Maliyyə tarixən formalaşmış mürəkkəb və çoxşaxəli iqtisadi kateqoriyadır. Maliyyə termini latınca “finantia” təşəkkül tapıb, tərcümədə ödəniş deməkdir.
İlk dəfə praktikada 13-cü əsrdə İtaliyada tətbiq olunub. Xüsusilə də ticarət, pul hesablaşmaları və bankçılığın yaxşı inkişaf etdiyi Florensiya, Venetsiya, Genuyada. Bir sözlə, bu zaman dövlətin xeyrinə həyata keçirilən ödənişlər və üzvlük haqları nəzərdə tutulur.
Elmə maliyyə terminini fransız professor J. Boden 1577-ci ildə yazdığı “Respublika barədə altı kitab” əsərində gətirib.
Dövlətin inkişafının erkən mərhələlərində dövlət resursları ilə onun başçısının resursları arasında fikir ayrılığı yox idi: monarxlar dövlətin vəsaitlərindən öz mülkiyyəti kimi istifadə edirdilər.
Dövlət xəzinəsinin ayrılması və onun tamamilə monarxın (XVI-XVII əsrlər) mülkiyyətindən çıxarılması ilə dövlət maliyyəsi, dövlət büdcəsi və dövlət krediti anlayışları yaranmışdır. Vergi ödəyiciləri, vergitutma hüququnun dövlətə aid olduğunu tədricən tanımağa başladılar, öz növbəsində dövlət də öz tərəfindən əhaliyə xidmətlər göstərməyə və səmərəli maliyyə siyasəti aparmağa başladı.
Dövlət quruluşunun inkişafı ilə beynəlxalq münasibətlər, müdafiə, ətraf mühitin mühafizəsi, sosial sahə, dövlətin iqtisadiyyata müdaxiləsi və s. xərcləri kəskin şəkildə artdı.
Əhəmiyyətli xərclər dövlət və yerli büdcələrə vəsaitlərin səfərbər edilməsinin əsas maliyyə üsulu olan vergilərin artırılmasını zəruri edirdi.
Komanda-inzibati sistem şəraitində “maliyyə” termini əsasən dövlət gəlirləri və xərcləri sistemi ilə əlaqələndirilirdi.
Belə bir sistemdə maliyyənin tərifinin əsas konseptual nüvəsini dominant münasibətlər təşkil edirdi. Məhz, münasibətlərdə belə variasiyalar: iqtisadi, pul, ictimai, istehsal, spesifik – maliyyə kateqoriyası anlayışının əsasında dayanırdı.
Müasir qərb ədəbiyyatında konsepsiyanın müəyyənliyini təmin etmək üçün maliyyə termini dövlətin pul vəsaitləri və gəlir-xərc fəaliyyəti ilə bağlı olan xüsusi müstəqil elmi fənn anlayışında dəqiqləşdirilmiş variantda – dövlət maliyyəsində istifadə olunur; bütün digər hallarda daha geniş maliyyə terminindən istifadə edilir.