İnventarlaşdırma: tarix və müasirlik (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

İnventarlaşdırma mühasibat uçotu metodu kimi / I hissə

İnventarlaşdırma müəssisənin iqtisadi gücünü müəyyən etməyə imkan verir. L. I. Gombert

İnventarlaşdırma – mühasib işinin ayrılmaz hissəsidir. Nə vaxtsa bu uçot işinin yeganə üsulu olub. Zamanla onun rolu dəyişildi, amma, o, yox ola bilmədi.

“İnventarlaşdırma” nisbətən yeni sözdür. Rus dilində o, yüz ildən də az müddətdə mövcuddur. Belə hesab olunur ki, o, 1931-ci ildə “EA-nın xəbərləri” jurnalının 8-ci sayında işıq üzü görüb, “inventarlaşdırmaq” feli isə daha gec – 1935-ci ildə peyda olub. Ancaq, bu sözlərin meydana gəldiyi ismin özü, “inventar” sözü isə çox köhnədir və ən azından 1713-cü ilə aiddir. İlkin olaraq o, inventarium və inventariy formasında mövcud olub. Lakin, sonradan alman versiyası – inventar qələbə qazanmışdı.

Söz latın dilindən yaranıb ki, orada inventar və ya inventarium “qeydə almaq” mənasını verirdi. İndi isə o, “əşyaların məcmusu” mənasında işlənir. Bir çox latın sözləri kimi “inventar” da müxtəlif dillər üzrə uzun səyahətə çıxmış, sonda alman dilindən bizim dilə də keçmişdir.

Müasir zamanda inventarlaşdırma  artıq söz deyil, mühasibat uçotu metodunun bir elementidir. Bu çox qədim bir metoddur. İstənilən uçot işi inventarlaşdırmadan, yəni, kiməsə mənsub olan əmlakın qeydə alınmasından başlanır. Həm fərd olaraq insanlar, həm də dövlət həmişə özəl təsərrüfatın və ya ölkənin resurslarının çoxalıb və ya azalmasını öyrənmək üçün dəyərlərin yenidən hesablanmasını həyata keçirmişlər.

Artıq Qədim Misirdə (e.ə. 3400-2980-cu illər) iki ildən bir bütün ölkə üzrə tam inventarlaşdırma həyata keçirilirdi. Onlar mümkün olan hər şeyi qeydə alırdılar, çünki vətəndaşların əmlakının da onların mülkiyyətində olduğuna baxmayaraq, hər şeyin sahibinin firon olduğuna inanılırdı. Əvvəlcə inventarlaşdırma informasiya xarakteri daşıyırdı. Mülkiyyətçi sadəcə öz mülkiyyətində nələrin olduğunu bilmək istəyirdi. Zamanla isə bu nəzarətedici xarakter aldı: bütün əmlak konkret insanlar arasında bölüşdürülürdü. Bütün daxilolmalar və verilmələr üçün cari uçot tətbiq edilirdi.

Dövri olaraq bu uçotun məlumatları faktiki olanlarla müqayisə edilirdi: belə deyək, uçotda iki öküz göstərilirdi, sahədə isə üç öküz otlayırdı. Deməli, məsul insan – çoban sahibkarın hesabına qeydə alınmamış öküzü yemləyirdi, üç öküzə çəkilən məsrəflər isə iki öküzün ayağına yazılırdı. Bəs, əgər çöldə iki öküzün yerinə biri otlayırdısa, deməli, çobanın təqsiri üzündən əmlak itkisinə yol verilmişdi.

Və çox uzaq keçmişdə belə adamlar ən başlıca olanı başa düşmüşdülər: həm artıq olanlar, həm də əskik gələnlər – bu böyük xətadır və buna yol verən şəxs amansızcasına cəzalandırılırdı. Ən müxtəlif tərbiyəedici tədbirlərdən istifadə olunurdu: ağac və ya daşla döyülmə, müxtəlif əzaların kəsilməsi: məsələn əlin kəsilməsi və belə bir çoban və ya anbar müdiri cəmiyyət tərəfindən nifrətlə qarşılanırdı. Nəhayət, edam etmək yolu ilə cəmiyyəti bu şikəstdən xilas da edə bilərdilər ki, bu həm də həmin şəxslərin qidalanmasına yönələn xərclərin ortadan qalxmasını təmin edirdi.

Əvvəllər yalnız natural inventarlaşdırma olub. O, uçot obyektlərinin mövcudluğunu müəyyənləşdirməyə imkan verirdi. Lakin onların ümumi dəyərini müəyyənləşdirmirdi. Bu Qədim Şərqdə (Misir, Babilistan, Fələstin və digər) uzun zaman pulun olmaması ilə bağlı idi. Sikkə pullar yalnız e.ə. VII əsrdə Qədim Yunanıstanda ortaya çıxacaqdı və o zaman bu özü ilə başqa bir problem ortaya çıxaracaqdı: inventarın dəyərləndirilməsi. Uçotda üç öküz qeydə alınıb, amma, öküzlər müxtəlif olur: yaxşılar və eləcə də yaxşı olmayanlar. Bax, indi onları pul dəyərinə çevirmək lazımdır. İki öküzün olması mühüm deyil, vacib olan onların dəyəridir, deyək ki, 200 drahma.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email