Beynəlxalq daşıma məqsədləri üçün icarəyə götürülən vaqonlara görə vergi öhdəliyi

posted in: Xəbər | 0

kağız formada olan alış aktları, Malların alış aktı, Nağdsız hesablaşmalar, Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin beynəlxalq daşıma məqsədləri üçün rezident müəssisəyə icarəyə verdiyi vaqonu rezident müəssisə qeyri-rezidentə və yaxud rezidentə təqdim edir. Təqdim edən rezident müəssisə ƏDV ödəyicisidir. Bu halın daha aydın anlaşılması üçün nümunə kimi qeyd edək. “A” MMC Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident “BB” şirkətindən beynəlxalq daşıma məqsədləri üçün vaqonlar icarəyə götürür və icarəyə götürdüyü vaqonları rezident və qeyri-rezidentə yenidən icarəyə verir (bu, dəmiryol termini ilə icarə yox, “vaqon ayrılması” kimi dəyərləndirilir).

Sual 1. Qeyri-rezidentdən vaqon icarəyə götürülərkən ƏDV bəyannaməsinin 306-cı sətrində ay ərzində göstərilən xidmət və buna uyğun olaraq ödənişlər qeyd olunur. Bu fəaliyyət üçün ödəmə mənbəyində vergi bəyannaməsi verilərkən Azərbaycan Respublikasında qeydiyatda olmayan qeyri-rezidentə ödənilən vəsait hansı xanada qeyd olunmalıdır?

Sual 2. Bu fəaliyyət üzrə vaqon icarəsi rezident müəssisəyə təqdim olunurkən 18% ƏDV hesablanaraq elektron qaimə-faktura göndərilir və ƏDV bəyannaməsinin əlavə 3 hissəsində qeyd olunur. Bu təqdimetmə yalnız qeyri-rezidentə olduğu zaman göstərilən xidmət və bizə ödənilən məbləğ qeyri-rezidentin yerləşmə yerinin öz ölkəsi olduğunu (Azərbaycanda daimi nümayəndəliyi olmadığını) nəzərə alaraq ƏDV bəyannaməsinin əlavə 4 hissəsində qeyd edilməlidirmi?

Dövlət Vergi Xidmətindən birinci sualla bağlı bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında istifadə edilən daşınar əmlakın icarəyə verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilir və bu gəlir Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentə ödənilən icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.


İşsizlikdən sığorta: nələri bilmək vacibdir?


Qeyd olunanlara əsasən:

Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına görə, nəqliyyat vasitələrinin icarəsi üçün qeyri-rezidentə ödənilən icarə haqları 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur və müvafiq hesabat dövrü üzrə təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.2-ci sətrində əks etdirilir.

Bundan əlavə, xidmətləri (işləri) təqdim edən qeyri-rezidentin rezidenti olduğu dövlətlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş mövcud olduğu halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin, o cümlədən xidmətlərin göstərilməsindən gəlirlərinin və royalti gəlirlərinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərlə tənzimlənir.

Beynəlxalq müqavilələrin tətbiqi məqsədilə qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 forması) təqdim etməklə həmin azadolmanın və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Dövlət Vergi Xidmətindən ikinci sualla bağlı bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla) işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi yerdə həyata keçirilmiş sayılır.

Müəssisə nəqliyyat müəssisəsi olduğu halda qeyri-rezidentlərə nəqliyyat vasitələrinin icarəyə verilməsi üzrə xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinin müddəalarına əsasən işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer üzrə Azərbaycan Respublikasının ərazisi sayılır və həmin əməliyyatlar ümumi qaydada 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *