Sökülmüş mənzilin əvəzinə verilən mənzil satılarkən vergi tutulmalıdırmı?

posted in: Xəbər | 0
birbank biznes

xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMülkiyyətimdə olan və 4 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğum Bakı şəhəri, Nərimanov rayonu ərazisində sökülmüş 100 kvadratmetr sahəsi olan mənzil əvəzinə sökülmüş binanın yerində yeni tikilmiş binadan 125 kvadratmetr sahəsi olan mənzil verilib. Yeni əldə etdiyim mənzili satarkən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi də sadələşdirilmiş vergidən azad edilib. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir.


Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması


Buna əsasən, sökülmüş yaşayış sahəsinin əvəzində verilən və sahəsi 125 kvadratmetr olan yaşayış sahəsi tərəfinizdən təqdim edilərkən müvafiq arayış notariusa təqdim olunmaqla təqdim edilən yaşayış sahəsinin 120 kvadratmetr (əvvəlki mənzilin sahəsi 100 kv.m və 20 kvadratmetr sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə) sahəsi vergidən azad olunur, qalan 5 kvadratmetr sahə isə ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email