Məcburi dövlət sosial sığortası

posted in: Xəbər | 0
birbank biznes

Sosial sığorta

Sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Məcburi dövlət sosial sığortası

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.

Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri

Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri – özünü və ya başqasını sosial sığortaedən şəxslərdir.

Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının  uçotu

Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə  qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan,  mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) bağlandıqdan sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında uçota durmalıdırlar.

“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir.

Buna müvafiq olaraq kommersiya hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçotu Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Kommersiya hüquqi şəxs – əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumdur.

Qeyri – kommersiya hüquqi şəxs- əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və ya götürülən mənfəəti iştirakçılar arasında bölüşdürməyən qurumdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email