Ləğv olunan MMC-nin ödənişləri aparılarkən ƏDV əvəzləşməsi necə həyata keçirilir?

posted in: Xəbər | 0
birbank biznes

daxilolmalar, ƏDV nədir, ƏDV qeydiyyatı, təkrar sığorta, Qeyri-rezident, Dövlət büdcəsinin gəlirləri, ƏDV-dən azad, ƏDV qeydiyyatının ləğvi, ƏDV ödənişi, ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğ“A” MMC “B” MMC-yə qoşulmaqla onun hüquqi bazasında hüquqi varis kimi “B” MMC yaradılıb və “A” MMC-nin fəaliyyətinə xitam verilıb. “A” MMC fəaliyyətini dayandırmazdan əvvəl onun sifarişi əsasında daxil olan malları sonradan hüquqi varis olaraq “B” MMC qəbul edib, həmçinin “A” MMC-nin kreditor borclarını ödəyib. Bu halda “B” MMC ƏDV əvəzləşdirmələrini necə həyata keçirməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Mülki Məcəllənin 55-ci maddəsinin müddəalarına əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.

Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Təhvil aktında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.

Bundan əlavə, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Qeyd olunanları nəzərə alaraq, sorğuda qeyd olunan əməliyyatlara dair ətraflı məlumatlar və müvafiq təsdiqedici sənədlər, habelə debitor və kreditor borcları barədə məlumatlarla birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az


Əlavə əmək məzuniyyəti müddətlərinin müəyyən olunması


Print Friendly, PDF & Email