət qeydiyyatına alınması üçün müraciət olunmalıdır: – Kommersiya və publik hüquqi şəxsin adı, rəhbərinin adı, soyadı, atasının adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, maliyyə ili; – Təsis sənədlərində – hüquqi şəxsin nizamnaməsində və … Read More
Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi?
Təcrübədə ara-sıra görürük ki, əsas etibarilə ticarət və ictimai iaşə obyektlərinə, eləcə də bəzi xidmət obyetlərinə adi vətəndaş geyimində daxil olmuş şəxs və ya şəxslər vergi orqanından gəldiyini və qanun pozuntusu aşkarladıqlarını bildirirlər. Bu hal sahibkarlar tərəfindən gözlənilməz və sevilməyən … Read More
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda verilmir?
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir: – 6 ay sosial sığorta stajı olmayan şəxslərə; – əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə; – işdən və ya başqa … Read More
Dünyanın ən varlı ailəsi məlum olub
2021-ci ildə “Bloomberg” agentliyinin versiyasına görə, dünyanın ən zəngin ailələrinin siyahısına Uolton ailəsi başçılıq edir. Dünyanın ən nəhəng topdan və pərakəndə ticarət şəbəkəsi olan “Walmart”ın sahiblərinin sərvəti 238,2 milyard dollar həcmində dəyərləndirilir. Ailə bütün dünya üzrə 10 mindən çox mağazaya … Read More
Vergi bəyannaməsinin təqdim olunmamasına görə maliyyə sanksiyaları
Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına … Read More
Hansı aktivlərin dəyəri vergidən azaddır?
Vergi Məcəlləsinin 106.1.9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri vergidən azaddır. Məcəllənin 106.1.10-cu … Read More
Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?
Sual: Xarici ölkədə müqavilə ilə çalışan Azərbaycan vətəndaşları hansı hallarda Azərbaycanda da gəlir vergisi ödəməlidirlər? Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və … Read More
Maliyyəçi yüksək artım potensialı olan valyutalardan söz açıb
İsveçrə frankı, Çex Respublikasının kronası, həmçinin Yeni Zelandiya dolları yüksək artım potensialı olan valyutalardır, deyə Sankt-Peterburq dövlət universitetinin iqtisadiyyat fakültəsinin kredit nəzəriyyəsi və maliyyə menecmenti kafedrasının dosenti Aleksandr Kazanskiy “Praym” agentliyi ilə söhbətində bildirib. Onun sözlərinə görə, bu valyutaların artımına … Read More
İşçilərin orta illik siyahı sayının və hansı sahibkarlıq subyektinə aid olmasının müəyyən edilməsi
Sual: Mikro sahibkarın 2019-cu ilin 12 ayında işçilərinin sayı uyğun olaraq yanvar, fevral, mart, may, iyul, avqust, oktyabr və noyabr aylarının hər birində 10 nəfər, aprel ayında 15 nəfər, iyun ayında 11 nəfər, sentyabr ayında 9 nəfər və dekabr ayında … Read More
Boris Conson “Amazon” şirkətini vergi ödəməyə məcbur edəcək
İngiltərənin baş naziri Boris Conson bəyan edib ki, dünyanın ən varlı adamı Ceff Bezosa məxsus “Amazon” şirkətini dövlət büdcəsinə “ədalətli vergi payını” ödəməyə məcbur edəcək. Bu haqda “Bloomberg” agentliyi məlumat verib. “Amazon” şirkətinin rəhbəri ilə görüşdə Conson şirkətin vergi hesabatlarını … Read More
Vergi ödəyicisi olmayan fiziki şəxslərin öhdəlikləri
Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Mühasibat mütəxəssisi Emin Salamov vergi ödəyicisi olmayan fiziki şəxslərdən alınan malların, iş və xidmətlərin rəsmiləşdirilməsi … Read More
İdman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması
İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İqtisadçı ekspert Radil Fətullayev idman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması qaydasını izah edib. … Read More
Kapital Bank “iSpring Learn” qlobal platformasını uğurla tətbiq edir
2020-ci il əksər biznes sahələri üçün böyük sınaq ili oldu. Bu sınaqlardan uğurla çıxan şirkətlər pandemiyanın gətirdiyi məhdudiyyətləri təhlükə kimi deyil, fürsət kimi qiymətləndirə bildilər. Biznes proseslərdə daim çevik yanaşmalar edən Kapital Bank öz təlim və inkişaf fəaliyyətlərini bu məhdudiyyətlər … Read More
Bir dəfə işsizlikdən sığorta ödənişi almış şəxs onu yenidən nə vaxt ala bilər?
Sığorta ödənişi almış şəxsə onu yenidən almaq üçün “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq və Dövlət qulluğunda çalışanlar isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci … Read More
Avtomobil nəhəngi əməkdaşların ofislərə qayıtmasına tələsməməyə qərar verib
“Ford” şirkəti koronavirusun “delta” ştamı səbəbindən Şimali Amerika, Latın Amerikası və digər regionlarda yerləşən bəzi ölkələrdəki əməkdaşlarının böyük əksəriyyətini 2022-ci ilin yanvar ayına kimi məsafədən çalışmaqda davam etmələri ilə bağlı qərar verib. Avtomobil nəhənginin öz əməkdaşlarını ofislərə qaytarmağa tələsmədiyi ilə … Read More