Hüquqi şəxslərin formaları
Hüquqi şəxslərin təsnifatı onların fəaliyyət istiqamətləri, təsisçiləri, əmlakının formalaşma mənbələri və digər spesifik xüsusiyyətlərinə görə aparılır.
Təşkilati-hüquqi formaların statistik təsnifatında huquqi şəxslərin aşağıdakı növləri fərqləndirilir:
- kommersiya təşkilatları;
- qeyri-kommersiya təşkilatları;
- publik hüquqi şəxslər;
- dini qurumlar;
- idarəetmə orqanları;
- dini qurumlar.
Kommersiya təşkilatları
Kommersiya təşkilatları sahibkarlıq fəaliyyətiylə məşğul olur, əsas məqsədi mənfəət əldə etməkdir. Hüquqi şəxs belə fəaliyyətlə məşğul olan kommersiya təşkilatıdırsa, firma adı olmalıdır. Kommersiya təşkilatları dörd qrupa ayrılır:
- təsərrüfat ortaqlığı;
- təsərrüfat cəmiyyəti;
- kooperativlər;
- digərləri.
Təsərrüfat ortaqlığına tam ortaqlıq və komandit ortaqlıq aid edilir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı formalarına rast gəlinir:
- məhdud məsuliyyətli cəmiyyət;
- əlavə məsuliyyətli cəmiyyət;
- səhmdar cəmiyyət.
Məhdud və əlavə məsuliyyətli cəmiyyətlər paylı cəmiyyət hesab edilir. Sonuncuların açıq və qapalı səhmdar cəmiyyəti formaları məlumdur (ASC və QSC).
Kommersiya təşkilatları qanunla qadağan edilməmiş istənilən fəaliyyətlə məşğul ola bilərlər. Onların daha geniş yayılması obyektiv səbəblərə bağlıdır. Belə ki, insan övladının əksər fəaliyyəti gəlir götürməyə yönəlib.
Qeyri-kommersiya təşkilatları
Qeyri-kommersiya hüquqi şəxslərin əsas məqsədi mənfəət əldə edilməsinə yönəlməyib. Amma bu o demək deyil ki, qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyətləri ilə məşğul ola bilməz.
Qanun onlara kommersiya istiqamətində çalışmağa o zaman icazə verir ki, bu onların nizamnaməsində nəzərdə tutulsun, fəaliyyət istiqamətinə uyğun olsun, habelə həcmcə əsas fəaliyyət əməliyyatlarını aşmasın. Qeyri-kommersiya təşkilatları əldə edilən mənfəəti iştirakçıları arasında bölüşdürmür.
Qeyri-kommersiya təşkilatlarına:
- ictimai birliklər;
- fondlar (Qeyri-hökumət təşkilatları -QHT);
- siyasi partiyalar;
- hüquqi şəxslərin ittifaqları;
- həmkarlar ittifaqları,
- qanunla müəyyən edilmiş digər formalarda yaradılmış qeyri-hüquqi şəxslər aid edilir.
Qeyri-kommersiya təşkilatları kommersiya qurumlarından fərqli olaraq yalnız nizamnamələrində qeyd edilmiş fəaliyyətlə məşğul ola bilərlər.
Qeyd etdiyimiz kimi, qeyri-kommersiya təşkilatlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa izn verilir, amma müəyyən şərtlər çərçivəsində. Bu onların rastlaşa biləcəyi maliyyə problemini aradan qaldırmaq məqsədi ilə edilir. Belə ki, ianələr, qrantlar və digər analoji daxilolmalardan asılı olan təşkilatda maliyyə resursları bir gün tükənə bilər. Bu isə onların fəaliyyətinin sonu ola bilər.
Qeyri-kommersiya təşkilatlarının sahibkarlıqdan əldə etdikləri gəlirlər vergiyə cəlb edilir (VM 106.1.2). Vergi ödənildikdən sonra sahibkarlıqdan götürülmüş gəlir isə dividend kimi verilə bilməz.
Publik hüquqi şəxslər
Publik huquqi şəxslərin fəaliyyəti həm Mülki Məcəllə ilə yanaşı Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanunu ilə tənzimlənir.
Publik huquqi şəxs anlayışı Mülki Məcəllənin 43.5-ci maddəsinə 29 dekabr 2015-ci il tarixdə edilən dəyişiklik əsasında əlavə edilib. Dəyişiklikliyə əsasən publik hüquqi şəxslər aşağıdakı istiqamətlərdə fəaliyyət göstərə bilər:
Onlar dövlət yaxud bələdiyyə tərəfindən təsis edilir, amma dövlət və ya bələdiyyə orqanı olmayan qurumlar hesab edilir.
Ümumiyyətlə, publik hüquq və publik hüququn əhatə etdiyi hüquqi şəxslər günümüzdə də müxtəlif müzakirələrin əsas obyekti olmaqda davam edir. Buna səbəb publik hüquq institutunun gənc institut olmasındadır. Təəssüf ki, mövcud qanunvericilikdə bu təsisastlarla bağlı bir çox məsələlər hələ də açıq qalmaqdadır.
İdarəetmə orqanları
İdarəetmə orqanlarını aşağıdakı qruplara ayırmaq olar:
- dövlət orqanları;
- yerli özünüidarəetmə orqanları.
Yerli idarəetmə orqanları dedikdə bələdiyyələr nəzərdə tutulur. Mülki Məcəllənin 43.4-cü maddəsi üzrə başqa hüquqi şəxslər kimi bələdiyyələr də mülki hüquq münasibətlərində iştirak edirlər. Belə olan halda, bələdiyyələrin səlahiyyətlərini onların huquqi şəxs sayılmayan orqanları reallaşdırır.
Dini qurumlar
Hüquqi şəxslərin bir qolu da dini qurumlardır. Dini qurumlar öz mərkəzi orqanları vasitəsi ilə idarə olunurlar. Bu qrupa dini mərkəzlər, dini idarələr, dini təhsil müəssisələri, dini icmalar, dini icmaların birlikləri aiddir.