İnventarlaşdırma: tarix və müasirlik (III hissə)

posted in: Xəbər | 0

İnventarlaşdırma mühasibat uçotu metodu kimi / III hissə

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

İnventarlaşdırma müəssisənin iqtisadi gücünü müəyyən etməyə imkan verir. L. I. Gombert

İnventarlaşdırma – mühasib işinin ayrılmaz hissəsidir. Nə vaxtsa bu uçot işinin yeganə üsulu olub. Zamanla onun rolu dəyişildi, amma, o, yox ola bilmədi.

Kapitalizmin inkişafı inventarizasiya metodologiyasına ciddi təsir göstərdi: ilk növbədə, onun obyekti genişləndi. Birinci yerə kassa uçotu çıxmışdı: pul vəsaitləri, sonra debitor borcları və nəhayət qiymətli kağızlar. Maraqlıdır ki, kreditor borclarının inventarlaşdırılması daha sonra tanınacaqdı. Zira o dövrün insanları güman edirdilər ki, onların borcları kredit verənlərin özləri tərəfindən nəzərə alınmalı və izlənməlidir.

Lakin mühüm dərəcədə vacib olan o idi ki, kapitalizm maliyyə nəticələrinin hesablanmasını tələb edirdi və XIX əsrin sonlarına kimi bütün mühasiblər bunu bilavasitə yalnız inventarlaşdırma yolu ilə edə bilərdilər.

Məsələ burasındadır ki, istənilən əmtəənin, məsələn, ticarətdə hesabı debetə görə dəyərlərin alış qiymətlərinə daxil olmasını əks etdirirdi, malların silinməsi isə kredit və satış qiymətləri ilə aparılırdı. Dövriyyələrin gözlənilməzliyi buradan yaranırdı və maliyyə nəticəsini aşkar etmək üçün alış qiymətlərində dəyərləndirilən əmtəə qalıqlarının inventarlaşdırılmasına müraciət edirdilər. Sonrası isə asan oldu: malların ilkin qalığına hesabat dövründə malların mədaxilinin bütün daxilolmaları əlavə edilirdi və son qalıq çıxılırdı. Nəticədə satılmış malların maya dəyəri müəyyən edilirdi. Sonra isə onu gəlirdən çıxırdılar və mənfəət və ya zərəri tapırdılar.

İnventarlaşdırmanı adi və daimi iş kimi qəbul etdilər. O, demək olar ki, hər hansı bir firmanın maliyyə idarəetmə vasitəsi oldu. Çünki kapitalizm mənfəət və mühasibatlıq olmadan baş vermir.

Başımız gündəlik işlərə qarışdığından, biz bəzən necə bir qədim və hörmətli bir peşəyə mənsub olduğumuzu unuduruq. Tarixə nəzər salarkən biz çox vaxt təəccüblə aşkar edirik ki, bu gün bizi narahat edən problemlər həmkarlarımıza bir çox əsrlər bundan əvvəl də tanış olmuşdur. Ən maraqlısı odur ki, onlar çox müdrik və düzgün qərarlar tapırdılar. İşimizin tarixi ilə tanış olaraq, biz nə qədər parlaq şəxsiyyətlərin özünü mühasib adlandıraraq qürur duyduğunu öyrənirik. Hər bir mühasib bəzən öz işinin tarixinə də nəzər salmalıdır.

İbtidai insanlar çox sadə və həm də sadəlövh idilər. Onlar yazmağı bilmirdilər və biz bunu dəqiq bilirik. Amma hesablamağı necə bacarırdılarmı, bax, bu qaranlıq bir məsələ olaraq qalmaqdadır.  Əlbəttə, çox yəqin ki, hansısa rəqəmə kimi bacarırdılar. Lakin zamanla bu rəqəmlər yüksəlirdi. Ən qədim dövrlərdə saylar artdıqca və onları yadda saxlamaq çətinləşdikcə, həmin rəqəmlərin qeyd olunması zərurəti meydana çıxdı: əvvəlcə barmaqlarla, sonra isə sözlərlə.

Beləliklə, öncə yaddaşın inkişaf etdirilməsi zərurəti meydana çıxdı. Sonra isə yazını inkişaf etdirmək lazım gəldi və bunların unudulmaması üçün hər hansı bir daşıyıcıda qeyd olunması vacib oldu: papirusda, perqamentdə və daş üzərində.

Mühasibat uçotunun iqtisadi proseslər haqqında yaddaş kimi başa düşülməsi bu günə qədər yaşamaqdadır. Baxın, bunu iki görkəmli fransız müəllif İv Bernar və Jan Klod Kolli necə müəyyən edirlər:

“Bu və ya digər fəaliyyət barədə, onun yaddaşlarda qorunub saxlanılması məqsədilə nişanların vahid rəqəmsal üsulla təsdiqlənməsi və yazılması texnikası, onun inkişafını və nəticələrini əks etdirmək və ona nəzarəti təmin etmək imkanının verilməsi”.

Beləliklə, onun müasir anlamında mühasibat uçotu insanın təsərrüfatda baş verənləri yadda saxlamaq qabiliyyətinin davamıdır.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *